DAĞLAR OĞLU AŞIQ SÖYÜN QOŞQARLINI YADA SALAQ!..

DAĞLAR OĞLU AŞIQ SÖYÜN QOŞQARLINI YADA SALAQ!.. Bu günlərdə Daşkəsəndə ezamiyyətdə olarkən ZiM.Az-ın baş redaktoru Müşfiq Borçalının tapşırığı ilə Xaşbulaq kəndində oldum, Aşıq Söyün Qoşqarlıya baş çəkdim, qocaman sənətkarın qonağı oldum,
onun sazına-sözünə hakim kəsildim.
İndi dəyərli oxucularımızı da Aşıq Söyünlə
tanış etmək istəyirəm.

Aşıq Söyün Qoşqarlı - Söyün (Hüseyin) Hümbət oğlu İsmayılov Daşkəsən elinin saz-söz ustadı,
el aşığı, el şairidır.
Dağlarda göz açan, ömrünü dağlara həsr edən
dağlar oğludur.
O, 5 aprel 1937-ci ildə Daşkəsən rayonunun
Xoşbulaq (Xaçbulaq) kəndində dünyaya göz açıb.
13 yaşından saza-sözə başlayıb, ustad şair Cavaddan və digər ustad aşıqlardan dərs alıb,
sazın-sözün sirrlərinə yiyələnib.

Aşıq Söyün saz-söz ustadı kimi ad qazanıb, onlarla şagird yetişdirib.
Hazırda Daşkəsən rayonunun Xoşbulaq kəndində yaşayır.
Aşıq Söyünün üç min altı yüz qatar müxtəlif janrlarda şerləri, qoşmaları, təcnisləri, divaniləri, poemaları və dastanları var.
Səkkiz kitabın müəllifidir.
DAĞLAR OĞLU AŞIQ SÖYÜN QOŞQARLINI YADA SALAQ!.. Oxucularla 8-ci görüşü - “Ünvanımı sazdan soruş” adlı kitabı bu yaxınlarda işıqüzü görüb.
Aşıq şerlərini Vətənə, millətinə, xalqına, yaşadığı el-obasına həsr edib və şerlərində vətən, xalq, sevgi-məhəbbət kimi ülvi duyğular tərənnüm edilir.

Mənəvi dəyərləri ilə yanaşı otuz illik əmək fəaliyyətinə görə əmək veteranıdır. Rayonunun tədbirlərində çıxışlar edir, nitq söyləyir. Bir neçə döş nişanlarına, fəxri fərmanlara, mükafatlara layiq görülüb.
Hazırda 80 yaşındadır. Rayonun qocaman aşıqlardandır.
Ancaq son illər fəaliyyəti rayon rəhbərliyi kifayət qədər nəzərə almamış, öz dili ilə desək, "diqqətdən kənarda" qalıb.
"Bu qoca yaşımda niyə diqqətdən kənarda qalmışam?" - deyən aşıq üzünü dağlara tutub deyir:

Mən sizdən ilham almışam,
Canım ay dağlar, ay dağlar.
Düşüb qürbət ellər gəzib,
Yanım ay dağlar, ay dağlar.

Arzu-istək diləyimsən,
Hər an mənim gərəyimsən,
Həm canımsan, ürəyimsən,
Qanım ay dağlar, ay dağlar.

Aşıq Söynün ürək sözü,
Şad oluram buna düzü.
Hanı obada hər an sizi,
Anım ay dağlar, ay dağlar.

Aşığın dərdi öz millətinin vətəninin dərdidir.
Bu baxımdan vətənimizə, torpağımıza göz dikən, düşmənçilik iddiasını araya salan xain erməni millətçiləri öz şeirləri ilə cavab verən aşığın, ötən əsrin sonlarında müstəqilliyimizin ilk illərində ölkəmizdə sabitlik yaradan Ulu öndərimiz Heydər Əliyevin zəhmətinin bəhrəsinə görə yazdığı şeirlər xüsusilə diqqəti cəlb edir.


Yaratdığın müstəqillik,
Gəldi başa Heydər baba.
Doğma vətən gözəlləşdi,
Başdan başa, Heydər baba.

Ağlın dərin, zəkan dərin,
Nur səpdi kamallı sərin,
Hər istəyin, əməllərin,
Gəldi xoşa, Heydər baba.

Qəhrin çəkdin doğma yurdun,
Haqqın keşiyində durdun.
El üçün yaratdın, qurdun,
Coşa-coşa, Heydər baba.

