28-ci Dədə Camal məclisi: "Boçalı folklor mühiti və Borçalı aşıq məktəbi" "Borçalı" Cəmiyyəti 19 февраля 2012 "Borçalı" İctimai Cəmiyyətinin "Boçalı folklor mühiti və Borçalı aşıq məktəbi" mözusunda növbəti 28-ci Dədə Camal məclisi keçirildi.Tədbiri giriş sözü ilə Elxan Məmmədli açdı. O,iştirakçıları salamlayaraq mövzunu məruzəçi qismində təqdim etdi. Sonra mövzuya keçməmişdən öncə ənənəvi olaraq son bir ayda görülən işlər haqqında danışmaq üçün sözü "Borçalı" İctimai Cəmiyyətinin sədri Z.Məmmədliyə verdi.Sədr Z.Məmmədli hamını salamlayaraq ötən bir ay ərzində "Borçalı" Cəmiyyətinin gördüyü işlər haqqında məlumat verdi. Keçirilən mətbuat konfransı, gənclərin Gürcüstan səfirliyi qarşısında dəyişdirilmiş türk toponimlərinin geri qaytarılması və torpaq islahatları ilə bağlı keçirdikləri etiraz aksiyası haqqında danışdı.Söz yenidən məruzəçi Elxan Məmmədliyə verildi. Elxan müəllim mövzunun çox dərin və geniş bir mövzu olduğunu xüsusi vurğulayaraq qeyd etdi ki, Borçalı folklor mühitinin və Borçalı aşıq məktəbinin cox böyük və zəngin bir tarixi var. Laylalarımız, ağsaqqal və ağbirçəklərimizin dilindən süzülüb gəlmiş el deyimlərimiz bunlara bariz nümunədir. Tədbirdə dəyərli, tədqiqatçı alimlər, ziyalılar, elm adamları Qəzənfər Paşayev, Muxtar İmanov, Tahir Talıblı, Müşfiq Çobanov və b. "Borçalı" Cəmiyyətinin üzvləri, el sənətkarları aşıq Cahangir, aşıq Tərmeyxan, aşıq Abbas, aşıq Əşrəf, aşıq Şahbaz, aşıq Elbəyi və hələ cox gənc olan Sənan iştirak edirdilər.Mövzuya uyğun olaraq "Borçalı" İctimai Cəmiyyətinin 14.02.2012-ci il tarixli qərarına əsasən, Borçalı türk folklorunun toplanması, tədqiqi və təbliğindəki xidmətlərinə görə bir çox şəxslərə "Borçalı İC-nin "Fəxri üzvlük" diplomu və rəsmi təşəkkürnamə təqdim olundu: Məhərrəm Qasımlı - Fəxri üzv, Asif Hacıyev -- Fəxri diplom, Qəzənfər Paşayev -- Fəxri üzv, Muxtar İmanov -- Fəxri üzv, Professor Qəzənfər Paşayev mövzu ətrafında çıxış etdi. O, qeyd etdi ki, bu gün mən Borçalılardakı birliyi gördüm və mənim "Borçalı" Cəmiyyətinə fəxri üzv seçilməyim mənim üçün ən böyük ödüllərdən biridir.Daha sonra mövzu ətrafında professor Muxtar İmanov, Tahir Talıblı, Abbas Abdulla, Dərviş Osman, Musa Nəbioğlu çıxış etdilər. Abbas Abdulla qeyd etdi ki, Borçalı folkloru və aşıq məktəbi haqqında nə qədər yazilsa bele yenə azdır. Çünki Borçalı elə bir qədim tarixə malikdir ki, gürcülərin VII əsrdəki Kartli Cxovreba mənbəsində qeyd edilib ki, V əsrdə bu ərazilərdə Kəpənəkçi kəndi mövcud olmuşdur. Bu onu göstərir ki, Borçalının tarixi çox qədimdir.Musa Nəbioğlu "Borçalı" Cəmiyyətinə belə bir mövzuya müraciət etdikləri üçün xüsusi təşəkkür edərək Aşıqlar Birliyinin bəzi planlarından danışdı və təklif etdi ki, bu tədbirlərin davamı Borçalıda daha geniş və davamlı keçirilsin. Bolnisidə azərbaycanlıların Mədəniyyət Mərkəzi yaradılsın. Bu işdə "Borçalı" Cəmiyyəti və Aşıqlar Birliyi bir-birinə dəstək olmalıdır.Tədbirdə çıxış edənlər böyük şairimiz Zəlimxan Yaquba səhhətində yaranmış problemə görə Allahdan şəfa dilədilər.Daha sonra meydan el sənətkarlarına verildi. Hər biri ayrı-ayrılıqda öz gözəl ifaları və avazları ilə hər kəsi xəyalən gözəl yaylaqlara, vüqarlı dağlara, Ulu Borçalıya apararaq ovqatlara və tədbirə daha da rəng qatdılar.Sonda yenə söz sədr Z. Məmmədliyə verildi. O, qeyd etdi ki, artıq Dədə Camal Məclisinin Gürcüstan bölməsi yaradılır və Dədə Camal Məclisləri Gürcüstanda da ənənəvi olaraq keçiriləcək. Gürcüstanda keçiriləcək ilk Dədə Camal Məclisi mart ayının 4-də Marneulidə keçiriləcək. Hər bir kəsi Borçalıda keçiriləcək Dədə Camal Məclisində iştirak etməyə dəvət etdi.Daha sonra mart ayının 16-17 də Gürcüstanda aşıqların III qurultayında "Borçalı" Cəmiyyəti heyyətinin iştirak edəcəyini, Borçalıda Novruz şənliklərinin keçiriləcəyini "Borçalı" Cəmiyyətinin də o şənliklərdə çox aktiv iştirak edəcəyini, Faxralı Məscidinin açılışı olacaq və orada "Borçalı" Cəmiyyətinin iştirak edəcəyini, aprel ayının 18-də Tbilisidə görkəmli alim Valeh Hacıların xatirəsinə həsr edilmiş Beynəlxalq simfoziumda da iştirak edəcəklərini vurğuladı. Daha sonra qeyd etdi ki, mən istəyirəm bu gün burda biz iki qərar qəbul edək. "Borçalı Türk folklor Mərkəzi" yaradılsın. Həmin Mərkəzə rəhbərlik Elxan Məmmədliyə həvalə olunsun. Eyni zamanda bu mərkəz Gürcüstanda da yaradılsın və ona rəhbərlik Dərviş Osmana həvalə olunsun.Təklif və qərarlar tədbir iştirakçıları tərəfindən qəbul edildi.My Webpage. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.