PEŞƏSİNİN VURĞUNU, MEŞƏÇİ BƏYBALA ALLAHYAROV

PEŞƏSİNİN VURĞUNU,  MEŞƏÇİ  BƏYBALA  ALLAHYAROV Meşə təbiətin ən qiymətli, vacib, əvəzolunmaz komponentidir. Meşə olmasa, bütün canlı varlıq, sivilizasiya məhv olar. Meşə şairlərin, rəssamların ilham mənbəyidir. İnsanlara gözəllik hissi, sevinc duyğuları bəxş edir. Dünyanı meşəsiz təsəvvür etmək mümkünsüzdür. Meşələr bizim təbii sərvətimiz, onu qorumaq isə vətəndaşlıq borcumuzdur. 23 May 2016-ci ildə yazmış olduğum “TƏBİƏTDƏ İZİ QALAN MEŞƏÇİLƏR” kitabında yer almış, öz peşəsinin vurğunu olan Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Bəybala Ağa oğlu Allahyarova təqdim etmək üçün Şabrana yollandım. Yol boyu Bakı-Quba yolunun kənarlarında, bitmə şəraiti çətin olan torpaqlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən salınmış qarşıq meşə əkinlərini və 1965-1975-ci illərdə Azərbaycan SSR Meşə Təsərrüfatı Komitəsinin sədri Mehdi Mustafayevin işlədiyi dövrdə Dəvəçidə (indiki Şabranda) akademik Həsən Əliyevin , akademik İbrahim Səfərovun və meşəçi alim Sərdar Sultanovun rəhbərliyi ilə salınmış meşə zolaqlarını gördüm heyran oldum. Hal-hazırda Şabran rayonunda meşələrin genişləndirilməsində böyük əməyi olan Bəybala Ağa oğlu Allahyarovla görüşdük və yazmış olduğum kitabı ona təqdim etdim. Öz peşəsinin vurğunu olan Bəybala Allahyarov kimdir?
O, 1961-ci ildə Xaçmaz rayonunun Qaraçay-cek kəndində dünyaya gəlmişdir. 1981-ci ildə Qaraçay-cek kənd orta məktəbini bitirmiş, respublikadan kənarda təhsil alan tələbələrin sırasında Bəybala Ağa oğlu Allahyarovun adı da yer almışdır. O,1981-ci ildə Rostov vilayətindəki Noveçerkassk Meliorasiya Mühəndisləri İnstitutunun meşə təsərrüfatı fakültəsinə daxil olmuşdur. 1986-cı ildə institutu bitirmiş, meşə təsərrüfatı mühəndisi ixtisasına yiyələnmişdir.

PEŞƏSİNİN VURĞUNU,  MEŞƏÇİ  BƏYBALA  ALLAHYAROV PEŞƏSİNİN VURĞUNU,  MEŞƏÇİ  BƏYBALA  ALLAHYAROV PEŞƏSİNİN VURĞUNU,  MEŞƏÇİ  BƏYBALA  ALLAHYAROV B.Allahyarov təyinatla Şabran Meşə Təsərrüfatı İdarəsində meşəçi mütəxəssis kimi əmək fəaliyyətinə başlamışdır.
O, 1986-cı ildə Şabran Meşə Təsərrüfatı İdarəsində meşə ustası, 1986-1989-cu illərdə baş meşəçi, 1989-2001-ci illərdə isə o ilk əmək fəaliyyətinə başladığı bu idarəyə rəhbərlik etmişdir.

2002-ci ildən bu günə kimi Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru vəzifəsində çalışır.
B.Allahyarov işlədiyi dövrdə 1000 hektardan artıq müxtəlif ağac cinslərindən ibarət olan meşə əkinləri salınmışdır.
Hazırda bu meşə əkinləri göz oxşayan qalın meşələrə çevrilmişdir.
Onun gördüyü işlər “Azərb.meşə” İstehsalat Birliyinin Həmkarlar Təşkilatı tərəfindən keçici qırmızı bayrağa layiq görülmüşdür.
Bəybala Ağa oğlu Allahyarov 2010-cu ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.


Bəybala Allahyarovun təşəbbüsü və rəhbərliyi ilə 100 illik adlanan sahədə terras üsulu ilə salınmış qarışıq ağac cinslərindən ibarət meşə əkinlərinin bir görüntüsü
Şəkildə soldan-sağa: Bəybala Allahyarov və meşə əkinləri üzrə usta Əmirxan Tahirov.

***
Görkəmli meşəçi alim Faiq Əmirov Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Bəybala Allahyarova Azərbaycan Respublikası Həmkarlar İttifaqının kecici qırmızı bayrağını təqdim edərkən
***
Bəybala Allahyarovun özünün saldırdığı şam meşə əkinlərinə baxış keçirərkən (2013)


PEŞƏSİNİN VURĞUNU,  MEŞƏÇİ  BƏYBALA  ALLAHYAROV


ƏLLƏZ ORMEŞƏNLİ,
Azərbaycan Yazıçılar Birliyinin və
Azərbaycan Jurnalistlər Birliyinin üzvü. 
"Şərqin səsi" qəzetinin şöbə müdiri.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
XUDAT BƏLƏDİYYƏSİNİN SƏDRİ ELMAN ALLAHYAROV

XUDAT BƏLƏDİYYƏSİNİN SƏDRİ ELMAN ALLAHYAROV

Regionlar
Allah rəhmət eləsin, Bəhrəm  Bəy oğlu Tarverdiyev!..

Allah rəhmət eləsin, Bəhrəm Bəy oğlu Tarverdiyev!..

Azərbaycan, Nekroloqlar
Əlləz Vəliyev (Ormeşənli)  =  “Təbiətdə izi qalan meşəçilər”

Əlləz Vəliyev (Ormeşənli) = “Təbiətdə izi qalan meşəçilər”

Borçalı, Başkeçid
TƏBİƏT VURĞUNU TEYYUB AXUNDOV

TƏBİƏT VURĞUNU TEYYUB AXUNDOV

Elm, Nekroloqlar
GÖRKƏMLİ  MEŞƏÇİ  ALİM  KƏRƏM  ƏSƏDOV

GÖRKƏMLİ MEŞƏÇİ ALİM KƏRƏM ƏSƏDOV

"Şərqin səsi"
Meşə Təsərrüfatının Görkəmli Təşkilatçısı və Dövlət xadimi Mehdi Mustafayev ...

Meşə Təsərrüfatının Görkəmli Təşkilatçısı və Dövlət xadimi Mehdi Mustafayev ...

Yeni nəşrlər, Başkeçid
QOCAMAN MEŞƏÇİ - ƏLİ  ABDULƏLİ  OĞLU ORUCOV

QOCAMAN MEŞƏÇİ - ƏLİ ABDULƏLİ OĞLU ORUCOV

"Şərqin səsi", "XXI əsrin Ziyalıları"
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ƏLLƏZ  MÜƏLLİM!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ƏLLƏZ MÜƏLLİM!..

Başkeçid, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLLƏZ  MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLLƏZ MÜƏLLİM!..

Başkeçid, Təbriklər
“İsmayıllı rayonu meşə bitkilərinin çöl bələdçi kitabı”nın təqdimatı keçiri ...

“İsmayıllı rayonu meşə bitkilərinin çöl bələdçi kitabı”nın təqdimatı keçiri ...

Biologiya və tibb elmləri
Botanika İnstitutu əməkdaşlığa dair memorandum imzalayıb

Botanika İnstitutu əməkdaşlığa dair memorandum imzalayıb

Biologiya və tibb elmləri
COĞRAFİYA İNSTİTUTU “AZƏRKOSMOS” ASC ARASINDA NİYYƏT PROTOKOLU İMZALANIB

COĞRAFİYA İNSTİTUTU “AZƏRKOSMOS” ASC ARASINDA NİYYƏT PROTOKOLU İMZALANIB

Digər bölmələr
MEŞƏ  TƏSƏRRÜFATININ GÖRKƏMLİ TƏŞKİLATÇISI VƏ DÖVLƏT  XADİMİ -MEHDİ  MUSTAF ...

MEŞƏ TƏSƏRRÜFATININ GÖRKƏMLİ TƏŞKİLATÇISI VƏ DÖVLƏT XADİMİ -MEHDİ MUSTAF ...

Azərbaycan
TƏDQİQATÇI ALİM - OQTAY MİRZƏYEV

TƏDQİQATÇI ALİM - OQTAY MİRZƏYEV

"Şərqin səsi"
Ormeşənin qeyrətli oğlu

Ormeşənin qeyrətli oğlu

Başkeçid
Həkim-kardioloq JANA NƏSİB QIZI (1949)

Həkim-kardioloq JANA NƏSİB QIZI (1949)

Səhiyyə, Borçalı
AYDIN HÜSEYNOV (1936-2002)

AYDIN HÜSEYNOV (1936-2002)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Rəşid Vəkil ALLAHYAROV:

Rəşid Vəkil ALLAHYAROV: "Nə yaxşı saxlayıb gözəllər, səni?!."

AzTU-nun MƏZUNLARI, Müsabiqə
Professor  FAİQ MƏMMƏDOV (1929-1987)

Professor FAİQ MƏMMƏDOV (1929-1987)

Başkeçid
Böyük Vətən müharibəsi Qəhrəmanı Əmrah Qara oğlu Aslanov (01.06.1920-19.04. ...

Böyük Vətən müharibəsi Qəhrəmanı Əmrah Qara oğlu Aslanov (01.06.1920-19.04. ...

Borçalı, Tarix, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: