Ş.İ.Abdullayevə general-leytenant hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Rəsmi Xəbərlər, Başkeçid, Təbriklər 14 декабря 2013 Ş.İ.Abdullayevə general-leytenant hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şamı İsmayıl oğlu Abdullayevə general-leytenant hərbi rütbəsi verilsin.İlham ƏliyevAzərbaycan Respublikasının PrezidentiBakı şəhəri, 14 dekabr 2013-cü il. Redaksiyadan: Xatırladırıq ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Naziri general-leytenant Şamı İsmayıl oğlu Abdullayev 05 yanvar 1962-ci ildə Uli Borçalı mahalının qədim Başkeçid elində, indiki Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub.Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi və Rusiya Federasiyasının V.V.Kuybışev adına Hərbi Mühəndislik Akademiyasının mülkü müdafiə fakultəsini bitirib.Ailəlidir, 2 övladı var. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fövqəladə halların qarşısının alınmasında və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında göstərdikləri fədakarlığa və yüksək peşəkarlığa, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında 14 Dekabr 2010-cu il tarixli sərəncamı ilə Şamı İsmayıl oğlu Abdullayev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.Biz də dəyərli eloğlumuz - Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Naziriəslən qədim Borçalı mahalının Başkeçid elindən olan Şamı İsmayıl oğlu Abdullayevigeneral-leytenant hərbi rütbəsinə layiq görülməsi münasibətiləşəxsən öz adımdan və eləcə də rəhbərlik etdiyim ZiM.Az-ın Yaradıcı Heyəti adından ürəkdən təbrik edir və ona şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.