“Günəşli” yatağında baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan » Rəsmi Xəbərlər 5 декабря 2015 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə şiddətli yanğın baş vermişdir. Ağır hava şəraiti və güclü qasırğa qəza yerində olan şəxslərin xilas edilməsi işlərinin aparılmasını çətinləşdirmişdir. Buna baxmayaraq, görülmüş tədbirlər nəticəsində 32 nəfər xilas edilərək təxliyə olunmuşdur. İlkin məlumata görə 1 nəfər həlak olmuşdur. Hazırda itkin düşənlərin axtarışı və xilas edilməsi tədbirləri davam etdirilir. Xilasetmə işlərinin sürətləndirilməsi, aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, baş vermiş qəzanın səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması məqsədi iləqərara alıram:1. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:Komissiyanın sədri:Artur Rasi-zadə - Azərbaycan Respublikasının Baş naziriKomissiyanın üzvləri:Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müaviniKəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziriRövnəq Abdullayev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidentiNatiq Əliyev - Azərbaycan Respublikasının energetika naziriZakir Qaralov - Azərbaycan Respublikasının Baş prokuroruRamil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziriMədət Quliyev - Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müaviniElçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisiOqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziriHüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziriSamir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziriSəlim Müslümov - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziriQüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi2. Dövlət Komissiyası:- itkin düşənlərin axtarışı və xilasetmə işlərinin sürətləndirilməsini təmin etsin;- hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirsin və həyata keçirsin;- qəza nəticəsində zərər çəkmiş şəxslərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etsin;- qəza nəticəsində xəsarət alanların müalicəsini təmin etsin;- qəza nəticəsində dərin dəniz özülünün yararlılıq vəziyyətinin və ona dəymiş zərərin müəyyənləşdirilməsini təmin etsin;- görülmüş işlər haqqında Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat versin.3. Azərbaycan Respublikası Baş Prokurorluğu Daxili İşlər, Fövqəladə Hallar və Milli Təhlükəsizlik nazirlikləri ilə birlikdə baş vermiş hadisənin səbəblərinin araşdırılması üçün təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirsin.4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. İlham Əliyev Azərbaycan Respublikasının PrezidentiBakı şəhəri, 5 dekabr 2015-ci il. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.