ŞƏRƏFLİ PEDAQOQ ÖMRÜ

ŞƏRƏFLİ   PEDAQOQ  ÖMRÜ Bütün ömrünü gənc nəslin təlim tərbiyəsinə həsr etmək,
öz pedaqoji ustalığını daim təkmılləşdirmək, adi məktəb müəllimindən tanınmış məktəb direktoruna, fəal ictimaiyyətçı və təşkilatçıya çevrilmək, riyazıyyat müəllimlərinin və təlim verdiyi on minlərlə digər insanların sevimlisi olmaq həqiqətən də böyük zəhmət və fədakarlıq tələb edir. Belə yaşamın bir adı var- şərəfli pedaqoq ömrü. Belə yaşamışdır Məhbubə müəllimə.
Yazıb yaratmış, ona müraciət edən müəllimlərin və insanların daima köməyinə gəlmışdir. Tədris və təlimdə yenilikləri, prdaqoji innovasiyaları öyrənməkdə, işdə tətbiq etməkdə onlara yardımçı olmuşdur.


Məhbubə Həsən Qızı Bağırova
31 yanvar 1933-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 1940-cı ildə Gəncə şəhəri 20 saylı Dəmir yolu orta məktəbinə daxil olub. Orta təhsilini 1950-ci ildə başa vurduqdan sonra həmin ildə də sənədlərini Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna verib, Riyaziyyat və Fizika fakültəsinə qəbul olunub. 1954-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirmişdi. 1954-cü ildə Təhsil Nazirliyinin bölgüsü ilə keçmiş Xaldan rayonuna təyinat alib və Yuxarı Nemətabad kəndində Riyaziyyat müəllimi işləməyə başlayıb. Bir il Riyaziyyat müəllimi işlədikdən sonra həmin məktəbə direktor təyin edilib. Pedaqoji fəaliyyətinin ilk günlərindən piyaziyyatı şagirdlərə sevdirməyi bacarıb. Tədrisə ciddi yanaşmağı, fənni yaxşı bilməyi, dərslərində riyaziyyatın sirlərinə yiyələnməyi və bundan mümkün qədər çox istifadə etməyi ona nail olmağa imkan yaradırdı. Odur ki, Məhbubə müəllimə dərs dediyi yüzlərlə məzun keçmiş SSRİ –nin müxtəlif şəhərlərində riyaziyyat profilli ixtisaslarda yiyələnmiş və hazırda Tətbiqi Riyaziyyatda, Kibernetikada, İnformasiya və Texnoliji sahələrdə həmçinin sadə Riyaziyyat müəllimi kimi və s. sahələrdə də fəaliyyət göstərirlər. Məhbubə müəllimənin yüksək peşəkarlığı müəllimlik sənətinə olan sevgisi gənc nəslin təlim-tərbiyyəsinə göstərdiyi qayğı bu yolda fədakarcasına çalışması rəhbərlik tərəfindən daim yüksək qiymətləndirilmiş və Xaldan Rayonu Yuxarı Nemətabad kənd məktəbində direktor işlədikdən 6 il sonra 1961 – ci ildə Mingəçevir şəhərində 1 saylı orta məktəbə direktor təyin olunmusdur.

Yüksək idarəçilik və təşkilatçılıq keyfiyyətlərinə malik olan Məhbubə Bağırova qısa müddət ərzində 1 saylı orta məktəbi layiq olduğu uca yerlərə yüksəltmiş və məktəb Respublikada nümunəvi təhsil müəssisəsinə çevrilmişdir. Rəhbərlik etdiyi kollektivin böyük rəğbətini qazanan Məhbubə müəllimə perspektivli gənc müəllimlərin və xüsusi istedada malik olan şagirdlərin potensialının aşkar edilməsində də xüsusi bacarığa malik olub. Təsadüfi deyil ki, onun rəhbərlik etdiyi məktəbin şagirdləri istər qəbul imtahanlarında, istər ölkə daxili, keçmiş SSRİ –nin və müstəqil Azərbaycan Respublikasının olimpiada və müsabiqələrində yüksək nəticələr əldə edərək bu təhsil ocağının adını şərəflə yüksəldiblər.
44 il Mingəçevir şəhər 1 saylı orta məktəbə rəhbərlik edən Məhbubə Bağırova 2005-ci ildən 2008-ci ilədək bu məktəbdə peşəsinə sadiq qalaraq sadə riyaziyyat müəllimi kimi əmək fəaliyyətini davam etdirib.
2008-ci ildən təqaüdə çıxmışdir. Əmək fəaliyyətinin qaynar dövründə də ictimai fəaliyyətini də davam etdirib. 1957-1965-ci illərdə şəhər Sovetinin deputatı olmuş, 1964–1967-ci illərdə “Bilik cəmiyyətinin” sədri, 1968–1990-cı illərdə Şəhər Qadınlar Şurasının sədri, sonralar şüranın üzvü olmüşdur. 1998 – ci ildə Müstəqil Azərbaycan Qadınlarının I Qurultayının, 2008-ci ildə III Qurultayının nümayəndəsi olmuşdur. 2008-ci ildən Mingəçevir şəhər “Ağbirçəklər Şurasının” sədri, “Qəhrəmanlar Unudulmur” İctimai Birliyinin şəhər qadınlar məclisinin üzvü olub. “Qırmızı Əmək Bayrağı” ordeni, Rəşadətli əməyə görə “Əmək Veteranı” medalları ilə təltif edilmişdir. SSRİ “Qırmızı Aypara” cəmiyyətinin, Səhiyyə Nazirliyinin, Təhsil Şöbəsinin və s. Fəxri Fərmanları ilə təltif edilmişdir. Təhsil Nazirliyinin “Qabaqcıl Maarif Xadimi”döş nişanı ilə təltif edilmişdir. İşlərinin uğurlu olması, əldə etdiyi böyük nailiyyətləri Məhbubə müəlliməyə həmişə baş ucalığı gətirmişdi.
Məhbubə müəllimə keçdıyı yollar, qazandığı təcrübələr gənclərə nümunədir. Həmişə çox sadə hər kəsi öz dili ilə dindirməyi bacarıb. Uşaqla uşaq, böyüklə böyük kimi rəfdar edib. O, daim yüksək hörmət sahibi kimi dəvət olunmuş tədbirlərdə iştirak edib. İşlədiyi kollektivin və eləcədə şəhər əhalisinin hörmətini qazanıb. Gənclərin əsl vətənpərvər olması üçün müxtəlif tədbirlər həyata keçirib. Məhbubə müəllimə xöşbəxt ömür yaşayıb. O, müstəqil dövlətimiz və cəmiyyətimiz üçün layiqli gənclərin yetişdirilməsində bütün səy və bacarıqlarını əsirgəməyib.
“XX Əsr Azərbaycan Qadınları” ensiklopedik toplu və “XX-XXI Əsrin Yaradıcı və Ziyalı İnsanları” kitabında Məhbubə Həsən Qızı Bağırova haqqında da məlumatlar dərc olunub.
85 illik Yubileyini qeyd olunması ərəfəsində ömür vəfa etmədi.
01 Yanvar 2018 – ci ildə əbədi olaraq həyata vəda etdi.
Fədakar ictimaiyyətçi, şərəfli pedaqoq, analar-anası Məhbubə xanım Bağırovanin 41 il direktor işlədiyi Mingəçevir şəhər 1 saylı tam orta məktəbin bir neçə müəllimin onun haqqında söylədikləri xatirələri də unudulmazdır.
Könül müəllimə, Məhbubə müəlliməni necə xatırlayırsınız və o, necə bir direktor, necə rəhbər işçi idi?
Mən Məhbubə müəllimənin ailə üzvülərindənəm.Xatirəmdə həmişə yaxşı xatırlanan bir müdir kimi yadımda qalıbdır.Elə bir müəllim olmayıb ki, onun haqqında bir mənfi söz desin. Bəlkə də olubdu, ancaq mən onun haqqında müsbət sözlər eşitmişəm.Yəni həmişə kollektivin dərdinə yanan bir insan olub. Kollektivlə bərabər onun xeyir işində, şər işində başda iştirak edən, müəllimləri başa düşən, yəni heç vaxt müəllimi incitməyib, əksinə şərait yaradıbdı. Məhbubə müəllimənin ən çox yadda qalan xüsusiyyətlərdən biri bu olub ki, həmişə kollektivin başında gedibdi.
Bəs bir qaynana kimi necə rəftar edirdi?
Təbii ki, çəkinmişəm, ona görə ki, o, mənim həm məktəbdə müdirim olub, həm müəllimim kimi yanaşmışam, ona görə də o sıxıntı bir balaca olub. Amma o evdə sıxıntı yəqin ki, daha çox səmimiyyətə çevrilib. Yaxşı rəftarımız olub. Mən belə başa düşürəm ki, Məhbubə müəllimə evdə də, yəni insan özü yaxşı insandırsa, kollektivdə də bildirir. Ona görə evdə də münasibətlərimiz həmişə yaxşı olub və həmişə qorumağa çalışmışam.Yaxşı yadımdadır, Mərkəzi Komitədən məktəbə yoxlama gəlib sənədləri nəzərdən keçirərkən görüblər hər şey qaydasındadı, kollektiv də bunu təsdiq edə bilər ki, Məhbubə müəllimə çox savadlı idi, öz işinin peşəkarı olubdur. Sənədlər yerində, hər şey yerində; səhv etmirəmsə, şikayət əsasında gəlmişlər (anonim), deyiblər Məhbubə müəllimə söz ola bilməz işlərinizə, amma məktəbinizdə səs-küy çoxdu. Məhbubə müəllimə təmkinini pozmadan deyib ki, toxuculuq kombinatı nə ilə işləyir, məhsulu necə verir? Əlbəttə ki, dəzgahlarla. Məhbubə müəllimə cavabında söyləyir ki, dəzgahların səsi olmalıdır ki, məhsul istehsal olsun, bunlar da bizim dəzgahlarımızdı və bunların səsi olmadan məktəb necə məktəb ola bilər?!. Deyiblər ki, siz əsil kişi qızısınız, sağ olun, yəni hər şey yerli yerində. Bu xatirə mənim yaddaşımda həmişə qalır.

