Elmar Həsənov: Gürcüstanın Xocalı soyqırımını tanınmasına siyasi şərait yaranıb "Borçalı" Cəmiyyəti 24 февраля 2017 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində, erməni faşistləri tərəfindən Azərbaycan türklərinin soyqırımının həyata keçirilməsi, dinc əhaliyə qanlı divan tutlması dünyada hələdə tam siyasi qiymətini almamış bir faciə və cinayətdir. Artıq Gürcüstan Parlamentinin 1992-ci il, Xocalı şəhərində Azərbaycan türklərinin soyqırımına, dinc əhalinin kütləvi qətlə yetirilməsinə faktına, siyasi qiymət verməsinin vaxtı yetişmişdir. Bunu mətbuata açıqlamasında Gürcüstan Qarapapaq Türkləri Birliyinin (GQTB) Sədri, Gürcüstan Parlamenti üzvlüyünə eks-namizəd Elmar Həsənov deyib.Gürcüstan Qarapapaq Türkləri Birliyinin (GQTB) Sədri ZiM.Az-a bildirib ki, Gürcüstan dövləti, Gürcü ictimaiyyəti erməni faşizminin qanlı əməlləri ilə 1992-1993-cü illərdən tanışdır. 1992-1993-cü illərdə Abxaziya separatçıları tərəfində Gürcüstanın konstitusion hakimiyyətinə qarşı üsyan qaldırmış 1500 erməni hərbçini əhatə edən “Baqramyan adına batalyon” və “Saturyan adına hərbi birləşmə” Abxaziyanın Qali, Suxumi, Qaqra və Pitsunda yaşayış mətəqələrində yüzdən çox etnik gürcü qətlə yetirmişdir. 1998-ci ildə isə “Baqramyan adına erməni batalyonu Abxaziyanın Qali rayonunun ərazisində gürcülərə qarşı etnik təmizləmə həyata keçirmişdir. Xoçalı şəhərində 1992-ci ildə Azərbaycan türklərinin kütləvi şəkildə qətlə yetirilərək, soyqırmın həyata keçirilməsi Gürcüstanın qüvvədə olan Cinayət Məcəlləsinin 323 3-cü hissə ( terrorizm), 404 (genosid həyata keçirmə) və 408 (İnsanlığa qarşı cinayət) maddələri ilə təsnif olunan cinayətlərdir. Bu cinayəti Ermənistan silahlı qüvvələri və Dağlıq Qarabağda yaşayan silahlı ermənilər törədərək, Xocalıda Azərbaycan türklərinin soyqırımı həyata keçirmişlər. Digər tərəfdən isə Pakistan, Meksika və digər dövlətlərin Parlamentlərinin Xocalıda Azərbaycan türklərinin soyqırımına hüquqi qaydada qiymət verib, tanıması, Gürcüstan Parlamenti üçün beynəlxalq hüquqa əsaslanan hüquqi baza hazırlayıb. Deyə bilərəm ki, Gürcüstanın Xocalı soyqırımını tanınmasına siyasi şərait yaranıb.Elmar Həsənov qeyd edib ki, Gürcüstan Qarapapaq Türkləri Birliyi (GQTB), 1992-ci ildə, Xocalıda, erməni faşistləri tərəfindən Azərbaycan türklərinin soyqırımının törədilməsi faktına və cinayətinə Gürcüstan Parlamenti tərəfindən hüquqi qiymət verilməsi və tanınması üçün Gürcüstan Konstitusiyasına uyğun olaraq hüquqi prosedur başladır. 1992-ci ildə Xocalıda törədilmiş, Azərbaycan türklərinin soyqırımı faktı və cinayəti barədə sənədlər və rəsmi müraciət Gürcüstan Parlamentinə təqdim ediləcək. GQTB Sədri Elmar Həsənov vurğulayıb ki, Gürcüstan Parlamentində Xocalı soyqırımını bəşəriyyətə qarşı törədilən cinayət faktı olaraq qəbul edən çox sayda gürcü millət vəkili var. Mən əsasən soydaşlarımızı təmis edən, Gürcüstan Parıamentinin deputatları Savalan Mirzoyev, Azər Süleymanov, Mahir Dərziyev və Ruslan Hacıyevin Xocalı soyqırımına hüquqi qiymət verilməsində qətiyyət göstərəcklərinə əminəm. Bu dörd deputatın üzərinə ciddi məsuliyyət duşur. Onlar Xocalı soyqırımının Gürcüstan Parlamentində müzakirəyə çıxarılması və tanınması üçün maksimum səlahiyyətlərindən istifadə etməlidirlər. Bu onların bəşəriyyət qarşısında borçlarıdır. Savalan Mirzoyev tərəfindən Gürcüstan Parlamentində Xocalı soyqırımı ilə bağlı başladılan proses təqdirə layiqdir. 1992-ci ildə Xocalıda, Azərbaycan türklərinin soyqırımı, bəşəriyyətə qarşı törədilən ən ağır cinayətlərdən biridir. Bu cinayət faktı 1939-1945-ci illərdə Avropada, Yəhudilərin soyqırımı səviyyəsində olan bir qanlı aksiyadır və bütün dünya dövlətlərinin Parlamentləri buna hüquqi qiymət verməlidirlər.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.