Gözün aydın Xələfli! Qarabağ, Müsabiqə, Borçalı 6 декабря 2020 Borçalının tavar sazı əlində,Qarabağın şikəstəsi dilində,Salamı var, çiçəyin də, gülün də,Söyləyirlər - gözün aydın Əlirza! Gözün aydın Xələfli!Tanrı dərgahında elin duası,Kamandarın " Yanıq Kərəm " havası,Hər bir kəndi, hər bir eli - obası,Söyləyirki - gözün aydın Əlirza! Gözün aydın Xələfli!Yağı düşmən təslim oldu, getdi, bil!Qaçqın - köçkün kəlməsi də bitdi bil!Olanları mən söyləyim sən də bil!Hamısı da deyir ki, gözün aydın Əlirza! Gözün aydın Xələfli!Gözəlləri gül dəstəsi əlində,Ağbirçəyi xeyir - dua dilində,Vətən üçün oğul doğan gəlin də -Söyləyir ki, gözün aydın Əlirza! Gözün aydın Xələfli!Qələbənə Xudafərin sevinir!Hünərini bütün dünya bəyənir!Rəhbərinlə on bir milyon öyünür! -Söyləyir ki, gözün aydın Əlirza! Gözün aydın Xələfli!Azad oldu əsir düşmüş qəbirlər,Qoy gəlməsin, keçib getmiş o illər,Elə bağlı, vətənpərvər nəsillər -Söyləyir ki, gözün aydın Əlirza! Gözün aydın Xələfli!Başı qarlı, gür bulaqlı dağlar da,Al qırmızı meyvə verən bağlar da,Bulaqlar da, çeşmələr də, sular da -Söyləyir ki, gözün aydın Əlirza! Gözün aydın Xələfli!Qürur keçirirəm sənin adına,Tanrı çatsın o ölkənin dadına!...İsinərək ocağına, odunaƏli Abbas Borçalıdan deyir ki,Deyir ki, gözün aydın Əlirza! Gözün aydın Xələfli!Əli Abbas AYB - nin fəxri üzvü şərəf ordenli yazıçı. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.