Mənim Lənkəranım nə cənnət olub!.. Azərbaycan » Regionlar 27 февраля 2016 Qəlbimdə incə duygular telləndi, Günlərim aylandı, aylar illəndi,Könlüm gözəlliyi görüb diilləndi:Mənim Lənkəranım nə cənnət olub!Dəyişir görkəmi günü bə gündənGüc alır Tanrının məhəbbətindənOdlu ürəyimin hərarətindənMənim Lənkəranım nə cənnət olub!Vurğun tək mən sənə qoşdum şerimiÇəkdim zəhmətini, çəkdim qəhriniSaldın ürəyimə sevgi sehrini Mənim Lənkəranım nə cənnət olub!Vurulub baxçaya, hər bağa zinətBorcludur torpağa, sanki təbiətİndi nəğmə qoşmağa şair gərəkMənim Lənkəranım nə cənnət olub!Küçələr tər - təmiz, küçələr düm - düzQalmayıb nə həsrət, nə qəmdən bir izBir tərəf dağlardır, bir tərəf dənizMənim Lənkəranım nə cənnət olub!Meydanı bəzəyir güllər - çiçəklər Ülvi bir ahənglə vurur ürəklərQanad açir min arzular - diləklərMənim Lənkəranım nə cənnət olub!Əzəmətlə durub ölməz HeydərimHər gün ziyarətə gəlir ellərimSanki dil açıbdır ulu ÖndərimDeyir: - bu Lənkəran, nə cənnət olub?!Bəzən keçmişinə nəzər salıbdırBir vaxt bəy - xanları zəfər çalıbdırGüc, qüvvəni ilahidən alıbdirMənim Lənkəranım nə cənnət olub!Hüseynbala*, Fikrətin** vətənidirMiri***, Azad****, Həzilər***** yetiribdirHər bir kol dibində gül bitiribdirMənim Lənkəranım nə cənnət olub!Düz qoşublar şəninə Xan - LənkəranTorpağına qurban, daşına qurbanQəlbimdə bu sözlər hər saat, hər anMənim Lənkəranım nə cənnət olub!Cənub diyarının mirvarisisənQızılsan, zümrüdsən, dürrsən, incisənBölgələr içində sən birincisənMənim Lənkəranım nə cənnət olub!Yeni qayğılarla açlır sabah İnsanlar zəhmətkeş, insalar gümrahSözümü bitirib deyirəm, Allah!Mənim Lənkəranım nə cənnət olub!Doğma Lənkəranım nə cənnət olub!*Miillət vəkili: Hüseynbala Mirələmov**General: Fikrət Məmmədov***Akademiik: Miri Cavadzadə****Akademiik: Azad Mirzəcanzadə*****General mayor: Həzi AslanovTükəzban Vəli qızı CAHANGİROVA, Lənkəran Dövlət Universitetinin müəllimi, fəlsəfə doktoru.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.