Azərbaycan diaspor rəhbəri Moldovanın ali dövlət mükafatına layiq görülüb Qarabağ, Hüquq, Təbriklər, Diaspora 10 ноября 2016 TƏBRİK EDİRİK!..Moldova Azərbaycanlıları Konqresinin sədri, iş adamı, xeyriyyəçi Vüqar Novruzov bu ölkənin ali dövlət mükafatına layiq görülüb. Vüqar Novruzov Moldovanın ali dövlət mükafatı - Respublika ordeni ilə təltif olunub. Noyabrın 11-də Moldova Respublikasının Dövlət İqamətgahında mükafatn təqdimat mərasimi keçiriləcək. "Respublika ordeni" Moldovada vətənin və cəmiyyətin inkişafına naminə bütün sahələrdə xüsusi xidmətləri olan şəxslərə təqdim edilir.Vüqar Novruzov 1962-ci ildə Azərbaycan Respublikasının Laçın rayonuda anadan olub. 1980-ci ildən Moldova Respublikasında yaşayan V.Novrizov Moldova Dövlət Universitetinin hüquq fakultəsinin məzunu, hüquq elmləri doktorudur. O, 1992-ci ildən biznes fəaliyyəti ilə məşğul olur, hazırda "Azmol Kompany" şirkətinin baş direktorudur. Vüqar Novruzov 2004-cü ildən Moldova Azərbaycanlıları Konqresinin sədridir. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü olan Vüqar Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.Dəyərli soydaşımız Vüqar Novruzovu Moldovanın ali dövlət mükafatı - "Respublika ordeni" ilə təltif olunması münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, eləcə də biznes və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.