ƏLİ BABAYEV: “ZƏLİMXAN MƏMMƏDLİnin "fəaliyyəti" Borçalıya ancaq zərər vurub. O, BU İŞLƏRDƏN ƏL ÇƏKMƏLİDİR!..."

ƏLİ BABAYEV:  “ZƏLİMXAN MƏMMƏDLİnin "fəaliyyəti" Borçalıya ancaq zərər vurub. O, BU İŞLƏRDƏN ƏL ÇƏKMƏLİDİR!..." "Borçalı" İctimai Cəmiyyətinin iyunun 25-də keçirilən növbədənkənar Konfransı ətrafında müzakirələr
bitmək bilmir.
Səbəb isə sabiq sədr Zəlimxan Məmmədlinin Konfransın qərarlarına tabe olmaq istəməməsi və
həmin qərarları şübhə altına alan çıxışlar etməsidir.
Bu isə Azərbaycanda yaşayan Borçalıları üzdüyü kimi, Gürcüstanda yaşayan soydaşlarımızın da narazılığına
səbəb olur.
Zəlimxan Məmmədlinin bu mövqeyindən narazı qalanlardan biri də Gürcüstanda yaşayan soydaşımız, nüfuzlu ziyalı Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri ƏLİ BABAYEVdir.

Onunla müsahibəyə də "Borçalı" İctimai Cəmiyyəti ətrafında baş verən proseslərdən başladıq.


-"Borçalı" İctimai Cəmiyyəti Sovet İttifaqının dağıldığı, Azərbaycandan kənarda qalan soydaşlarımızın öz doğma yerlərini tərk etməyə başladıqları bir dövrdə yarandı. Həmin dövrdə Ermənistanda yaşayan soydaşlarımız öz doğma yurd-yuvalarını ermənilərin basqıları altında tərk etmişdilər. Bu vəziyyət Gürcüstanda yaşayan soydaşlarımıza da öz təsirini göstərmişdi. Sovet İttifaqının dağılması milli respublikalarda başlayan xaos, millətçiliyin qızışması insanları daha güvənli həyat haqqında düşünməyə vadar edirdi. O zaman bizlər, Gürcüstanda yaşayan ziyalılar ilk olaraq soydaşlarımızı doğma torpaqlarını tərk etməməyə çağırırdıq. Gürcüstanda yaşayan soydaşlarımızla daha effektli iş aparmaq üçün bir təşkilata ehtiyac vardı və Borçalı Cəmiyyəti bu şərtlərin tələbi nəticəsində yarandı. Həmin dövrdə Bakıda fəaliyyət göstərən bütün ictimai təşkilatlar Xalq Cəbhəsinin təsiri altına düşürdü. Bu proses Borçalı Cəmiyyətindən də yan keçmədi. Ancaq Borçalıdan olan ziyalılarımız bu vəziyyəti düzəldə bildi. Bu illər ərzində Cəmiyyətin nöqsanları ilə bərabər uğurları da olub. Ancaq Zəlimxan Məmədlinin Cəmiyyətə sədr seçilməsi ilə yenə 90-cı illərin əvvəlində baş verən proseslər başladı. Bunun nəticəsi olaraq Borçalı Cəmiyyətinin mövqeləri Gürcüstanda yaşayan soydaşlarımız arasında zəiflədi. Ötən ay Cəmiyyətin rəhbərliyində baş verən lider dəyişikliyi Borçalı Cəmiyyətinin gələcəyinə yenidən ümidlə baxmağa inam yaradıb. İnanıram ki, Borçalı Cəmiyyəti yeni sədrin rəhbərliyi altında Cəmiyyətin ali məqsədlərinə çatmağına nail olacaq. Bu vəzifə isə Gürcüstan və Azərbaycan iqtidarı arasında körpü olmaqdan, Borçalıların və bütövlükdə Gürcüstanda yaşayan soydaşlarımızın probleminin həllində müsbət rol oynayacaq.

-Əli müəllim, Azərbaycan və Gürcüstan dövlətləri arasında münasibətlər yüksək, strateji müttəfiqlik səviyəsində olsa da, bu sözləri Azərbaycan və Gürcü cəmiyyətləri haqqında demək olmur. Bunun səbəbi nədir və yaranmış vəziyyəti düzəltmək üçün nə edilməlidir?

-Azərbaycanın böyük oğlu Heydər Əliyevin Gürcüstanla bağlı müəyyən etdiyi siyasət bu gün hörmətli Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gürcüstan Azərbaycanın, Azərbaycan da Gürcüstanın ən yaxın müttəfiqi, dayağıdır. Azərbaycanın bütün böyük layihələri Gürcüstanla birlikdə həyata keçirilir. Dünyada münsibətləri bu qədər yaxşı olan iki qonşu dövlət tapmaq asan deyil. Bu mənada Azərbaycanla Gürcüstanın dostluq və mehriban qonşuluq münasibəti bütün dövlətlər üçün örnək ola bilər. Ancaq Sizin də haqlı olaraq qeyd etdiyiniz kimi Azərbaycan Gürcüstan cəmiyyətləri arasında münasibətlər iki dövlət arasında münasibətlərdən geri qalır. Bu vəziyyətin yaranmasında bizim hər birimizin məsuliyyəti var. Azərbaycan və Gürcüstanın ictimai xadimləri, ziyalıları iki xalqın, Azərbaycan və Gürcüstan cəmiyyətlərinin yaxınlaşması üçün əllərindən gələni etmirlər. Hətta buna mane olan, pozuculuq faəliyyəti göstərənlər də var. Zəlimxan Məmmədlinin faəliyyəti Gürcüstan cəmiyyətində Azərbaycan, Borçalılar haqqında müsbət rəy yaratmağa xidmət etmədi. Hətta zərbə vurdu. Onun bir çox addımları, çıxışları Gürcüstan cəmiyyətində mənfi qarşılandı. Halbuki, tam əksinə olmalı idi. Ancaq mən Azərbaycanla Gürcüstanın münasibətlərinin gələcəyinə ümidlə baxıram. Gürcüstanda çox yaxşı gənclərimiz yetişir və onlar vətəndaşı olduqları ölkənin həyatında aktiv rol oynamağa başlayırlar. Bu gənclik Azərbaycan və Gürcüstan cəmiyyətlərinin yaxınlaşmasında da, Gürcüstanda yaşayan soydaşlarımızın prolemlərinin həllində mühüm rol oynayacaqlar. Ancaq biz də bütün problemləri onlara saxlamalı deyilik. Hər kəs əlindən gələni etməlidir. Təbii ki, Borçalı Cəmiyyətinin üzərinə də böyük vəzifə düşür.

-Əli müəllim, Borçalı Cəmiyyətinin sabiq sədri Zəlimxan Məmmədlinin adamları yenidən Borçalıda Elat bayramı keçirəcəklərini bildirlər. Bununla bağlı nə deyə bilərsiniz?

--Zəlimxan Məmmədli bu kimi işlərindən əl çəkməlidir. Onun bu günə kimi fəaliyyəti ancaq zərər verib. Gürcüstanın yerli hakimiyyət orqanları iyulun 26-da, Dumanisinin Armudlu yaylasında Azərbaycan Gürcüstan Dostluq bayramı keçirməsi ilə bağlı qərar verib. Bu tədbirin keçirilməsi üçün Dumanisinin yerli hakimiyyət orqanları maliyyə vəsaiti də ayırıb. Bu məqsədlə Kvemo Kartli (Borçalı) bölgəsinin qubernatoru cənab Paata Xizanaşvili ilə görüşümüz də olub. Cənab qubernator bu bayramın yüksək səviyyədə keçməsi üçün əllərindən gələni edəcəklərini, tədbirin Gürcüstan və Azərbaycanın dostluğunu istəyən hər kəs üçün açıq olduğunu, istəyən şəxsin iştirak edə biləcəyini bildirdi. Buna görə də, Zəlimxan Məmmədli bundan sonra Borçalıda hər hansısa tədbir keçirməkdən çəkinməlidir. Onun bu günə kimi keçirdiyi tədbirlər xeyirdən çox zərər verib.

-Zəlimxan Məmmədlinin və adamlarının "Elat Bayramı" keçirməkdə israrları nədir?

-Əslən Gürcüstandan olan Azərbaycan, Rusiya və başqa ölkələrdə yaşayan imkanlı soydaşlarımız belə tədbirlərə maliyyə dəstəyi verir. Onlar bunu xoş niyyətlə edirlər və buna görə onlara minətdaram. Ancaq Zəlimxan Məmmədli və başının dəstəsinin öz məqsədləri var. Sizin qəzet vasitəsilə müraciət edirəm ki, Borçalının problemlərini həll etmək üçün bir fond yaradılsın. Yardım etmək istəyən həmin fonda öz dəstəyini göstərsin. Bu fond da həmin pulları Borçalıda yolların,qəbirstanlıqların, abidələrin təmirinə, ehtiyacı olan tələbələrin təhsilinə, Azərbaycanın ədəbiyyat və sənət adamlarının Gürcüstana, gürcü yazarlarının, şairlərinin sənət adamlarının Azərbaycana səfərlərini və birgə tədbirlərini təşkil etsin. Bu hər iki ölkənin xalqları arasında da, Azərbaycan və Gürcüstan cəmiyyətləri arasında yaxınlaşmanı saxlaya bilər. Yoxsa ki, Elat bayramı keçir və həmin tədbirə də danışdığı sözün məsuliyyətini bilməyənləri dəvət et, onların çıxışları da sonradan separatçılıq kimi yozulsun. Belə tədbirlər rəsmi qurumların iştirakı ilə keçirilməlidir ki, sonradan heç kim ara qarışdırmaq üçün istifadə etməsin.

P.S. Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev müsahibənin sonunda onun bir müraciətini hər kəsə çatdırmağımızı istədi. Əli müəllim Borçalıda keçirilən tədbirlərdə qalmaqalların, münaqişələrin yaradılmasından çəkinməyə və hər bir tədbirin həqiqətən dostluq bayramı olması üçün hər kəsi məsuliyyətli davranmağa çağırır.

İlqar Əsgər




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Borçalı” Cəmiyyəti keçmiş sədrin əməllərini qınadı

“Borçalı” Cəmiyyəti keçmiş sədrin əməllərini qınadı

"Borçalı" Cəmiyyəti
“Borçalı” İctimai Cəmiyyətinin nümayəndələri Kvemo-Kartlinin qubernatoru il ...

“Borçalı” İctimai Cəmiyyətinin nümayəndələri Kvemo-Kartlinin qubernatoru il ...

"Borçalı" Cəmiyyəti
Armudlu yaylasında ənənəvi ELAT BAYRAMI keçirilib

Armudlu yaylasında ənənəvi ELAT BAYRAMI keçirilib

Borçalı, Başkeçid, "Borçalı" Cəmiyyəti
Uğursuz siyasətçinin liderlik iddiası...

Uğursuz siyasətçinin liderlik iddiası...

"Borçalı" Cəmiyyəti
“CMA CMİTAN CLİERİ” – “Borçalı” Cəmiyyətinin sədri Kərəm Məmmədli “Sadaxlı  ...

“CMA CMİTAN CLİERİ” – “Borçalı” Cəmiyyətinin sədri Kərəm Məmmədli “Sadaxlı ...

"Borçalı" Cəmiyyəti
KVEMO-KARTLİ QUBERNATORU İLƏ GÖRÜŞ

KVEMO-KARTLİ QUBERNATORU İLƏ GÖRÜŞ

Rustavi, Borçalı, Bolus
Əflatun Amaşov Gürcüstana səfər edib

Əflatun Amaşov Gürcüstana səfər edib

MEDİA, Gürcüstan
Borçalı əsilli ziyalılar Zəlimxan Məmmədliyə kəskin etirazlarını bildirib

Borçalı əsilli ziyalılar Zəlimxan Məmmədliyə kəskin etirazlarını bildirib

"Borçalı" Cəmiyyəti
Gürcüstanda yaşayan azərbaycanlılar adından Azərbaycanda yaşayan bütün soyd ...

Gürcüstanda yaşayan azərbaycanlılar adından Azərbaycanda yaşayan bütün soyd ...

Gürcüstan, Borçalı
“Borçalı”nın yeni sədri: “Zəlimxan Məmmədliyə təklif etdim ki, siyasi pariy ...

“Borçalı”nın yeni sədri: “Zəlimxan Məmmədliyə təklif etdim ki, siyasi pariy ...

Borçalı, "Borçalı" Cəmiyyəti
Arzuman Nəbiyev: “Borçalı

Arzuman Nəbiyev: “Borçalı" Birliyinə sürtülmüş adam rəhbərlik etməlidir...

"Borçalı" Cəmiyyəti
Firuddin İsmayılov: Elat bayramı tədbirinin təxirəsalınmasının səbəbi Z.Məm ...

Firuddin İsmayılov: Elat bayramı tədbirinin təxirəsalınmasının səbəbi Z.Məm ...

"Borçalı" Cəmiyyəti
8-ci ELAT NİYƏ BAŞ TUTMADI?

8-ci ELAT NİYƏ BAŞ TUTMADI?

"Borçalı" Cəmiyyəti
Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsin ...

Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsin ...

MEDİA, Gürcüstan
Rustavidə Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib

Rustavidə Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib

---
Rustavidə Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib

Rustavidə Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib

Rustavi
Gürcüstan Prezidenti və Baş naziri Marneulidə keçirilən Novruz şənliklərind ...

Gürcüstan Prezidenti və Baş naziri Marneulidə keçirilən Novruz şənliklərind ...

Gürcüstan, Borçalı
“Borçalı” Cəmiyyəti “Təbriz gecəsi” keçirəcək

“Borçalı” Cəmiyyəti “Təbriz gecəsi” keçirəcək

"Borçalı" Cəmiyyəti
“Borçalı”nın həmtəsisçisi Şərif Kərimli: 250 nəfərə “bir qrup şəxs” demək o ...

“Borçalı”nın həmtəsisçisi Şərif Kərimli: 250 nəfərə “bir qrup şəxs” demək o ...

"Borçalı" Cəmiyyəti

"ZƏLİMXANIN ÖZÜ VAR XATİRƏLƏRDƏ"

Borçalı, Bolus
Rəy yazın: