”Təhsil naziri cənab Mikayıl Cabbarovun mübariz mövqeyi fəaliyyətimizin əsas qayəsidir”

”Təhsil naziri cənab Mikayıl Cabbarovun mübariz mövqeyi fəaliyyətimizin əsas qayəsidir” Müəllim Günü müsahibimiz İmişli rayon Əliqulular kənd tam orta məktəbinin direktoru, respublikanın Əməkdar müəllimi, yazıçı –publisist Səxavət Tağlardır (Tağıyev)

* * *

-- Səxavət müəllim, 5 oktyabr müəllim günüdə görüşürük. Peşə bayramınız mübarək! Hansı əhvali – ruhiyyədəsiniz?
-- Çox sağ olun! Təbii ki, əhvali –ruhiyyəm yaxşıdır. Məzunlarımızın, dost –tanışların peşə bayramının təbrikləri bizə ikiqat sevinc gətirir. Sevincli günləriniz olsun.

--Sizi peşə bayramında ilk təbrik edən kim oldu?
--Babayam. Nəvəm Şəbnəm Baxışlı Bakı şəhər 259 saylı məktəbin VI sinfində oxuyur. İşə gedərkən yolda o zəng edib, ilk olaraq məni təbrik etdi və “Əziz müəllim” şerini söylədi.

--Nə gözəl. Bəs Siz bir pedaqoq olaraq peşə bayramınızda kimləri təbrik etməyə üstünlük verdiniz?
--İlk olaraq orta məktəbdə tarix müəllimim və sinif rəhbərim olmuş, 85 yaşlı Bakir Həşimovu təbrik etdim. Otuz il rəhbərlik etdiyim pedaqoji kollektivə, onun hər bir üzvünə bayram təbriklərimi bildirib, onlara can sağlığı və şərəfli peşələrində uğurlar arzuladım.

--Səxavət müəllim, eşitmişik ki, rəhbərlik etdiyiniz pedaqoji kollektivdə sağlam mühit yaratmısınız. İşgüzarlıq qaynayır. Təhsilin yeniləşməsi istiqamətində gördüyünüz işlər hər kəsi özünə çəkir. Bu barədə nə deyə bilərsiniz?Buna necə nail olmusunuz?
--Əvvəla məktəbdə hər şey direktordan aslıdır. Birinci, direktor yüksək hazırlığa, elmi-pedaqoji savada malik olmalıdır. Sağlam mühit üçün direktorun şəxsi nümunəsinin rolu böyükdür. Qaldı ki, işgüzarlığa, yeniləşmənin məktəbə sirayət etməsinə, bu, direktorun gücü ilə həyata keçirilir və onun ən birinci vəzifə funkusiyasıdır.

--Müəllim Günündə uzun illərin pedaqoqu, məktəb rəhbəri kimi hansı yaddaqalan hadisələri xatırlayırsiniz?
-- Yaddaqalan hadisələr çoxdur . Gənclik illərində indiki Heydər Əliyev Sarayında gənclərin II formunda maraqlı fikirlərlə çıxış etdim. Çıxışımı bitirib yerimdə əyləşmişdim ki, zala nəzarət edən işçilərdən biri mənə işarə etdi ki, foyeyə çıxım. Mən foyeyə çıxdım. Az bir zaman kəsiyində beynimdə dolandı ki, görən hansı səhfə yol vermişəm ki, məni “aparırlar”. Sən demə mənim təkliflərim rəhbərliyin xoşuna gəldiyi üçün Az TV –yə və qəzetlərə müsahibə üçün çağırırlarmış...
50 yaşımın tamamı ərəfəsində Azərbaycan təhsilinin inkişafında xidmətlərimə görə Azərbaycan Respubilkasının prezidenti cənab İlham Əliyev tərəfindən “Əməkdar müəllim” fəxri adına layiq görülməyim həyatımın ən əziz, ən müqəddəs anlarıdır.

--Təhsildə aparılan çoxsaylı islahatlar barədə fikiriniz.
--Təhsildə gedən islahatlar zamanın tələbidir.Hesab edirəm ki, dövlətin təhsil siyasəti düzgün və şəffaf həyata keçirilir. Təhsil Nazirimiz cənab Mikayıl Cabbarovun uğurlu fəaliyyəti, mübariz mövqeyi fəaliyyətimizin əsas qayəsini təşkil edir.İstər pedaqoji kadrların yerləşdirilməsi, istər direktorların seçimi, istər müəllim əməyinin dioqnostik qiymətləndirilməsi yetərlidir.Təsadüfi müəllimlik peşəsinə düşmüş şəxslər uğur qazana bilmir və bu sahədən getməli olur.

--Səxavət müəllim, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu “İlin ədəbi yekunları” elmi-yaradıcılıq müşavirəsi keçirərkən (məruzəçi: Aynur Xəlilova –filologiya üzrə fəlsəfə doktoru) Sizin ədəbi uğurlarınızdan da, xüsusilə povest janrında “Ana fəryadı” əsəriniz barədə danışdı. Yazıçı kimi özünüzü təqdim edin?
--AYB –nin üzvü və Aran bölməsi üzrə məsul katibəm. Pedaqoji fəaliyyətimlə ədəbi fəaliyyətimi bərabər aparıram. İlin ədəbi yekunlarına görə mənim də bir yazıçı kimi adımın çəkilməsini, əsərlərim haqqında söz deyilməsini uğur sayıram. Nə gözəl ki, bu fikirlər ədəbiyyatşünast alim Aynur Xəlilova tərəfindən səslənmişdir. Ötən il “Gecikmiş məktub” adlı povest və hekayələr kitabımla, xalq yazıçı və şairləri Rəsul Rza, Nigar Rəfibəyli, Ənvər Məmmədxanlı və Anar yaradıcılığı bərədə tədqiqat xarakterli “Bir nəslin dörd fəsli” kitabım işıq üzü gördü. Bu kitablarda toplanmış yazıları yaradıcılıq zirvəm və bir region ədəbiyyatının nümayəndəsi kimi yazıçı mövqeyim bilirəm. Bu mövqeyə AYB –nın sədri, xalq yazıçısı Anarın, AYB –nın birinci katibi, xalq şairi Fikrət Qocanın münasibəti ədəbi mükafatımdır.

--Bayram gününüzdə başqa nə demək istərdiniz?
--5 oktyabr Müəllim Günü münasibətilə Azərbaycanın pedaqoji ictimaiyyətini təbrik edirəm. Həmkarlarıma şərəfli peşələrində uğurlar və can sağlığı arzulayıram.

Nicat Ülfətoğlu.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Bir nəslin dörd fəsli”

“Bir nəslin dörd fəsli”

Ədəbi tənqid
Dövlət təltiflərinə layiq görülmüş təhsil işçilərinə mükafatlar təqdim olun ...

Dövlət təltiflərinə layiq görülmüş təhsil işçilərinə mükafatlar təqdim olun ...

Əsas xəbər, Təhsil, AzTU
Mənalı ömür yolu -- Bayram Abbasov - 65

Mənalı ömür yolu -- Bayram Abbasov - 65

"XXI əsrin Ziyalıları", Bolus
ADPU-da Səmərqənd Dövlət Universitetinin professoru, həmyerlimiz Səxavət Oc ...

ADPU-da Səmərqənd Dövlət Universitetinin professoru, həmyerlimiz Səxavət Oc ...

ADPU, Orta Asiya
70 YAŞIN ASTANASINDA - Alik Rzayev

70 YAŞIN ASTANASINDA - Alik Rzayev

Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!..

TDPİ-nin Azərbaycan bölməsi, Gürcüstan, Tiflis, Təbriklər
2016-cı il üçün elm və ədəbiyyat sahələrində dövlət mükafatları təqdim edil ...

2016-cı il üçün elm və ədəbiyyat sahələrində dövlət mükafatları təqdim edil ...

Əsas xəbər, Digər bölmələr, "Zirvə"
Qasımlı orta məktəbində Yubiley tədbiri

Qasımlı orta məktəbində Yubiley tədbiri

Borçalı
Şagirdlərin sevimlisi  - Elza Xəlilova

Şagirdlərin sevimlisi - Elza Xəlilova

Məktəblər, "Elm və Təhsil"
TƏBRİK EDİRİK, İSLAM MÜƏLLİM!..

TƏBRİK EDİRİK, İSLAM MÜƏLLİM!..

"Gürcüstan", Tiflis, Təbriklər
ŞƏRƏFLİ PEŞƏ SAHİBİ - Aidə Əsədova

ŞƏRƏFLİ PEŞƏ SAHİBİ - Aidə Əsədova

Regionlar, Məktəblər, "Elm və Təhsil"
AzTU-nun rektoru Vilayət Vəliyevin  Beynəlxalq Müəllimlər Günü münasibətilə ...

AzTU-nun rektoru Vilayət Vəliyevin Beynəlxalq Müəllimlər Günü münasibətilə ...

Əsas xəbər, AzTU
HƏYATA SƏSLƏYƏN

HƏYATA SƏSLƏYƏN "SON ZƏNG"

Məktəblər
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ASİF MÜƏLLİM!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ASİF MÜƏLLİM!..

Təbriklər
Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

"Zirvə"
PEŞƏYƏ MƏHƏBBƏT OLANDA

PEŞƏYƏ MƏHƏBBƏT OLANDA

Regionlar, Məktəblər
Peşəyə məhəbbət olanda

Peşəyə məhəbbət olanda

Məktəblər, "Elm və Təhsil"
YURD HƏSRƏTLİ MÜƏLLİM

YURD HƏSRƏTLİ MÜƏLLİM

Məktəblər
TƏBRİK EDİRİK, HÖRMƏTLİ ELÇİN MÜƏLLİM!...

TƏBRİK EDİRİK, HÖRMƏTLİ ELÇİN MÜƏLLİM!...

AzTU, Təbriklər
MÜƏLLİMLİK GÖZƏL PEŞƏDİR

MÜƏLLİMLİK GÖZƏL PEŞƏDİR

Naxçıvan, Təbriklər
Rəy yazın: