Qafar Əsgərzadə: "Erməni təxribatına susmaq və onları qınaq predmentinə çevirmək beynəlxalq riyakarlığın təzahürüdür"

Qafar Əsgərzadə: "Erməni təxribatına susmaq və onları qınaq predmentinə çevirmək beynəlxalq riyakarlığın təzahürüdür" Bu ilin sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq, işğal olunmuş Qarabağ ərazilərindəki təmas xəttindən ağır silahlar və hərbi texnikanın müşayiəti ilə hücuma keçdikləri, mübariz və müzəffər, cəsur Azərbaycan Ordusunun əks hücum əməliyyatları aparması fonunda 50 siyasi partiyanın birgə bəyənat imzalayaraq həmrəylik nümayiş etdirməsinin xüsusi əhəmiyyəti vardır. Siyası partiyaların bu bəyanatında dövlət başçısının – Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın erməni işğalından azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması, şəhidlərimizin qanının yerdə qalmaması üçün göstərdiyi siyası iradə və qətiyyətli mövqeyini, inamlı və düşünülmüş addımlarını dəstəklədiklərini bildiriblər. Əslndə, bu birlik Xalq-Prezident-Ordu birliyinin tərkib hissəsi kimi dəyərləndirilməlidir. Bu birlik, cənab Prezidentin müdrikliyi, siyasi savadı, apardığı düzgün daxili və xarici siyasətin nəticəsində mümkün olmuşdur. Məhz, bu monolit Birlik bu gün Cəbhədə önəmli rol oynayır, beynəlxalq aləmdə ölkə rəhbərliyinin mövqeyini möhkəmləndirir, beynəlxalq qurumları düşünməyə, Azərbaycanın haqq səsinin eşidilməsinə rəvac verir, qalibiyyətə aparan yolu daha da yaxınlaşdırır.

1988-ci ildə Azərbaycanın əzəli ərazisi olan, 1923 – cü ildə sovetlər ölkəsinin rəhbərliyinin canfəşanlığı, məkrli, hiyləgər siyasəti nəticəsində ermənilərə “sevgi” numayiş etdirərək yaratdığı, sonralar baş ağrısına çevrilən Dağlıq Qarabağ Muxtar Vilayətində on illərlə cücərən və xərcəng xəstəliyi kimi metostaz verən, çiban yarası təəsuratı bağışlayan separatizm meylləri güclənərək, dərin, ağır yaralar ocağına, düşmənçilik azarına, böyük fəlakətlər girdabına çevrilir. Azərbaycan Respublikası hökuməti və xalqı tərəfindən hər cür hüquqa, yaşayış tərzinə malik, xeyirxah və humanist münasibətlə əhatələnən qəddar, məkrli, hiyləgər, daxilində əsrlərin nifrət və vəhşilik toxumu kök salan ermənilər ona çörək, su verən, qucaq açan Azərbaycana qarşı müharibə elan edərək, meydan oxumağa, torpağlarımızı işğal etməyə başladılar. Təbii ki, bu SSRİ hökümətinin başçısı, Azərbaycan-Türk xalqlarına nifrət bəsləyən alçaq Mixail Qorbaçovun və onun əlaltılarının, xarici qüvvələrinin dəstəyi, yardımı sayəsində mümkün olmuşdur. 30 ilə yaxın bir müddətdə ermənilərin işğalına 1 milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün həyatını yaşamasına məhkum olunmalarına göz yumdular. Azərbaycanın suverən hüquqlarının həmin torpaqlarda bərpa olunması, torpaqların işğaldan azad olunması istiqamətində heç bir addım atmadılar. “Gözün üstə qaşın var” deyilməyən ermənilər bu münasibətdən ruhlanaraq, arxayınlaşaraq torpaqları işğalda saxlamağı, danışıqlar prosesini öz maraqları üçün uzatmağı davam etdirdilər.

Bu müddət ərzində Birləşmiş Millətlər Təşkilatı ermənilərin keçmiş DQMV və ətraf 7 rayonundan işğalçı erməni silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz çıxarılması barədə qəbul etdiyi 4 qətnamə, ATƏT-in, Avropa Şurası Parlamenti Assambleyasının, digər beynəlxalq qurumların bu barədə qərarları Ermənistan tərəfindən yerinə yetirilmədi, heçə endirildi. Bu günədək qeyd olunan hüquqi beynəlxalq sənədlərə, aktlara ermənilər məhəl qoymur, laqeydlik nümayiş etdirirlər. Hətta ATƏT-in Mins Qrupunun Rusiyadan, ABŞ-dan, Fransadan olan həmsədirləri belə məsələni biləvasitə 27 il uzadılmasına, əslində isə Ermənistanı dəstəkləyə qərarlı oldular, Azərbaycanın başının altına yastıq qoymaqla torpaqların işğalı ilə barışmağa yönələn səssiz, ədalətli münasibətini sərgiləməyə başladılar. Başqa sözlə, nədə onlar, nə beynəlxalq qurumların rəhbərləri, böyük dövlətlər özlərində iradə, qətiyyət toplayıb. Ermənistanın bu işğalçılıq siyasətini pisləmədilər, qınamadılar, əksinə onların təxribatlarına, işğalçılıq siyasətinə göz yumdular.

