Dursun Həsənovun Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Rəsmi Xəbərlər, Gürcüstan, Tiflis, Təbriklər, Diaspora 22 декабря 2016 D.A.Həsənovun Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:Dursun Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.İlham ƏliyevAzərbaycan Respublikasının PrezidentiBakı şəhəri, 21 dekabr 2016-cı il.REDAKSİYADAN: Dəyərli soydaşımız, Azərbaycan Respublikasının Gürcüstandakı səfirinin müavini, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinin ləyaqətli daşıyıcısı, çox hörmətli Dursun Ayvaz oğlu Həsənovu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Gürcüstanda Fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi münasibətilə ürəkdən təbrik edir və ona şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.