"Borçalı" İctimai Birliyinin yeni rəhbərliyi ilk iclasını keçirib

"Borçalı" İctimai Birliyinin yeni rəhbərliyi ilk iclasını keçirib"Borçalı"nın yeni rəhbərliyindən operativ qərarlar

Birliyin Mətbuat Xidmətindən ZiM.az-a verilən məlumata görə, sentyabrın 14-də "Borçalı" İctimai Birliyinin yeni rəhbərliyi ilk iclasını keçirib.

Yeni rəhbərlik iyunun 25-də keçirilən növbədənkənar konfransda seçilsə də, ötən müddət ərzində qanunlara hörmət əlaməti olaraq Azərbayan Respublikası Ədliyyə Nazirliyinin qəbul olunmuş qərarlar verəcəyi hüquqi qiymətin açıqlamasını gözləməyi qərara alınmışdı:

"Nəhayət ki, nazirlik Borçalı İctimai Birliyinin iyunun 25-də keçirilən növbədənkənar konfransının, onun qərarlarının hüquqi cəhətdən düzgün olması və legitimliyinin tanınması haqqında qərar verdi".

Məlumata görə, bu qərardan sonra, daha dəqiqi, sentyabrın 14-də ilk iclas Kərəm Məmmədlinin sədrliyi ilə keçirilib.

İclasda çıxış edən Borçalı İctimai Birliyinin təsisçiləri şair Eyvaz Borçalıprofessor Hidayət Nuriyev Ədliyyə Nazirliyinə verdiyi haqlı qərara görə minətdarlıq etmiş, iyunun 25-də keçirilən növbədənkənar konfransın qərarlarının dövlət tərəfindən tanınmasını bütün mübahisələrə son qoyduğunu və yeni rəhbərliyin artıq fəal şəkildə vəzifəsinin icrasına başlamalı olduğunu vurğulayıblar.

Təsisçilər Eyvaz Borçalı və Hidayət Nuriyev birliyin yeni rəhbərliyinə xeyir-dua verərək, soydaşlarının onlardan əməli fəaliyyət gözlədiklərini qeyd ediblər.

"Borçalı" İctimai Birliyinin sədri Kərəm Məmmədli göstərdikləri etimada görə təsisçilərə və yığıncaq iştirakcılarına təşəkkür edib.

Sonra birliyin idarə edilməsi üçün strukturun dərhal formalaşdırılmasını, Gürcüstandan olan tələbələrin üzləşdikləri problem və soydaşlarımızın Azərbaycan Respublikasında miqrant vəziyyətinə düşməsi, yaranan problemlərin həlli istiqamətində atılacaq addımları birliyin ən vacib vəzifəsi olmasını bildirib.

Sədrin təklifi idarə heyyətinin üzvüləri tərəfindən yekdiliklə dəstəklənib.

İdarə Heyətinin üzərinə düşən vəzifənin icrası ilə bağlı vəzifə bölgüsü aparıldıqdan sonra Gürcüstandan olan tələbələrin test imtahanı verməsinin və əcnəbi kimi təhsil haqqı ödəməsinin ədalətli olmadığı qeyd edilib.

Bu problemin həlli birliyin sədri Kərəm Məmmədlinin təklifi ilə geniş müzakirə olduqdan sonra problemin həlli üçün aidiyyatı dövlət orqanlarına müraciətlər edilməsi qərara allınıb.

Birlik Gürcüstandan olan soydaşlarımızın miqrasiya problemlərini də müzakirə etdikdən sonra bu problemin həlli üçün müraciətin qəbul olmasına və bu istiqamətdə Azərbaycanın dövlət orqanları ilə fəal iş aparılmasına qərar verilib.

Borçalı İctimai Birliyinin iyunun 25-də keçirilən növbədənkənar konfransın seçilmiş yeni rəhbərlik soydaşlarına müraciət qəbul edərək onların etimadını doğrultmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
* TƏBRİKLƏR * TƏBRİKLƏR * TƏBRİKLƏR *

* TƏBRİKLƏR * TƏBRİKLƏR * TƏBRİKLƏR *

"Borçalı" Cəmiyyəti
“Borçalı” Cəmiyyəti keçmiş sədrin əməllərini qınadı

“Borçalı” Cəmiyyəti keçmiş sədrin əməllərini qınadı

"Borçalı" Cəmiyyəti
Kərəm Məmmədov Borçalı Cəmiyyətinin yeni sədri seçildi - YENİLƏNİB

Kərəm Məmmədov Borçalı Cəmiyyətinin yeni sədri seçildi - YENİLƏNİB

MEDİA, Gürcüstan, Borçalı, Başkeçid, "Borçalı" Cəmiyyəti
“Borçalı” İctimai Cəmiyyətinin nümayəndələri Kvemo-Kartlinin qubernatoru il ...

“Borçalı” İctimai Cəmiyyətinin nümayəndələri Kvemo-Kartlinin qubernatoru il ...

"Borçalı" Cəmiyyəti
Marneulinin hazırkı Sakrebulosu Son İclasını Keçirib

Marneulinin hazırkı Sakrebulosu Son İclasını Keçirib

Borçalı
“Borçalı” İctimai Birliyinin növbəti tədbiri: “Azərbaycanın milli-mənəvi də ...

“Borçalı” İctimai Birliyinin növbəti tədbiri: “Azərbaycanın milli-mənəvi də ...

"Borçalı" Cəmiyyəti
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti növbəti hesabat-seçki konfransını k ...

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti növbəti hesabat-seçki konfransını k ...

QHT
“Borçalı” İctimai Birliyi yeni tədbir keçirəcək

“Borçalı” İctimai Birliyi yeni tədbir keçirəcək

Elanlar, "Borçalı" Cəmiyyəti

"Gürcüstanın azərbaycandilli məktəblərində yaranmış təhsil problemləri"

Tv, "Borçalı" Cəmiyyəti
Ad günün mübarək, KƏRƏM MÜƏLLİM!...

Ad günün mübarək, KƏRƏM MÜƏLLİM!...

"Borçalı" Cəmiyyəti
“Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin geniş iclası keçirili ...

“Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin geniş iclası keçirili ...

Yeni nəşrlər, QHT, Mədəd Çobanov, Diaspora
Uğursuz siyasətçinin liderlik iddiası...

Uğursuz siyasətçinin liderlik iddiası...

"Borçalı" Cəmiyyəti
“Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin ümumi yığıncağı keçir ...

“Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin ümumi yığıncağı keçir ...

İctimai elmlər, BDU, Tarix, QHT
YAP-ın BSU üzrə Gənclər Birliyinin yeni sədri seçilib

YAP-ın BSU üzrə Gənclər Birliyinin yeni sədri seçilib

BSU
Arzuman Nəbiyev: “Borçalı

Arzuman Nəbiyev: “Borçalı" Birliyinə sürtülmüş adam rəhbərlik etməlidir...

"Borçalı" Cəmiyyəti
ƏLİ BABAYEV:  “ZƏLİMXAN MƏMMƏDLİnin

ƏLİ BABAYEV: “ZƏLİMXAN MƏMMƏDLİnin "fəaliyyəti" Borçalıya ancaq zərər vu ...

"Borçalı" Cəmiyyəti
“Yeni Yurd”-un Yasamal rayon şöbəsində görüş keçirilib

“Yeni Yurd”-un Yasamal rayon şöbəsində görüş keçirilib

Azərbaycan, "Şərqin səsi"
“Borçalı”nın yeni sədri: “Zəlimxan Məmmədliyə təklif etdim ki, siyasi pariy ...

“Borçalı”nın yeni sədri: “Zəlimxan Məmmədliyə təklif etdim ki, siyasi pariy ...

Borçalı, "Borçalı" Cəmiyyəti

"Yeni Yurd"un Yasamal rayon şöbəsi fəaliyyətə başlayıb

"Şərqin səsi"
Qafqaz Universitetinin tələbələri təhsillərini Bakı Mühəndislik Universitet ...

Qafqaz Universitetinin tələbələri təhsillərini Bakı Mühəndislik Universitet ...

Nazirlik, BMU
Rəy yazın: