Səbahət LƏNKƏRANLI: "Əllərin yetməyən bir mələyəm mən!.." Regionlar, Poeziya, Müsabiqə 11 июня 2019 Səbahət Kərim qızı İsmayılova (Lənkəranlı) - 1971-ci ildə Lənkəran şəhərində doğulub. Orta məktəb illərindən filoloq olmaq arzusunda olub. Lakin ADU-da iki dəfə konkursa düşdüyü üçün təhsilini Lənkəran Pedaqoji Texnikumunda davam etdirib. Buranı fərqlənmə diplomu ilə bitirib və Lənkəran şəhərindəki 12 saylı uşaq bağçasında əmək fəaliyyətinə başlayıb. 29 ildir həmin bağçada tərbiyəçi kimi fəaliyyətdədir. İctimai işlərdə fəal olan Səbahət İsmayılova, həm də, istedadlı şairə kimi tanınır. O, Azərbaycan Jurnalistlər birliyinin üzvü, "Abdulla Şaiq", "Azərbaycan bayrağı" və "Qızıl qələm" ali media mükafatı laureatıdır.Eyni zamanda, "Elm və Təhsil" qəzetinin redaktor müavini və "ZİRVƏ" İnformasiya Mərkəzinin şöbə müdiridir.Ailəlidir. 2 qız övladı var. Biz də Səbahət xanıma uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, şərəfli əmək fəaliyyətində, eləcə də bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini ZiM.Az-ın dəyərl oxucularına təqdim edirik.Müşfiq BORÇALI,ZiM.AzVar ol, əziz prezidentim !Zəhmətinlə gündən-günə,Çiçəklənir Ana yurdum.Səni sevən xalqın üçün,Xoş, firavan həyat qurdun.Çətin gündə bu millətə,Arxa oldun, dayaq oldun.Yoluna gur işıq saçdın,Sönməyən bir mayak oldun.Vətən, torpaq eşqi ilə,Dolaşırsan bu cahanı.Tanıdırsan bu dünyaya,Anamız Azərbaycanı.İlhamını eldən alıb,Xalqa, elə könül verdin.Gözəlləşən Vətən üçün,Saya gəlməz işlər gördün.Duruşunda dağ vüqarı,Dağlar qədər qüdrətin var.Ürəklərə məlhəm olan,Xoş kəlamın, söhbətin var.Xalqın uca rəhbərisən,Zirvələrdə yerin vardır.Xeyirxahlıq saf niyyətin,Təbiətin xoş bahardır.Qismət ola, bir gün mənə,Möhkəm sıxam əllərini.Şərəfinə çələng hörəm,Lənkəranın güllərini.Budur, sənə xoş arzusu,Xoş diləyi Səbahətin.Ömür yolun nurlu olsun,Var ol, əziz prezidentim!28.05.2019 Bağça müəlliməsiKörpələrin ürəyini fəth edən,Hər birini özü üçün kəşf edən.Körpələrlə gələcəyə yol gedən,Bir anadır, Bağça müəlliməsi.,, Sabah müəlliməni görəcəm" deyən,,,Alıb tumarını, öpəcəm" deyən,Anatək oxşayıb, sevəcəm deyən...Bir anadır, Bağça müəlliməsi.Körpələrin sevgisiylə ruhlanan,Bu sevgiylə özünü xoşbəxt sanan.Hər uşağı balası tək oxşayan,Bir anadır, Bağça müəlliməsi.23.05.2019Sən mənə ilham ver...Çox haqsızlıq gəldi mənim başıma,Həmişə mərd çıxdım mən imtahandan.İlahi, mən səndən dözüm istədim,Səbr bəxş elədin, sən asimandan.Həqiqət yerini tapacaq deyə,Sübuta yetirdim çox yalanları.Sarsıtdı qəlbini peşimançılıq,Bir-bir xatırlatdı o, böhtanları.Mən necə dəyişim öz taleyimi?Yazılan qisməti pozmaq olarmı?Bir dəfə həyatda yazılan ömrü,Görəsən, yenidən yazmaq olarmı?İlahi, ömrümə sevinc bəxş elə,Gülsün bu həyatda üzüm, mənim də.Sən mənə ilham ver, çağlasın təbim,Yaşayıb yaradım, öz Vətənimdə.24.05.2019Yaşamaq həvəsimDünyaya gəldiyim 48 ildir,Yaşamaq həvəsim tükənməmişdirƏtrafı seyr edib, düşünürəm ki,İnsanlar necə də çox dəyişmişdir. Ətrafımda olan insanlar bilir,Yoxdur fırıldaqla, yalanla işim.Dilim də, qəlbimin sözünü deyir,Həyatda doğruluq olub vərdişim. Çoxdur ürəyimdə arzu- diləklər,Anayam, yəqin ki, analar anlar.Yaşamaq həvəsim övladlarımdır,Mənə öz canımdan əzizdir onlar.23.05.2019Eşqin zirvəsiMən Allah eşqiylə gəlib ilhama,Uçub, qanadlanıb edirəm pərvaz.Tükənməz sevgimin sonu görünmür,Nə yerə, nə də ki, göylərə sığmaz.Mən elə yüksəkdə dayanmışam ki,Yetməz bu Zirvəyə kimsəni əli.Tutduğum zirvədən enə bilmərəm,Neçəsi dərdimdən olsa da dəli.Hər şeydən ucada olan Allahın,Eşqiylə çağlayıb, ürəyim gülər.İlahi sevgisi var ürəyimdə,Yalandı gözümdə başqa sevgilər.Mənə başqa gözlə baxan, ey insan,Gəl, məni eyləmə ürəyinə yük.Bir dönüb, gözucu baxmaram sənə,Arxamca boylanıb, ha boynunu bük.Mən ayrı bir eşqin zirvəsindəyəm,Əllərin yetməyən bir mələyəm mən.Mənim təbiətim tamam başqadır,Əzəldən həyatda bax, beləyəm mən.22.05.2019ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.