QURBAN TƏBİƏTOĞLU: “SALAM, QARABAĞ!” Qarabağ, Müsabiqə 7 ноября 2022 Qurban Təbiətoğlu (Qurban Təbiət oğlu Nuriyev) - 1975-ci ildə Ağdam rayonunun Tağıbəyli kəndində anadan olub. “Əlvida demirəm” adlı ilk kitabı hələ 19 yaşında ikən işıq üzü görən şairin şeirləri müxtəlif qəzetlərdə, almanaxlarda, toplularda, neçə-neçə poeziya antologiyalarında, o cümlədən, xarici mətbuatda çap olunub və sözlərinə bir neçə mahnı bəstələnib.Qurban Təbiətoğlunun şeirləri orta məktəb dərsliklərinə salınıb: “İyirmi Yanvar gecəsi” (6-cı sinif, Azərbaycan dili (dövlət dili), 2021), “Şəhidlər!” (9-cu sinif, Zəfər tarixi (QR kodla, səhifə 73), 2022), “Mən xalqımın sabahıyam” (7-ci sinif, Azərbaycan dili (dövlət dili), 2022), “Yaşa, Azərbaycanım!” (10-cu sinif, Azərbaycan dili (dövlət dili), 2022).İxtisasca jurnalist olan Qurban Təbiətoğlu bu sahədəki səmərəli fəaliyyətinə görə 2005-ci ildə Azərbaycan Respublikası “Təhsil” Cəmiyyəti İdarə Heyətinin təqdimatı və Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl Qələm” mükafatına layiq görülüb. O, həm də müxtəlif sahələri əhatə edən onlarla kitabın redaktorudur. Hazırda “Şərq-Qərb” Nəşriyyat Departamentində redaktor vəzifəsində çalışır.Zim.Az da Qurban Təbiətoğluna yeni-yeni uğurlar arzulayır və aşağıda 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Bayraq Günü münasibətilə onun bir neçə şeirini oxuculara təqdim edir:BAYRAĞIM!Bir kərə yüksəlib, bir daha enməz,Mavi səmalarda süzən Bayrağım!Türklüyü, islamı, müasirliyi,Məğrur sinəsinə düzən Bayrağım!Boyanıb üç rəngə şərəf, şanıyla,Ay-ulduz sipərdi ona canıyla.İgid oğulların şəhid qanıyla,Azadlıq dastanı yazan Bayrağım!Xeyir əvvəl-axır güc gəlir şərə,Dağın qəzəbindən məhv olar dərə.Fırtına qopsa da, sərilməz yerə,Neçə tufanlara dözən Bayrağım!Qürurla geyinib qələbə donun,Gətirər hicranın, həsrətin sonun.O taylı, bu taylı – əlli milyonun,Döyünən qəlbində gəzən Bayrağım!Bu səbir xalqımın bəsidir, bəsi,Susduraq Vətənə göz dikən kəsi!Gəlsin Qarabağdan Himnimin səsi,Zəfər nəğməsilə bəzən, Bayrağım!SALAM, QARABAĞ!İllər ayrılığı dağ çəkdi mənə,Çox şükür Allaha, qovuşduq yenə!Qoy indi doyunca sarılım sənə,Gəlmişəm ətrini alam, Qarabağ!Salam, Ana Vətən – salam, Qarabağ!Güclüyəm, unutdum zəif çağları,İstəsən, çiynimə alım dağları.Düşmənin qırdığı yaşıl bağları,Gəlmişəm yenidən salam, Qarabağ!Salam, Ana Vətən – salam, Qarabağ!Şərəf də burdadır, şan da burdadır,Ruhlar da burdadır, can da burdadır.Cabbar da burdadır, Xan da burdadır,Gəlmişəm “Şikəstə” çalam, Qarabağ!Salam, Ana Vətən – salam, Qarabağ!Əjdaha zəhmi var o Boz Qurdumda,Yumruqlar dəmirdir qalib Ordumda.Zorla qovulduğum ata yurdumdaGəlmişəm ömürlük qalam, Qarabağ!Salam, Ana Vətən – salam, Qarabağ!Söküb qaranlığı qızaran danam,Gəlmişəm eşqinlə alışıb-yanam...Mən Odlar Diyarı Azərbaycanam,Sən mənim ən əziz balam, Qarabağ!Salam, Ana Vətən – salam, Qarabağ! Bitdi göz yaşları, bitdi ağılar,Nəğmə söyləməsəm, sinəm dağılar.Qurban cəh-cəh vurur! Mənfur yağılarElə bilməsin ki, lalam, Qarabağ!Salam, Ana Vətən – salam, Qarabağ! YAŞA, AZƏRBAYCANIM!İllərlə Yol gözlədik – hər anı həsrət dolu,Nəhayət, qılıncını siyirdi haqqın qolu!Qarabağa açdığın bu şanlı Zəfər Yolu...Gətirdi ruhumuzu cuşa, Azərbaycanım!Yaşa, Odlar Diyarı, yaşa, Azərbaycanım!Şəhidlərin torpağa tökülən al-qanısan,Qazilərin Vətənə sipər olan canısan!Qafqazda qartal kimi zirvələrin xanısan...Toxunmasın yelkənin daşa, Azərbaycanım!Yaşa, Odlar Diyarı, yaşa, Azərbaycanım!Bakıdan Zəngəzura meh əsir sərin-sərin...Qəlbimdəki arzular Kürdən, Arazdan dərin!Bir yanı Dərbənd eli, bir yanı Xudafərin...Bir tərəfi müqəddəs Şuşa – Azərbaycanım!Yaşa, Odlar Diyarı, yaşa, Azərbaycanım!İblisi mələk etməz əyninə geyilənlər,Boğazdan keçərmi heç işğalla yeyilənlər?!Ürəkdən pərvazlanıb, ürəkdən deyilənlərƏvvəl-axır gələcək başa, Azərbaycanım!Yaşa, Odlar Diyarı, yaşa, Azərbaycanım!Düşməni dost bilmişik, bitsin daha bu illət,Amansız ayrılıqlar yaşatdı bizə zillət...!Gedir Turana doğru “İki dövlət – bir millət”:Addımla Türkiyəylə qoşa, Azərbaycanım!Yaşa, Odlar Diyarı, yaşa, Azərbaycanım!TÜRKÜN BAYRAĞI!(Türkiyənin Dövlət Bayrağına)Sinəsində ay-ulduz, cahanın dörd yanında,Sülhü, firəvanlığı arar Türkün bayrağı!Al-qırmızı rəngilə günəş kimi nur saçıb,Zülmət qaranlıqları yarar Türkün bayrağı!Külli-aləm tanıyır igidini, ərini,Onunla bir başlayır tarixin ən dərini.Zalımlara hər zaman göstərib öz yerini,Məzlumun arxasında durar Türkün bayrağı!Qocaman ulusların yaşı çatmır yaşına,İstiqlal yollarında nələr gəldi başına...Bu yurdun zərrə qədər torpağına-daşına,Göz dikəni gözündən vurar Türkün bayrağı!O, Ağatlı Oğlandır – bu dünya bir nağılsa,Bükə bilməz qolunu bütün divlər yığılsa.Çıxıb öz məhvərindən Yer kürəsi dağılsa,Yenə bir ulu dövlət qurar Türkün bayrağı!Kim yıpratmaq istəsə onun məğrur elini,Ağa qara deyənin kəsər mənfur dilini!Dost olana şərəflə uzadıb dost əlini,Düşməndən hesabını sorar Türkün bayrağı!Bilin, Türkəm deyənə Vətən namus, Vətən ar,Yolumuz haqq yoludur, uca Tanrı bizə yar!Nə qədər ki kainat, nə qədər ki həyat var,Tutacaq göy üzündə qərar Türkün bayrağı!GÖZÜN AYDIN, XUDAFƏRİN!Yenə bahar gəldi bağa,Qara günlər döndü ağa.Azərbaycan bu torpağaQatacaqdır alın tərin,Gözün aydın, Xudafərin!Zəfər türkün hər boyunda,Ər igidlər var soyunda.Uzun çəkən bu oyunda,Axır qoşa düşdü zərin,Gözün aydın, Xudafərin!Sular dondu, süzülmədi...Durna səfə düzülmədi...Haqq nazildi, üzülmədi...Xeyir sözün kəsdi şərin,Gözün aydın, Xudafərin!Əyri mizan oldu taraz,Çiçək açdı arzu, muraz.Neçə ildir yanan Arazİndi axır sərin-sərin...Gözün aydın, Xudafərin!Gözün aydın, Xudafərin!ORDUMUZ!Otuz il səbrlə, təmkinlə dözüb,Sülhün yollarına baxdı Ordumuz!Ali Baş Komandan əmr verəndə,Qəzəblə gurlayıb-çaxdı Ordumuz!Hamımız birləşdik məğrur el kimi,Oğullar döyüşə girdi yel kimi...Dağları oynadan coşqun sel kimiDüşmənin üstünə axdı Ordumuz!Faş oldu yağının fitnə, fəndləri,Qurtuldu yurdumun şəhər, kəndləri.Cəmi qırx dörd günə bütün bəndləriDəmir yumruğuyla yıxdı Ordumuz!İgidlər ölümü alıb gözünə,Dedi, – canım qurban Vətən sözünə!Şuşa Qalasına, “Cıdır düzü”nə...Dişi, dırnağıyla çıxdı Ordumuz!Haqq tutdu yerini qanlı Zəfərlə!Xalqım qürur duydu canlı Zəfərlə!Üçrəngli bayrağı şanlı Zəfərlə...Doğma Qarabağa taxdı Ordumuz!QAZİLƏR!Qarabağda zəfər çalan OrdumunTətikdəki yarağıdır qazilər!İşğalçıya qan udduran süngümünGüllə dolu darağıdır qazilər!Şücaətin unutmaram bir anlıq,Onlar verib bizə əmin-amanlıq.Yurdumuzu tərk elədi qaranlıq...Vətənimin çırağıdır qazilər!Xızır kimi dada yetib cəmisi...Qoymadılar bata haqqın gəmisi.Xalqımızın Koroğlusu, Nəbisi,Dildə gəzən sorağıdır qazilər!Sırasında neçə-neçə nəri var,Şir ürəkli igidi var, əri var!Qəlbimizdə həmişəlik yeri var,Milyonların marağıdır qazilər!Xəritəmdir – qanlarıyla cızılan,Səngərimdir – əlləriylə qazılan.Tariximə qızıl xətlə yazılan...Qəhrəmanlıq varağıdır qazilər!NİKOL PAŞİNYANA…!Hansı deşikdəsən, çıx ortalığa,Havalar isinir, yaydı, Paşinyan!Sahibi oturub “Cıdır düzü”ndə,İçdiyi pürrəngi çaydı, Paşinyan!Saxta bəy düzəltmə nökər zatından,Utan tariximin yeddi qatından!Yaman pis yıxıldın özgə atından,Bütün planların zaydı, Paşinyan!Əsgərin aşsüzən, zabitin həsir,Hesabsız itkilər səbrini kəsir.Minlərin ölüdür, yüzlərin əsir,Bu nə biabırçı saydı, Paşinyan?!De görək, sözünün canı nəydi ki?!Qorxudan tutulub, dilin keydi ki...Dəmir yumruğumuz elə dəydi ki,Hələ İrəvanda vaydı, Paşinyan!Sərhədin yamaqlı, xəritən cırıq,“Zod”un bölgüsündə işlərin fırıq.Qızıldan sizə də düşdü bir qırıq,O da itaparan paydı, Paşinyan!Şuşada nə işin, səninki hindi,Yallını “padval”da gedərsən indi!Ordum qırx dörd günə belinə mindi,Halın boz eşşəyə taydı, Paşinyan!DƏYYUS...(Qarabağdakı separatçıların timsalında Laçından köçüb gedən ermənilərə)Sənə yal verənin üstünə cumdun,Utanıb-ölürsən heç indi, dəyyus?!Əfi ilan kimi doğma yurdumaTökdüyün zəhəri iç indi, dəyyus!Ana Vətənimi sanıb keşiksiz,Məsum körpələri qoydun beşiksiz!Bax belə qalarsan evsiz-eşiksiz...Özün əkdiyini biç indi, dəyyus!Qudurub çox zilə çəkirdin simi,“Sel” yuyub apardı yığdığın “çim”i.Beyrəyə yalvaran Yalıncıq kimiQılıncımın altdan keç indi, dəyyus!Başını soxmağa qalmayıbdır kol,At yerə silahı – yoxdur başqa yol!Ya öp Bayrağımı, ya cəhənnəm ol!Seçim səninkidir, seç indi, dəyyus!Otuz il səbirlə çəkib nazını,Cəmi qırx dörd günə aldıq qazını!Şəlləyib dalına unitazını...Hara istəyirsən, köç indi, dəyyus!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.