Ermənistanın hazırki Baş naziri Nikol Paşinyan daxil olmqla bütün erməni liderləri cəzasız qaldıqları üçün aparılan sülh danışıqların, problemin nizamlanması prosesini bilərəkdən, nümayişkarcasına pozmağı sərgilədilər.

Sülsevər xalqımız, Azərbaycanın dövlət başçısı səbr, təmkin nümayiş etdirərək, sülh danışıqlarına riayət etməyi, ona sadiq qalmağı bu illər ərzində davam etdirdi.

Zəngin idarəçilik, siyasi, diplomatik biliyə, bacarığa, səristəyə malik, daim xalqına söykənən, onun yanında olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün beynəlxalq qurumlarda, görüşlərdə, teledebatlarda N. Paşinyana tarixi dərs verərək, onu ağıla, kamala dəvət etdi. “Qarabağ Azərbaycandır!” mesaji ilə erməniləri öz bədnam əməllərindən əl çəkməyə çağırdı.

İ.Əliyev bütün beynəlxalq qurumlarda həmin təşkilatları, dünya ictimaiyyətini problemin əsl mahiyyəti ilə tanış edərək, onlarda düzgün, ədalətli fikir formalaşdırmaq üçün bütün var qüvvəsini əsirgəmədi.

Azərbaycanın dövlət başçısı bu illər ərzində dəfələrlə dünya ictimayyətini, beynəlxalq təşkilatların qəsbkar, işğalçı Ermənistana təzyiq göstərməyi, ona qarşı sanksiyalar tətbiq etməyə çağırdı. Lakin bu müraciətlər eşidilmədi.

Bütün imkanlardan beynəlxalq auditoriyalardan məharətlə bəhrələnən cənab Prezidentin “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakı zamanı, eləcə də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxışı zamanı bir daha beynəlxalq təşkilatları, dünya ictimayyətini Ermənistana təzyiq göstərməyə, işğalı dayandıraraq, Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı çağırış etdi. Dövlət başçısı həmçinin, son zamanlar təmas xəttində, Ermənistan-Azərbaycan sərhəddində eləcə də Qarabağda təmas xəttində Ermənistan silahlı qüvvələrinin çox sayda hərbi texnika və ordu kontingentinin yerləşdirməsini və yeni təxribata əl atacaqları ilə bağlı xəbərdarlıq etdi.

Bu isə özünü çox gözlətmədi və sentyabr ayının 27-də saat 6.00-da Ermənistan silahlı qüvvələri hücuma keçərək, atəşkəsi kobud şəkildə pozmağa başladı. Öz qəddar, antihumanist xislətini gizlətməyən ermənilər həmişə olduğu kimi mülki əhalini, mülki obyektləri, dinc insanları uşaq, qadın, qocalarrı hədəfə aldılar. Lakin, cəsur Azərbaycan əsgəri əks hücuma keçərək, torpaqların müdafiəsinə qalxdılar, düşmənə sarsıdıcı zərbələr endirdilər. Əks hücum əməliyyatlarını uğurla davam etdirən ordumuz yüksək döyüş əzmi və igidlik nümayiş etdirərək, düşməni tam məhv etmək üçün son damla qanlarınadək vuruşur, qələbə sevincini bizə yaşadırlar. Bugündə bu zəfərlər bu qələbələr günümüzün xoş xəbərlərini bəzəyir.

Azərbaycan ordusunun bu zəfərlərindən rahatsızlığını gizlətməyən, onu gözü götürməyən, mənfur erməni havadarları olan bəzi Qərb dövlətləri-xristian Klubunun üzvləri, beynəlxalq qurumlar Azərbaycan rəhbərliyinə zənglər vuraraq, bəyanatlar verərək, atəşi dayandırmağa və sülh danışıqlarını davam etdirməyə çağırışlar edirlər. 30 ilə yaxın bir müddətdə Ermənistanın işğalçılıq, qəsbkarlıq siyasətinə göz yuman, hər vəchlə onlara dəstək verən, bir dəfə də olsun işğalçılara onlara aid olmayan torpaqlardan çıxmasını tələb edən bəyanatlar verməyən, onların bu bəd, mənhus, hüquqa və bəşəriyyətə zidd əməllərini, törətdikləri soyqırımları pisləməyən bu ermənipərəst dövlətlər, beynəlxalq qurumlar bir daha riyakarlıq göstərərək, əslində yenə də Ermənistanın yanında yer aldılar.” Atəşkəsi dayandırın, sülh danışıqlarına başlayın!” - deyən bu havadarlar nəyə görə bu həssas, ağır bir durumda təcavüzkar Ermənistan hərbi-siyasi rəhbərliyinə ”İşğal etdiyiniz torpaqlardan çıxın!” deyə müraciət etmədilər. Təbii ki, bu, haqlı olaraq riyakarlığın, ikiüzlülüyün, ermənipərəstliyin, xristian təəssübkeşliyinin təzahüründən başqa bir şey deyildir.

Məncə, cənab Prezident - Ali Baş Komandan İlham Əliyevin sentyabrın 29-da “Rossiya-1” kanalının “60 dəqiqə” proqramına verdiyi müsahibədə onlara ən tutarlı cavabını verib. Ölkə başçısı öz səlis, savadlı, lakonik, məntiqli nitqi, dərin zəkası və biliyi, hadisələrə düzgün və operativ yanaşması və dolğun siyasi təhlili ilə, qətiyyəti və siyasi iradəsi ilə bütün auditoriyaya və dünya birliyiniə Azərbaycanın haqq səsini, ədalətli mübarizəsini çatdıra bildi. O, bir daha bəyan etdi ki, Azərbaycanın işğalda olan bütün torpaqları azad olunanadək Milli ordumuz zəfər döyüşlərini davam etdirəcək və özünün qələbə bayrağını müqəddəs Qarabağ torpaqlarında əbədi dalğalandıracaqdır.

Qafar Əsgərzadə
əməkdar jurnalist,
Azərbaycan Texniki Universitetinin
“Azərbaycan dili və pedaqqogika”
kafedrasının dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Gürcüstanda fəaliyyət göstərən Azərbaycan QHT-lərinin BƏYANATI

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan QHT-lərinin BƏYANATI

Qarabağ, Gürcüstan, Borçalı
Pərvin Abdullayeva:

Pərvin Abdullayeva: "Sülhü və beynəlxalq hüququ rədd edən Ermənistan"

Qarabağ, AzTU
Yeni Azərbaycan Partiyası dünya ictimaiyyətini erməni vəhşiliyinə son qoyma ...

Yeni Azərbaycan Partiyası dünya ictimaiyyətini erməni vəhşiliyinə son qoyma ...

YAP
ORDUMUZ QÜRUR MƏNBƏYİMİZDİR

ORDUMUZ QÜRUR MƏNBƏYİMİZDİR

Qarabağ, Biologiya və tibb elmləri
“Cabir Novruz” Məfəniyyət fondunun bəyanatı

“Cabir Novruz” Məfəniyyət fondunun bəyanatı

QHT
Cəbhə xəttində vəziyyət və Ermənistan silahlı qüvvələrinin hücumları nəticə ...

Cəbhə xəttində vəziyyət və Ermənistan silahlı qüvvələrinin hücumları nəticə ...

QHT
Həbib Mirzəyev:

Həbib Mirzəyev: "Azərbaycan xalqı və ölkənin siyasi partiyaları yekdillikl ...

Qarabağ, AzTU
Azərbaycan Mətbuat Şurası Alxanlıda yaşanan faciə ilə bağlı bəyanat yayıb

Azərbaycan Mətbuat Şurası Alxanlıda yaşanan faciə ilə bağlı bəyanat yayıb

MEDİA, Dünya
Hüseyn Yusubov:

Hüseyn Yusubov: "İşğal olunmuş torpaqlarımızı işğalçılardan azad etmək Azə ...

Qarabağ, Gürcüstan, Borçalı
Azərbaycanın Gürcüstandakı səfirliyində Ermənistan silahlı qüvvələrinin iri ...

Azərbaycanın Gürcüstandakı səfirliyində Ermənistan silahlı qüvvələrinin iri ...

Qarabağ, Tiflis
DÜNYAYA  SƏS SALAN  SƏRKƏRDƏ

DÜNYAYA SƏS SALAN SƏRKƏRDƏ

"Elm və Təhsil", Köşə yazılar
Deputat RÖVŞƏN RZAYEV:

Deputat RÖVŞƏN RZAYEV: "Dinc sakinlər arasında ölən və yaralananlar var"

Qarabağ
Rəhbər, Ordu və Xalq birliyi sayəsində ərazi  bütövlüyümüz bərpa edildi

Rəhbər, Ordu və Xalq birliyi sayəsində ərazi bütövlüyümüz bərpa edildi

AzTU, Köşə yazılar
Nuranə İbadova:

Nuranə İbadova: "Ədalətin Zəfəri"

Qarabağ, Köşə yazılar
Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Müsabiqə, Köşə yazılar
Gürcüstan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin BƏYANATI

Gürcüstan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin BƏYANATI

Qarabağ, Borçalı
Yaponiya televiziyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Yaponiya televiziyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Qarabağ, Diaspora
“Qarabağ Azərbaycandır!” və ya “Valday”da “aprel müharibəsi” mesajı

“Qarabağ Azərbaycandır!” və ya “Valday”da “aprel müharibəsi” mesajı

MEDİA
Rövşən RZAYEV:

Rövşən RZAYEV: "Rusiyanın televiziya aparıcıları hərbçilərdən daha aqressi ...

Qarabağ, Siyasət
Qırx dörd günlük qəhrəmanlıq dastanı və Zəfərə aparan siyasət

Qırx dörd günlük qəhrəmanlıq dastanı və Zəfərə aparan siyasət

YAP, Qarabağ
Rəy yazın: