Soydaşımız Samir Rzayev AZAL-ın prezidenti təyin olunub Rəsmi Xəbərlər, Borçalı, Təbriklər 22 февраля 2024 2160 100 1 2 3 4 5 TƏBRİK EDİRİK!Azərbaycan Respublikası-nın Prezidenti İlham Əliyev bu gün - 2024-cü il fevralın 22-də Samir Musa oğlu Rzayevin “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti vəzifəsindən azad edilməsi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilməsi haqqında Sərəncam imzalayıb. Qeyd edək ki, əslən qədim Borçalı mahalından, indiki Gürcüstanın Bolnisi rayonundakı Cəfərli kəndindən olan və gənc yaşlarından yüksək peşəkar bacarığı ilə tanınan Samir Rzayev maliyyə sahəsində rəhbər vəzifələrdə böyük idarəçilik təcrübəsi qazanıb.Belə ki, o, Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra təhsilini 2003-2004-cü illərdə Böyük Britaniyanın Durham Universitetində davam etdib. Həmin universitetdə “Maliyyə və investisiya” ixtisası üzrə magistr dərəcəsini alıb.2009-2017-ci illərdə isə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunda Maliyyə şöbəsinin müdiri işləyib.Ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq”ə məxsus "Azərbaycan Supermarket" MMC-yə bağlı olan “Bravo” supermarketlər şəbəkəsində satış müdüri vəzifəsində çalışıb.2022-ci ilin fevral ayında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Samir Rzayev “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti, noyabr ayında AZAL-ın birinci vitse-prezidenti vəzifəsinə təyin olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il sentyabrın 1-də imzaladığı sərəncama əsasən Cahangir Əsgərov “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib və onun vəzifəsinin müvəqqəti icrası AZAL-ın birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il fevralın 22-də imzaladığı sərəncamlara əsasən isə Samir Musa oğlu Rzayevin “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti vəzifəsindən azad edilib və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.Biz də, dəyərli soydaşımız Samir Musa oğlu Rzayevi belə bir yüksək və məsul vəzifəyə təyin olunması münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!.. İsmayıl ÖMƏROV,Azərbaycanın Əməkdar incəsənət xadimi, sabiq Millət vəkili, Azərbaycan İctimai Televiziyanın yaradıcısı, qurucusu və ilk baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru,3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenli,"Qızıl qələm", "Zirvə" və "Araz" Ali Media mükafatları laureatı;Cavanşir MƏMMƏDOV,Azəbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin sabiq rəisi, hazırda təqaüddə olan polis general-mayoru,“Azərbaycan Bayrağı” ordenli,«Abdulla Şaiq», «Qızıl Qələm»,«Zirvə» və «XXI Əsrin Ziyalısı»mükafatları Laureatı;Natiq HÜMBƏTOV, tarixçi-alim-politoloq,"Travelon" Şirkətinin baş direktoru,"ZiM.Az"ın şərhçisi,"Zirvə" İnformasiya Mərkəzinin,"Şərqin səsi" və "Borçalı" qəzetlərininRedaksiya Heyətinin üzvü,"Zirvə" mükafatı laureatı;Həsən İSMAYILOV,Məşhur "Skywell" brendinin Azərbaycanda rəsmi idxalçısı, "Onvolt" MMC şirkətinin Baş direktoru; Anar SÜLEYMANOV,filologiya üzrə fəlsəfə doktoru, tanınmış iş adamı,"Zirvə" mükafatı laureatı;Müşfiq BORÇALI,ZiM.Az-ın və "Ziya" qəzetininBaş redaktoru,AYB-nin AJB-nin üzvü,filologiya üzrə fəlsəfə doktoru,"Abdulla Şaiq", "Nəriman Nərimanov" və "Qızıl Qələm" mükafatları laureatıTurab RZAYEV,Avropa Yayımlar Birliyinin (EBU) Hüquq və Siyasət Komitəsinin ilk və yeganə Azərbaycanlı üzvü olmuş tanınmış politoloq,"Zirvə" mükafatı laureatı.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.