“Borçalı” İctimai Birliyi yeni tədbir keçirəcək Elanlar, "Borçalı" Cəmiyyəti 17 января 2017 "Borçalı" İctimai Birliyi yanvarın 28-də Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycanın Milli-mənəvi dəyərlərinin formalaşmasında Gürcüstandan olan soydaşlarımızın rolu” mövzusunda dəyirmi masa keçirəcək. Bu barədə məlumatı "Borçalı" İctimai Birliyinin mətbuat xidməti yayıb.Tədbirin keçirilmə zərurəti ilə bağlı açıqlama verən "Borçalı” İctimai Birliyinin sədri,tarixçi-alim Kərəm Məmmədov ZiM.Az-a bildirib ki, bu tədbiri zəruri edən bir neçə məqam var: "Birincisi, bu mövzu Azərbaycan dövlətinin yalnız indiki Azərbaycan Respublikasının ərazisində yaşayanların təsisatı olması kimi yanlış təsəvvürlərə aydınlıq gətirmək üçündür. İndiki Gürcüstan ərazsində yaşayan soydaşlarımızın qədim dövr və orta əsrlərdən bu günümüzə kimi Azərbaycan dövlətlərinin, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin formalaşmasındakı xidmətləri qeyd olunmalıdır. Bu bizim birliyimizin və bütövlüyümüzün əsasıdır. Eyni zamanda bizim tarixi şəxsiyyətlərimizi yad etməklə bağlı borcumuz var. Bu tədbir həm də Azərbaycan xalqının şanlı tarixinə öz adlarını qızıl hərflərlə yazmış böyük şəxsiyyətlərin fəaliyyətinin yad edilməsi, onların xatırlanması və təbliğinə xidmət edəcəkdir." ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.