"Borçalı-İrəli" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Tbilisidə Xocalı Soyqırımının 25 ci-il dönümü ilə əlaqədar yürüş keçirilib Qarabağ, Tiflis, Borçalı, Diaspora 26 февраля 2017 "Borçalı-İrəli" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Xocalı Soyqırımının 25 ci il dönümü ilə əlaqədar olaraq "XOCALIYA ƏDALƏT!" adlı aksiya yürüş təşkil edilib. Tbilisidən Borçalı Gənclər Birliyinin sədri Elmar Novruzov ZiM.Az-a bildirib ki, aksiya iştirakçıları Rustaveli metrosunun qarşısından başlayaraq, Gürcüstan parlamentinin Tbilisidəki binasının qarşısınadək yürüş keçiriblər. Yürüş zamanı “Qarabağa azadlıq!”, “Xocalıya ədalət!”, “Gürcüstanın və Azərbaycanın torpaqları azad olunsun!” və s. şüarlar səsləndirilib. Parlamentin qabağında Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Aksiyada Azərbaycan və Gürcüstan bayraqları dalğalanıb. "Borçalı-İrəli" İctimai Birliyi tərəfindən Xocalı Soyqırımının tanıtımı və təbliğatı üçün gürcü dilində cap etdirilən 5 min ədəd buklet yol boyu şəhər ictimaiyyətinin nümayəndələrinə və paytaxt sakinlərinə, eləcə də paytaxda qonaq olan digər millətlərin nümayəndələrinə paylanılıb. Aksiyada Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Gürcüstan Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının sədri Əli Bədirov, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev, İ.Javaxişivili adına Tbilisi Dövlət Universitetinin Azərbaycan otağının koordinatoru Leyla Əmrahova, fəal gənclər, tələbələr, KİV-nümayəndələri və b.iştirak edib. "Borçalı-İrəli" İctimai Birliyinin sədri Məhəbbət İmanov mediyaya açıqlamasında bildirib ki, "Aksiyanın keçirilməsində məqsəd əsrin ən faciyəli soyqırımı olan Xocalını gürcü ictimayyətinə, gürcü gənclərinə və paytaxt sakinlərinə çatdırmaqdır. Tədbirdə beynəlxalq hüquq təşkilatlarını Xocalı soyqırımına hüquqi qiymət verilməsinə səslədik, Gürcüstan və Azərbaycanın işğal olunan 20% torpaqlarının azad olunmasını tələb etdik."Aksiya iştirakçıları sonda NATO və Avropa İttifaqının Gürcüstandakı İnformasiya Mərkəzinə və Gürcüstan Qızıl Xaç Komitəsinə müraciət təqdim ediblər.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.