ŞAİR RUHLU GEOLOQ ÖMRÜ - FƏRHAD QOŞQARLI Regionlar, "Elm və Təhsil", Müsabiqə 1 сентября 2021 Ölkəmizin dilbər guşələrindən biri olan Daşkəsən rayonunda yaşayıb-yaradan, şair qəlbiylə geoloq peşəsinə illərini sərf edən, geologiyanın sirrlərinə yiyələnən, tanınmış geoloq, şeirə, poeziyaya bağlı ziyalı bir insan, "Qoşqarlı" təxəllüsü ilə söz qoşub, şeir yazan şair Fərhad Alıyev haqqında qısaca da olsa, ZiM.Az-ın dəyərli oxucularına məlumat vermək istəyirik. Alıyev Fərhad Novruz oğlu - 1950-ci il martən 5-də Daşkəsən rayonunun Alaxançallı kəndində dünyaya göz açıb. O, 1972-ci ildə Qafqaz Geologiya idarəsinin Daşkəsən filialının Şərq-qərb mədənində Daşkəsən profillit yatağını kəşf edən Rəşid Rəfibəylinin həyat yoldaşı, Daşkəsən geologiyasında böyük xidmətləri olmuş N.Zayesenanın yanında təcrübə keçmiş, 1975-ci ildə Gəncə Politexnik Texnikumunun Geologiya fakultəsini bitirmiş və 1973-cü ilin sentyabr ayından Daşkəsən Filizsaflaşdırma Kombinatının Şərq-qərb mədənində geoloqların yanında ölçücü kimi işə başlamışdır. O, 1980-ci ildən 1984-cü ilə kimi hər il bir ay müddətində Ukraynanın Kırınoy şəhərinin Şoloxov adına dağ mühəndisləri institutunun kurslarında oxuyaraq dərs almış, diplom işləri yazaraq vəsiqələr almışdı və 1974-cü ildən 2001-ci ilə kimi Şimal-şərq və Şimal-qərb mədənlərində geoloq işləmişdir. Geoloq peşəsinə və geologiya elminin sirrlərinə dərindən yiyələnən F.Alıyev 2006-cı ildən bu günümüzədək Daşkəsən Filizsaflaşdırma ASC-nin Cənubi-Daşkəsən mədənində baş geoloq vəzifəsində çalışır.Geologiya sahəsində böyük işlər görmüş F.Alıyev yaradıcılığa, şeirə, ədəbiyyata da meylli insandır. O, "Fərhad Qoşqarlı" imzası ilə tanınır. “Qoşqar nəğmələri” və “Tamahı tələyə salan dünya” adlı şeir kitablarının müəllifidir. İctimai televiziyanın Xoşbulaq yaylağında keçirdiyi tədbirdə F.Qoşqarlı şeir söyləmiş, bundan başqa televiziyanın “And” və radionun “Xalq yaradıcılığı” verilişində şairin söyləmələri və şeirləri səslənib. F.Alıyevin şeirləri “Qoşqar”, “Bakinskiy raboçiy”, “Daşkəsən”, “Ana yurdum”, “Kaspi”, "Elm və təhsl", "Şərqin səsi" və s. qəzetlərdə, "ZİRVƏ" Poeziya Antologiyasında, həçinin, “Mübariz dastanı” kitabında “Şəhid” şeiri, “Sirli-sözlü Daşkəsən” kitabında dörd şeiri, bir geoloji yazısı və “Ulu Qoşqarın nəğmələri” kitabında iyirmi beş şeiri dərc olunub. Onun şeirlərində Vətənə, el-obaya, ata-anaya, övlada məhəbbət, təbiət gözəlliyi və sevgi tərənnüm olunur.Dörd oğlan, bir qız atası olan F.Alıyev, övladlarının layiqli və əsl vətəndaş kimi yetişməsində, onların düzgün həyat yolu seçməsində böyük əmək göstərmişdir. Hər cür yüksək insani keyfiyyətləri özündə cəmləşdirən bu dəyərli insan, mehriban ata və etibarlı dostdur. Lakin həyatın amansız imtahanı bu insandan da yan keçməyib, onu övlad acısıyla sınağa çəkib. Fərhad Alıyev iyirmi üç yaşında Mehriban adlı qızını vaxtsız itirib. Övladının ölümü şairin ürəyinə dərin bir xal salmış, onu dərindən sarsıtmışdı. O, qızına bir çox şeirlərini həsr edib. Onlardan biri də “Qızım” şeiridir.Fərhad Qoşqarlı həm də folklorumuzn, şifahi xalq ədəbiyyatımızın, aşıq yaradıcılığının bilicilərindəndir. O, ustad aşıqlarımızın bir neşə qıfılbəndini açmış, həmin qıfılbəndlərə nəzirələr yazmış və eyni zamanda özü də oxucularına yeni qıfılbəndlər təqdim etmişdir.Haşiyə: Dədə Ələsgərlə Ermənistanın Amasiya rayonunun Gülbulaq kəndində yaşamış aşıq Nəsiblə deyişməsindən qısa danışmaq yerinə düşər. Aşıq Nəsib böyük təcnis ustası olub. Səkkiz yaşında Sarılıq xəstəliyindən gözləri tutulmuşdur.Günlərin birində Aşıq Ələsgər Gülbulaq kəndinə gedir. Həmin vaxt kənddə toy varmış. Aşıq Nəsib də orda saz çalıb, oxuyurmuş. Toyda iştirak edənlər eşidirlər ki, göyçəli Aşıq Ələsgər bir nəfərin evində qonaqdır, bir-bir Aşıq Ələsgəri görmək marağı ilə məclisi tərk edirlər. Aşıq Nəsib də bunu hiss edir. (Çünki kor insanlarda fəhm və hissiyat çox güclü olur) Aşıq Nəsib yedəkçisindən soruşur: Elə bil toyda adam azalıb? Yedəkçisi cavab verir ki, bəli, göyçəli məşhur Aşıq Ələsgər kənddə qonaqdır. Toyun camaatı da elə onun görüşünə gedir. Aşıq Nəsib dərhal yedəkçisinə deyir ki, məni də Aşıq Ələsgərin yanına apar. Aşıq Nəsib ustad aşıqla görüşdə söz gəlib deyişməyə çıxır.Aşıq Nəsib:Səndən xəbər alım aşıq Ələsgər,Doqquz nədir sənətində xəbər ver?Neçə doqquz bir-birinə bağlanıb,Nə üstədir xilqətindən xəbər ver?Aşıq Ələsgər fikirləşir, nə göydə, nə yerdə, nə dində doqquz yoxdur. Məclisdən icazə alıb çölə çıxır.Bu qıfılbənd haqda iki fərziyə söyləyirlər. Deyirlər bu qıfılbəndi Aşıq Ələsgər özü fikirləşib açır, ikincidə isə deyirlər məclis əhli aşıq Nəsibi qınayır ki, Aşıq Ələsgəri niyə pərt etdin? Aşıq Nəsib isə cavab verir ki, ona öz sənətində qıfılbənd dedim. Onda bir uşaq qaçıb Dədə Ələsgərə deyir: Əmi, Nəsib deyir ki, ona öz sənətindən qıfılbənd dedim. Aşıq Ələsgər o, saat bilir ki, sazı deyir. Çünki sazda doqquz pərdə, doqquz sim var. İndi sazda əlavə pərdələri saz ustası Ədalət Nəsib artırmışdır. Aşıq Ələsgər beləliklə qıfılbəndi açır və bu qıfılbəndlə aşıq Nəsibi bağlayır.Mənə sataşmaqda nəydi məqsədin,Gəlmədi yadına gor, başıbatmış?Doqquzdan soruşdun ağlım çaşdı,Gətirdin gözümə zor, batıbatmış.Ələsgərə verdin çətin sualı,Onda bir qədər dəyişdi halı.Söyləyəcəm bilsin Göyçə mahalı,Təntitmişdi məni kor başı batmış.Sonda onu qeyd edək ki, Dədə Ələsgərin kitabında bu qıfılbəndin qabağında açıqlamasını ilbiz yazıblar. Fərhad Alıyev qıfılbəndi necə deyərlər nəzmə çəkmişdir.QıfılbəndAşıq Ələsgər:Sübhün çağı bir hikmətə tuş oldum,Desəm inanmazlar sirri-sübhandı.Yeddi qat qaladı daşsız, kərpicsiz.O, qalada bir əjdaha pünhandı.Fərhad Qoşqarlı:Dədə sən deyənə mən də tuş oldum,Bir adı ilbiz, bir adı şeytandı.Çanağı qaladı daşsız, kərpicsiz.Allah yaratdığı sürünən candı.Aşıq Ələsgər:Nə qədər baxıram yoxdur gözləri,Iki buynuzu var, bəhri şeş pəri.Nə əl, ayağı var, nə balü-pəri,Seyr eyləyir nə gərdişi dövrandı.Fərhad Qoşqarlı:Diqqət etsən gözü çətin tapılar,Buynuzları ətdir, hərdən çatılar.Düzdü, nə əli, nə də ayağı var,Seyrə çıxar görən ona heyrandı.Aşıq Ələsgər:Səhərdən-səhərə edir seyranı,Götürür qalanı gəzir hər yanı.Aşıq Ələsgər deyər bu müəmmanı,Hər kəs tapsa canım ona qurbandı.Fərhad Qoşqarlı:Fərhadam qanana olaram nökər,Qalası çanaxdır belində çəkər.Gorun nurla dolsun dədə Ələsgər,Sən ustadsan canım sənə qurbandır.Bu yazıdan nə nəticəyə gəldik? Şair ruhuyla geoloq peşəsinə bütün varlığıyla bağlı olan Fərhad Alıyev qırx ildən artıqdır ki, Daşkəsən rayonunda geoloq kimi çalışır. Bu insan əsla işindən yorulmur, yayın qızmarında, qışın dondurucu soyuğunda dağlarda, ağır iş şəraitində daim iş başında olur. Nə işinin çətinliyi, nə də irəliləyən yaşı Fərhad bəyi sevdiyi peşəsindən əsla yorub, usandırmır. Eyni zamanda, bu insanın şair qəlbi şeir həvəsiylə də döyünür, söz qoşub, şeirlər yazır. Bu dəyərli insan geologiya elmini, şeiri, poeziyanı daim yaşadacaq, sevib, sevdirəcəkdir. Fərhad bəy Qoşqarlı kimi ziyalıya, mütəxəssisə hər zaman ehtiyacımız vardır, belə insanlardan gənc nəsil örnək götürüb, elmin bütün sirrlərini öyrənməlidir. Biz də öz növbəmizdə Fərhad Qoşqarlının bir neçə şeirini aşağıda ZiM.Az-ın dəyərli oxucularına təqdim edir, şair ruhlu geoloq Fərhad Alıyevə uzun ömür, möhkəm can sağlığı, yeni-yeni uğurlar, yeni-yeni nailiyyətlər arzulayırıq!..Hər zaman bacınız uca, canınız sağlam, ömrünüz uzun olsun, hörmətli Fərhad müəllim!GÜNEL MƏMMƏDOVA,ZiM.AzDAĞLARBir gözəl dağlara yar deyib getdi,El gələndə onu aradı dağlar.İgidlər qoynunda yardan kam aldı,Nə yardan, nə qardan yarıdı dağlar.Qartal şığıdı ki, zirvə görünə,Cığırlar dolaşdı biri birinə.Yazın ortasında qurşaq yerinə,Dumanı belinə sarıdı dağlar.Fərhad, zaman daşa döndülər,Nə danışdılar, nə də dindilər.Hərəsi bir tarix, bir Vətəndilər,Heyif ki, qocaldı, qarıdı dağlar.BƏSİMDİRNeynirəm şöhrəti-şanı dünyada,Bu dağlardan səsim gəlsə bəsimdir.Elimin, obamın aşıq oğlu,Bir neçə qoşmanı bilsə bəsimdir.Könlümün həmdəmi bu dağ, bu dərə,Burdan boylanıram hərdən göylərə.Məni istəyən dost ildə bir kərə,Halımı sormağa gəlsə bəsimdir.Keçirdi süzgəcdən əbədi zaman,Qəzəlxan olmadı hər qəzəl yazan.Yolumun üstündə dayanan cavan,Məni sayıb salam versə bəsimdir.Daha altmışı haqlayıb yaşım,Bu taydan o taya çatmayır daşım.Mənə həmdəm olan həyat yoldaşım,Üzümə xoş baxıb, gülsə bəsimdir.Fərhadam, gəzməyə qalmayıb həvəs,Yoxuşlu yollarda kəsilir nəfəs.Məzarım yanından ötəndə hər kəs,Şair, sənə rəhmət desə bəsimdir.QIZIM(qızımın məzarı önündə)Canım ağrıyanda demədim sizə,Qorxdum xal düşər ürəyinizə.Qızım Mehriban.Yenəmi ağrıyır xəstə ürəyin,Nə yaman saralıb yanağın, qızım?Niyə daramırsan saçın dağılıb,Yoxsa evdə qalıb darağın qızım?Səni itirməyim sarsıtdı məni,Canından aldılar atan sevəni,Yaxın gəl, ay bala isidim səni,Üşüyürmü əlin, ayağın, qızım?Qalx girişək ata-bala oynuna,Yenə də noğulu gizlət qoynuna,Qolunu atanın dola boynuna,Gəzsin yanağında dodağın, qızım.Dərdli qoyub getdin atan Fərhadı,Sən idin ümidi, qolu-qanadı.Gülüşlərin, şirin dilin hardadı?Niyə gəlmir səsin-sorağın, qızım?ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.