Hamı sənə əhsən deyir,
Sınaqlıdır getdiyin pir,
Müqəddəssən indi hər bir,
Vətəndaşa, Heydər baba.

Söyünün var bir niyyəti,
Əbədidir sözün qəti,
Yaşatdın yazıq milləti,
Eldə yaşa, Heydər baba.


"Aşıq, haralısan?" - deyə soruşanlara
sənətkar şerlə belə cavab verir:


Xəbər aldın haralısan,
Ünvanımı sazdan soruş.
Ellər gəzib məclis qurdum,
Ünvanımı sazdan soruş!

Sənətimdən usanmadım,
Sazdan ayrı yatammadım,
Üzüm ağdı utanmadım,
Ünvanımı sazdan soruş!

Aşıq Söyünəm var həvəsim
Düz anlasın hər bir kəsim
Saza köklənibdi səsim
Ünvanımı sazdan soruş!

***

Böyümüşəm boy atmışam,
Xoşbulağın yaylağında.
Coşa gəlib söz yazmışam
Xoşbulağın yaylağında,
Bu dağların qucağında.

Nə gözəldi bu xoş aləm,
Kövsər suyu nur piyaləm,
Düşünürəm əldə qələm,
Xoşbulağın yaylağında,
Bu dağların qucağında,

Göz önümdə uca Qocqar
Zirvəsində xarramış qar
Söyün yaşa, şən, bəxtiyar,
Xoşbulağın yaylağında,
Bu dağların qucağında.

Bu ürək sözlərini aşıq belə başa vurur:

Quranımız birdir, Allahımız bir,
İnanmışam sirli möcüzgaha mən.
Yaradan yar olsun əməli paka,
Yalnız sığınmışam bir Allaha mən!..

Var ol, Aşıq Söyün!..
Biz də sizə uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!...
Allah həmişə yardımçınız olsun!..


GÜNEL MƏMMƏDOVA,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
SARVAN BAYRAM FAXRALI (1921-1956)

SARVAN BAYRAM FAXRALI (1921-1956)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
SADAXLI Sabir Mahmudovun ŞEİRLƏRİ

SADAXLI Sabir Mahmudovun ŞEİRLƏRİ

Poeziya, Borçalı
AŞIQ SONA HAMAMLI (1918-1988)

AŞIQ SONA HAMAMLI (1918-1988)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Başkeçid
Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Folklor, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Aşıq Samir CAMALOĞLU (1980)

Aşıq Samir CAMALOĞLU (1980)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Aşıq Tərmeyxana və  Aşıq Telliyə BAŞSAĞLIĞI

Aşıq Tərmeyxana və Aşıq Telliyə BAŞSAĞLIĞI

Borçalı, Nekroloqlar
Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qarayazı
Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Folklor, Borçalı, Nekroloqlar
Aşıq Qurbanəli (1893 - 1979)

Aşıq Qurbanəli (1893 - 1979)

Müşfiq Borçalı
Aşıq Məsim SADAXLI (1940)

Aşıq Məsim SADAXLI (1940)

Folklor, Borçalı, Arxiv, Müşfiq Borçalı
AŞIQ MÜRSƏL FAXRALI (1925-2001)

AŞIQ MÜRSƏL FAXRALI (1925-2001)

"SAZLI-SÖZLÜ BORÇALI", Bolus
Karslı Aşıq İslam Ərdənərin ilk kitabı

Karslı Aşıq İslam Ərdənərin ilk kitabı

Borçalı, Turan
AŞIQ ƏMİR SARALLAR (1923-1992)

AŞIQ ƏMİR SARALLAR (1923-1992)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
QIRXILI AŞIQ HÜSEYN MƏRDANƏ  (1924-2008)

QIRXILI AŞIQ HÜSEYN MƏRDANƏ (1924-2008)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Borçalı, Müşfiq Borçalı
ŞAİR RUHLU GEOLOQ ÖMRÜ - FƏRHAD QOŞQARLI

ŞAİR RUHLU GEOLOQ ÖMRÜ - FƏRHAD QOŞQARLI

Regionlar, "Elm və Təhsil", Müsabiqə
Aşıq Dəllək Paşa - 130

Aşıq Dəllək Paşa - 130

Folklor, Tiflis, Zalqa, Müşfiq Borçalı
Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Folklor, Borçalı, Bolus, Elanlar
HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

Folklor, Bolus
Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Folklor
Rəy yazın: