Azərbaycan prezidenti Nardaranda həlak olmuş polisləri “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib Azərbaycan » Rəsmi Xəbərlər 27 ноября 2015 Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin əməkdaşlarının “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən keçirilmiş xüsusi əməliyyat nəticəsində təxribatlar, kütləvi iğtişaşlar və terror aktları törətməklə Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsini planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə zərərsizləşdirilmişdir. Xüsusi əməliyyat zamanı iki polis əməkdaşı qəhrəmancasına həlak olmuşdur.Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraqqərara alıram:Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilsinlər:polis serjantı Vüqar Əyyub oğlu Nəsibov (ölümündən sonra)polis serjantı İsmayıl Rəsul oğlu Tağıyev (ölümündən sonra).İlham Əliyev,Azərbaycan Respublikasının PrezidentiBakı şəhəri, 27 noyabr 2015-ci il. "Ziya" qəzetinin və ZiM.Az saytının Yaradıcı Heyəti adındanBaş redaktor Müşfiq BorçalıNardaranda həlak olmuş polislərin-Vüqar Əyyub oğlu Nəsibovun vəİsmayıl Rəsul oğlu Tağıyevinvəfatından kədərləndiklərini bildirir,mərhumların ailə üzvlərinə vəbütün doğmalarına dərin hüznlə başsağlığı verir...ALLAH RƏHMƏT ELƏSİN !..RUHLARI ŞAD OLSUN!..Dünən Nardaranda ekstremistlərə qarşı keçirilən əməliyyatda atışma zamanı həlak olan iki polis əməkdaşı bu gün II Fəxri Xiyabanda dəfn olunub. "Qafqazinfo"nun hadisə yerində olan əməkdaşlarının verdiyi xəbərə görə, polis əməkdaşları Nəsibov Vüqar Eyyub oğlu və Tağıyev İsmayıl Rəsul oğlunun dəfn mərasimində dövlət və hökumət nmayəndələri, Daxili İşlər Nazirliyinin rəhbərliyi, o cümlədən,Daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Daxili İşlər Nazirliyinin Baş İctmai Təhlükəsizlik İdarəsinin rəisi, general-mayor Cavanşir Məmmədov,Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov, Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi, general-mayor Yaşar Əliyev və başqaları iştirak edib.Qeyd edək ki, Baş prokuror Zakir Qaralov, Baş prokurorun müavini Rüstəm Usubov, Prezident Administrasiyasının Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyev, Müdafiə Naziri, general-polkovnik Zakir Həsənov,və milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev və başqaları da dəfn mərasiminə qatılıb.***Dəfn mərasiminə təkcə rəsmilər və polislərin yaxınları deyil, hadisəni eşidən adi insanlar da qatılıb.***Polis əməkdaşları Nəsibov Vüqar və Tağıyev İsmayıl torpağa tapşırılıb. ***Nardaranda öldürülən polis Vüqar Nəsibovun atası Eyyub Nəsibov “Qafqazinfo”ya qısa açıqlama verib:"Nə deyə bilərəm ki, Allah rəhmət eləsin. Dövlətimiz sağ olsun".***1973-cü il təvəllüdlü İsmayıl Tağıyevin böyük qardaşı Qənimət Nəzərov “Qafqazinfo”ya açıqlamasıdna bildirib ki, ataları da polis olub: "Balamızı itirmişik. Vətənimiz və millətimiz sağ olsun. Üç övladı var idi. Atası Rəsul Tağıyev də polis idi. O da 10 il əvvəl vəfat edib. İsmayıl millətə layiq övlad idi, millətin uğrunda da öldü".Murad ƏhmədFotolar: Nuran Məmmədov. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.