“Mənim gəncliyim, mənim gələcəyim” layihəsi çərçivəsində ilk təlimlərə başlanılıb Regionlar, QHT 16 мая 2017 Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Mənim gəncliyim, mənim gələcəyim” layihəsinin təlimlərinə start verilib. İctimai Birliyin Mətbuat Xidmətindən ZiM.Az-a bildiriblər ki, Təlimin ilk günü Mingəçevir şəhər 3 və 10 saylı orta məktəblərdə yuxarı sinif şagirdlərinin iştirakı ilə həyata keçirilib. Təlimlər kollec tələbələrinin və yuxarı sinif şagirdlərinin iştirakı ilə baş tutacaq. Layihənin məqsədi isə gənclər siyasəti sahəsində qəbul edilmiş qanunlardan gənclərin necə yararlanmasını müəyyən etmək, gənclər siyasəti sahəsində qəbul edilmiş qanunlarla bağlı gənclərin bilik səviyyəsini öyrənmək, azərbaycançılığın mühüm elementi kimi tolerantlığın tarixən gənclərin başqa xalqlara münasibətində aparıcı xətt olduğunu dünyaya təbliğ etmək, azərbaycançılıq ideyasının cəmiyyətdə, ələlxüsus gənclər təbliği və maarifləndirmə işinə yardımçı olmaqdı. Eyni zamanda bu yolla region gənclərinin asudə vaxtlarının səmərəliliyini qorumaq, pis vərdişlərdən və radikal meyillərdən çəkindirməkdir. Bundan əlavə olaraq yeni-yeni gənc istedadların üzə çıxarılmasına və onların təşəbbüslərinə dəstək olmaq layihənin diqqət çəkən məqamlarındandır.Layihənin həyata keçirilməsinin gənclərin həyatında mühüm rolu var. Belə ki, layihədə ictimai-siyasi və sosial proseslərlə bağlı gənclərin maarifləndirilməsi, gənclər arasında şəbəkənin genişləndirilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, təşkilatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, gənclərdə özünü tərbiyə funksiyasının inkişaf etdirilməsi, könüllülüyün, qrup işinin və liderliyin inkişaf etdirilməsi və s imkanlar yaradılır.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.