Sünbül müəllimənin dediklərindən:
Məhbubə müəllimə haqqında çox danışmaq olar, məktəb direktorundan əlavə, müəllimdən əlavə olmaqla qayğıkeş ana olubdur. Təvazökarlıqdan bir az uzaq olsun, can qoymuşam bu məktəbdə, çalışmışam, amma həmişə mənim zəhmətimi qiymətləndirib.Məhbubə müəllimə direktordan, müəllimlikdən əlavə elə bilirdim ki, bu kollektivin anasıdır. Elə anasıdır ki, həm maddi cəhətdən, həm də mənəvi cəhətdən...
Məhbubə müəllimə haqqında mənfi rəy söyləyə bilmərəm, ona görə ki, o, hamını diqqətində saxlayan bir insan olubdur. Heç kim onun diqqətindən kənarda qalmayıb. Ondan əlavə də kollektiv də onu həmişə böyük kimi sayırdı. Həqiqətən də elə bilirdim. Sanki Məhbubə müəllimə mənim gözümdə natiq idi, tribunaya çıxarkən dahi bir natiq idi.
***
Şəfəq müəllimənin dediklərindən: Məhbubə müəllimənin adı gələndə ancaq gözəl, müsbət qadın xatırlanır. Onun adı çəkiləndə hamının üzündə xoş təbəssüm yaranır. Məhbubə müəllim kimi direktor olmayıb , olmayacaq da....
Məhbubə müəllimənin müsbət xüsusiyyətlərindən biri odur ki, mən ondan sonra işləyən direktorlarda görməmişəm, o, hamının yerini bilirdi, müəllimlərə dəyər verə bilirdi, məsələn bilirdi ki, bu müəllimlə necə danışmaq lazımdır, digəri ilə necə....və bu onun müsbət xüsusiyyətlərindən biri idi. Məhbubə müəllimə insanı başa düşən idi.Ən gözəl xüsusiyyətlərindən biri heç vaxt müəllimlərini valideynlərin ayağına verməzdi. Əgər nöqsan olsaydı onu elə edərdi ki, nə müəllim, nə də valideyn inciməzdi. Mən onu həqiqətən çox istəyirdim, hamımız istəyirdik. Onun xatirəsi həmişə yaddaşımda qalacaqdır!
***
Elmira Məmmədovanın dediklərindən:
Məhbubə müəllimə 1 nömrəli məktəbin təməlini qoyan müəllimlərdən biridir.Mən bu məktəbə gələndə 23 yaşım var idi. O, bizi məktəbə övladı kimi qəbul etmişdi. Hər bir dərdimiz,hər bir sərimiz,ailəyə aid lazım olan məsləhətimiz üçün də həmişə onun yanına getmişik, ondan məsləhət almışıq. O, bizə elə yol göstərirdi ki, ehtiyac olmurdu ki, gedib evə bu məsələni bir də aydınlaşdıraq. 1 nömrəli, 1 nömrəli məktəb edən məhz Məhbubə müəllimə olub və bu danıılmazdır. Ən gözəl və kişi qeyrətli qadın idi.
Cəmilə müəllimə bildirdi ki, mən 1978-ci ildə bu məktəbə müəllim gələndə Məhbubə müəllimə məni bir qızı kimi qarşıladı.Ən çətin anlarımda evdə, ailədə demədiyim sirrimi, sözümü ona dedim. Məni yüksəldən, mənə qiymət verən, yaxşılardan yaxşı qiymət verən Məhbubə müəllim oldu. Mən ömrümün sonuna qədər Məhbubə müəlliməyə borcluyam. Kaş Məhbubə müəllim kimi müəllimlərin sayı çox olsun. Namusu, qeyrəti üstün tutan qadın idi, zəhməti qiymətləndirən qadın idi. Hər bir şagirdin,müəllimin zəhmətinin qiymətini verirdi, obyektiv surətdə. Belə bir direktoru unutmaq olarmı ? Xeyir, mən onu heç vaxt unutmaram!
Rafət müəllimənin dediklərindən:
Mən bu məktəbin şagirdi olmuşam.Məhbubə müəllimə mənim direktorum olub.Şagird vaxtı biz ondan necə çəkinmişdiksə, işləyəndə də elə çəkinmişik. Çünki onun o duruşu, ciddiyyəti həmişə bizi çəkindirirdi. Uzaqdan onu görən kimi özümüzdə məsuliyyət hiss edirdik. Amma onunla bərabər çox mülayim idi. Onun kabinetinə girib ürək sözümüzü deyə bilirdik. Bir dəfə o, mənim açıq dərsimdə iştirak elədi, ondan sonra müzakirədə dedi ki, yaxşı ki, mən səni məktəbə götürmüşəm. Çox bəyənmişdi dərsimi. Biz ailəlikcə bu məktəbdə oxumuşuq. Atam da bu məktəbdə valideyn komitəsinin sədri olub. Həmişə atam da çox hörmət edirdi.Valideynlərlə çox gözəl işləyirdi, valideyn komitələri ilə o qədər sıx əlaqə yaradırdı ki, hər bir valideyn bilirdi ki. hansı valideyn məktəb hansı köməklik edə bilər.Ona görə də məktəbdə nizam-intizam hiss olunurdu.Valideyn qayğısı görmüşük ondan. Mən minnətdaram Məhbubə müəllimə ki, o, mənim direktorum olub.
Şəlalə Hüseynova: (gəlini) Artıq müəllimlər Məhbubə müəllimə haqqında neçə illər onunla işləyən müəllimlər öz sözlərini dedilər, mən artıq heçnə deyə bilmirəm. Sadəcə onu ana kimi, qaynana kimi gözəl tərbiyə vermiş , çox gözəl insan olmuşdur. İndi də onun uşaqları tərbiyəli ,ciddi xüsusiyyətləri ilə hər yerdə seçilirlər. (Göz yaşı axıdaraq kövrəldi.)
Məhbubə müəllimə kimi ziyalılar hər birimizə örnəkdir. Ruhu şad olsun!..

