23 il unudulan qəhrəman oğul anıldı Qarabağ, "Şərqin səsi" 25 января 2016 Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərin fəal iştirakçılarından biri də Qubadlı rayonunun qəhrəman oğullarından olan Arif Ələsgər oğlu Ələkbərov idi. O,1993-cü il avqustun 17-də bölgənin müdafiəsi zamanı qəhrəmancasına həlak olub.Bu günlərdə Arifin döyüş yoldaşları "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin qonağı oldular.Çay süfrəsi arxasında 23 il anılmayan bir şəhidi andıq. Məlumat üçün deyim ki, Arifin ailə üzvləri Sumqayıtda kirayədə yaşayırlar.Onun 2 övladı yadigar qalıb: Ələkbər və Əlikram. Ələkbər "Azad Azərbaycan" Tele-Radio Şirkətində operator vəzifəsində, Əlikram isə Silahlı Qüvvələrdə müddətdən artıq hərbi xidmətdədir.Arif həmin əməliyyata getməməliydi. Lakin, sürücünün gənc və təcrübəsiz olduğunu nəzərə alaraq, maşının sükanı arxasına əyləşmiş, ön xətdə erməni terrorçuları ilə savaşan oğullara çata-çatda şəhid olmuşdur.Allah ruhunu şad etsin.Amin. Şamil Sabiroğlu, "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin sədri.Bakı şəhəri, 25.01.2016.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.