Coşqun XƏLİLOĞLU: VƏTƏN SƏNƏ, “OĞUL” DEDİ Qarabağ, Müsabiqə, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!.... 5 февраля 2023 2382 80 1 2 3 4 5 VƏTƏN SƏNƏ, “OĞUL” DEDİAzərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Artilleriya rəisi, polkovnik, Azərbaycanın ərazi bütövlüyü uğrunda Tovuz döyüşlərinin şəhidi İLQAR ANZOR OĞLU MİRZƏYEV-in əziz xatirəsinə ithaf edirəm. Qəlbin sevgiylə doluydu,Yolun ədalət yoluydu,İgidliyin simvoluydun,Vətən sənə, “Oğul” dedi.Nifrətin vardı şərlərə,Dayaq idin əsgərlərə,İnanırdın zəfərlərə,Vətən sənə, “Oğul” dedi.Sevirdin öz sənətini,Düşmən gördü cürətini,Çəkdin torpaq qeyrətini,Vətən sənə, “Oğul” dedi.Pillə-pillə ucaldın, sən,Yurdumuzdan güc aldın, sən,Düşmənlərdən öc aldın, sən,Vətən sənə, “Oğul” dedi.Aprel döyüşləri vaxtı,Qəfil, şimşək kimi, çaxdın,Çox zirvəyə bayraq taxdın, Vətən sənə, “Oğul” dedi.“Artilleriya atası”,Eşqin, yurd, Vətən sevdası,Məhv oldu düşmən xülyasıVətən sənə, “Oğul” dedi.Hər vaxt öndə, səngərdəydin,Cəbrayılda, Tərtərdəydin,Xoş xəyalda, filkirdəydin,Vətən sənə, “Oğul” dedi.Tovuz döyüşü zamanı,İtirdik çox qəhrəmanı,Cənnət-əbədi məkanın,Vətən sənə, “Oğul” dedi.Vardır düz sözün, ilqarın,Cəsurluğun dövlət-varın,Xalqımızın iftixarı,Vətən sənə, “Oğul” dedi.İnanırdın, o gün gələr,Qazanıldı şanlı zəfər,Etdin könüllərə səfər,Vətən sənə, “Oğul” dedi. Coşqun XƏLİLOĞLU,Azərbaycan Yazıçılar Birlyinin üzvi,28.01.2023.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.