Ənvər Əlifov
Mingəçevir şəhəri

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ÇƏKİLƏN ZƏHMƏTİN BƏHRƏSİ

ÇƏKİLƏN ZƏHMƏTİN BƏHRƏSİ

Regionlar, Məktəblər
Peşəsinin vurğunu - Pərvanə Əliyeva

Peşəsinin vurğunu - Pərvanə Əliyeva

Məktəblər
Ata yolunun layiqli davamçısı - Səkinə Niftaliyeva

Ata yolunun layiqli davamçısı - Səkinə Niftaliyeva

Məktəblər, "Elm və Təhsil"
ÜRƏYİN HÖKMÜ İLƏ - Samirə Yolçuyeva

ÜRƏYİN HÖKMÜ İLƏ - Samirə Yolçuyeva

Regionlar, Məktəblər, "Elm və Təhsil"
ŞƏRƏFLİ PEŞƏ SAHİBİ - Aidə Əsədova

ŞƏRƏFLİ PEŞƏ SAHİBİ - Aidə Əsədova

Regionlar, Məktəblər, "Elm və Təhsil"
TƏHSİLƏ BAĞLI ÖMÜR

TƏHSİLƏ BAĞLI ÖMÜR

Regionlar, Məktəblər, "Elm və Təhsil"
O, DAİMA QƏLBİMİZDƏ YAŞAYARAQ SIRALARIMIZDA HİSS OLUNUR...

O, DAİMA QƏLBİMİZDƏ YAŞAYARAQ SIRALARIMIZDA HİSS OLUNUR...

Regionlar, Uşaq bağçaları, UNUTSAQ, UNUDULARIQ!....
Şagirdlərin sevimlisi  - Elza Xəlilova

Şagirdlərin sevimlisi - Elza Xəlilova

Məktəblər, "Elm və Təhsil"
AD GÜNÜNÜZ MÜBARƏK, ZEMFİRA MÜƏLLİMƏ!..

AD GÜNÜNÜZ MÜBARƏK, ZEMFİRA MÜƏLLİMƏ!..

TDPİ-nin Azərbaycan bölməsi, Məktəblər, Bolus, Təbriklər
ŞƏRƏFLİ MÜƏLLİM ÖMRÜ  - Mənzər Abdullayeva

ŞƏRƏFLİ MÜƏLLİM ÖMRÜ - Mənzər Abdullayeva

Regionlar, Məktəblər
Həmkarımız XANIM BİLALQIZIna BAŞSAĞLIĞI

Həmkarımız XANIM BİLALQIZIna BAŞSAĞLIĞI

Nekroloqlar
Mənim doğma məktəbim

Mənim doğma məktəbim

Məktəblər
ŞİRVANIN QABAQCIL  MÜƏLLİMLƏRİ

ŞİRVANIN QABAQCIL MÜƏLLİMLƏRİ

Məktəblər, "Mən Şirvanın səsiyəm"
Peşəsini sevən müəllimə

Peşəsini sevən müəllimə

Məktəblər
PEŞƏYƏ MƏHƏBBƏT OLANDA

PEŞƏYƏ MƏHƏBBƏT OLANDA

Regionlar, Məktəblər
Şərəfli peşə sahibi - Sahilə Nəhmədova

Şərəfli peşə sahibi - Sahilə Nəhmədova

Məktəblər, "Elm və Təhsil"
Ömrün 75-ci baharı

Ömrün 75-ci baharı

Bakı, Məktəblər, "Elm və Təhsil", "Şərqin səsi", "XXI əsrin Ziyalıları"
Qabaqcıl müəllim, təcrübəli pedaqoq, vətənpərvər və yurdsevər ziyalı - SÜRA ...

Qabaqcıl müəllim, təcrübəli pedaqoq, vətənpərvər və yurdsevər ziyalı - SÜRA ...

Məktəblər, Başkeçid
MƏNALI MÜƏLLİM ÖMRÜ

MƏNALI MÜƏLLİM ÖMRÜ

Məktəblər, "Elm və Təhsil"
Ulu öndər Heydər Əliyev təhsil haqqında

Ulu öndər Heydər Əliyev təhsil haqqında

Azərbaycan, Prezident, Təhsil
Rəy yazın: