Ana dili günümüz mübarək olsun! Regionlar, Məktəblər 21 февраля 2024 1300 100 1 2 3 4 5 Varlığımızın sübutu Ana dilimiz çox ağır sınaqlardan çıxdı. Çox zaman ən hörmətli qonaq qarşısına onu buraxmadılar. Dövlət dili olması üçün çətin sınaqlarla üzləşdi. Onun inkişaf məsuliyyətini çiyinlərində daşıyan insanlar belə təqiblərlə, tənələrlə çox üzləşiblər. Nə vaxtsa bütöv Azərbaycanın və dünyada yaşayan bütün azərbaycanlıların dili olaraq təşəkkül tapmasını hiss edən ziyalılarımız nisgilli taleləri ilə onu qorudular və bizlərə ərmağan etdilər.Müstəqillik illərində də dil məsələsini dövlət siyasətinə gətirən Heydər Əliyevin Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi istiqamətindəki xidmətləri əvəzolunmazdır. 1978-ci il Azərbaycan SSR-nin Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin daxil edilməsi bunun sübutudur. Keçmiş Sovet İttifaqında bu cür ciddi məsələni qoymaq və ona nail olmaq heç də asan deyildi.Keçmişlərimizin bizə ərmağan etdiyi Ana dilimiz - Azərbaycan dili bu gün də qorunur və inkişaf etdirilir.Azərbaycan dili Ölkəmizdə yaşayan bütün xalqların ünsiyyət etdiyi, istifadə etdiyi sevimli dildir.Ana dili günümüz mübarək olsun!.. Babacan ZƏKİYEV,Qusar rayonu Balaqusar kənd tam orta məktəbinin direktoruZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.