ŞUŞA HƏSRƏTİ (Poema) Qarabağ, Poeziya 7 мая 2016 Qarabağ uğrunda, eləcə də Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına vuruşmuş Zahid Vəliyev və Fərahim Hüseynliyə ithaf olunur. IBurda səhər günəşlə Isinirdi bu torpaq. Orda güllə səsindən Diksinirdi bu torpaq... Gözləri dolan bulud, - Kövrəldi Çiçək bacı. Təsəllisi nə olsun? – Susdu qoca Gülbacı. Yığışdı qohum, qonşu Xeyir-dua verməyə, Atanınsa sevinciSığmırdı Yerə, Göyə. Yola xalıtək sərdi Baxışını bir sona, - Bu gün oğul gedirdi Vətənin harayına. Ana oğluna baxdı,Bir də uzanan yola: - Bilin, gözünü dikib Sizə bu Vətən, bala! Bu yazılan yazıdı, -Qış ötməsə, gəlməz yaz.Bu elin qeyrətindən Uzaqdı ağlıdayaz. Ömür yolu qayalıq, - Onu igidlər keçər. El uğrunda əzab – su, Bu suyu mərdlər içər. – Deyib bağrına basdıYola çıxan mərdini, Amma gizli saxladıÜrəyində boylanan Bir ayrılıq dərdini. II Insan öz bəxtini yazan olarmış,«Dost» da öz yolunu azan olarmış.Tələsəndə yollar uzun olarmış,- Oğlan yol gedirdi üzü Şuşaya. Hamı gözü yolda, yurd intizarda...Analar, atalar qalmışdı darda. Ürəyi çatmışdı o doğma yurdaHələ yol gedərkən özü Şuşaya. Günaha gözünü yuman olsa da,Arzular, murazlar güman olsa da,Şuşanın yolları duman olsa da,Qeyrət səsləyirdi bizi Şuşaya. Yerə sığmayan dərd Göyə ucaldı, - Bizə elə gəldi dünya qocaldı.Allah, bu nə işdi, namərd bac aldı,Baxsa da, dünyanın gözü Şuşaya.Qeyrət səsləyirdi bizi Şuşaya,Oğlan yol gedirdi üzü Şuşaya. IIIGəlib mənzilə çatdılar, Gördülər yoxdu atlılar.Doğmalar yurdda yaddılar, Bu şəhər qürbət yeridi. Üstündə göyün buludu, Yerdə gül-çiçək qurudu.Bu nə sirrdi, nə qurğudu? –Bu şəhər həsrət yeridi. Gördüyün çox azdı, oğlan,Bu nə soyuq yazdı, oğlan, Tale nələr yazdı, oğlan, Bu şəhər möhnət yeridi. Bu şəhərin adı Şuşa, Yurd olub qara, yağışa. Ay dərd bilən, indi yaşa,Bu şəhər xiffət yeridi. IVNə tez uçdu bu «dostluğun sarayı», Bitən oldu bu ömürün harayı. Bundan sonra yaxşı, pisi gəl ayır,Namərd qonşu, sənə yaman inandıq. Yurd yerini tikan basar, nə bilək,Bu «sevgi»nin ömrü qısa, nə bilək.Toy-düyünlər dönər yasa, nə bilək, - Namərd qonşu, sənə yaman inandıq. Nə biləydik, yad imişik gözündə, Saxta kədər, dərd var imiş üzündə.Yalan imiş, hiylə imiş sözün də, - Namərd qonşu, sənə yaman inandıq. Barmağımın qurtarmamış şəkəri, Yola, izə səpdin qara zəhəri. Bundan sonra necə açaq səhəri, - Namərd qonşu, sənə yaman inandıq. Doğma deyib gözüm üstə yer verdim... Sən duymamış mən dərdini çəkərdim. Namərd, sənə birdən-birə nə gəldi, - Namərd qonşu, sənə yaman inandıq. V«Namus»a, «qefrət»ə bax,Çörəyimdən yeyən kəs Yurdumu istəyirdi, - Laçınımı, Şuşamı... Ağdamı istəyirdi. Şərəfimi, şanımı – Adımı istəyirdi. Od aldığım torpağı – Odumu istəyirdi. ...Ölüm bir addımlıqda, - Gözlə qaş arasında.Arzu, muraz qalmışdıDərdlə yaş arasında. Neçə gəncin gözündəVüsal şamı sönürdü, Toy-düyün əvəzinə Güllələr səslənirdi... Sarıldılar silaha Zahid, Fərahim... hamı Ömürdən uca tutdu Laçınımı, Şuşamı... Düşmənin gümanınıDara çəkdi igidlər.Bəd niyyətin, arzununNeçə dəfə üstündən Qara çəkdi igidlər. Namərdinsə diləyi Çıxmırdı öz canından. Qeyrət qılınc yerinəSıyrılmışdı qınından, - Qayalara, daşlara Adlarını yazdılar Igidlər öz qanından. Düşmən başa düşürdü, - Arzu dəyirdi daşa. Qəlblərində qalmışdı Ümid «böyük qardaş»a. VI«Qardaş» sandığımız bir tələ qurdu, - Çağrıldı «Xilaskar» o «Şanlı Ordu».Al qana boyadı bu doğma yurdu, - Bu doğma şəhəri, kəndi... xəbərsiz. Tanrı dönmüşdüsə aman yerinə, Bəndə yer qoymadı güman yerinə.Şuşanın üstündə duman yerinəGüllələr ələndi, endi xəbərsiz. Nahaqq «haqq»a dönüb yolunu azdı, - Insafın, mürvətin qəbrini qazdı. Namərdlər Şuşanı adına yazdı; Sel yuyub apardı bəndi xəbərsiz. Nə bilək, qalalar uça, bölünə, Yollar bağlı qala gedib-gələnə. Üz tutub gedirdik «işıqgələnə»,Görünən işıqlar söndü xəbərsiz. Ulduzlar üzünə tutdu buludu, Çöllər, biçənəklər soldu, qurudu. Bu zülüm də varmış bəxtində yurdun, - Dağlar da, daşlar da dindi xəbərsiz. Tanrı dönmüşdüsə aman yerinə, Namərd üz qoymadı güman yerinə. Şuşanın üstünə duman yerinəGüllələr ələndi, endi xəbərsiz. VII«Durnalar qanad saxladı», Dərdmiş qismətin bir adı.«Xan qızı» deyib ağladıXansız qalan Xan sarayı. Dağ-daşın da gözü dollar, Cıdır düzü saçın yolar.Doğma yurdda qərib olar,Nə bilsin quran sarayı. Taleyin fərmanı varmış, - Arzunun boş camı varmış. Həsrətin yüz canı varmış, - Elədi viran sarayı. Kölgəmizdə gəzən namərd, "Mərd" göründün bizə, namərd?Mərd səsindən əsən namərd, Qəbir olar son sarayın! VIII Dağların, düzlərin nəfəsində ah, Günəşdən soraq yox, açılmır sabah. Bir yandan dərd baxır, bir yandan günah, Yuyulmaz, yuyulmaz yağan yağışla. Çöl-çəmən axtarır sarı bülbülü, - Hanı çiçəklərin yarı – bülbülü. Göyərməz bu yurdun xarı bülbülü?!Üz-üzə qalmışıq şaxtalı qışla. Günah ha göyərdi biçmədik, Vətən, Kədər suya döndü içmədik, Vətən. Xoş gündən, ömürdən keçmədik, Vətən,Üz də yox deməyə bizi bağışla. IXFərahim:- Bu dağlarda gəzmək olmur,Gülün saça düzmək olmur, Sularında üzmək olmur, Sonam, döz görüm, döz görüm. Dəyişibdi Yerin üstü, - Bir yan duman, bir yan tüstü.Göy üzünü bulud kəsdi, Durnam, döz görüm, döz görüm. Bir anam bölünən torpaq, Biri Vətən – sinəsi dağ. Bir anamsa saçları ağ... Anam, döz görüm, döz görüm. XZahid:- Uçun, gedin, bulud sizi azdırar, - Tale düzü yenə tərsə yazdırar... Ürəyimdə bir həsrətli Vaqif var, Üzüm yoxdu görəm sizi, durnalar. Yerdə duman qatar-qatar süründü,Göy üzü də buludlara büründü? Nə Ay çıxdı, nə də ulduz göründü, Bəxt sınağa çəkdi bizi, durnalar. Bu dağların həsrəti var, bölünməz, - Elə bildik namərd bura gələmməz... Daşlarının yaddaşı var, silinməzXan qızının şeiri-sözü, durnalar. Uçun, gedin, bulud sizi azdırar,Tale düzü yenə tərsə yazdırar. Ürəyimdə bir həsrətli Vaqif var,Üzüm yoxdu görəm sizi, durnalar! XI Gün keçdi, ay ötdü... Ağdamlı Zahid Dəstəyi götürüb yığdı nömrəni, - - Alo... - Fərahimdir, Cəlilabaddan,Zahid, niyə susdun?.. tanıdım səni.Igidlər susdular, danışmadılar, Sıxdı ürəkləri tanış qəm, qübar... Tapmaq çətin idi itən sevinci. Xalqın ürəyindən keçən arzular. Keçdi ürəyindən bu iki gəncin: -«Dağ-daş da düşmənə qorxu olacaq, Ahımız düşmənin ahı olacaq. Olanlar bir zaman yuxu olacaq, - Olanlar yalandı, yalandı, Şuşa! Doğma yurd yerini oğulsan unut, -Dağların gözünün yaşını qurut. Bizə dərd gətirən o qara bulud Dərd olub düşmənə qalandı, Şuşa! Əlim harayıma çatmadı, küsdüm, Arzudan, murazdan əlimi üzdüm. Göz yumduq namərdin nazına, bəsdi!Başını uca tut amandı, Şuşa! Ürək söyləsə də, həsrət yerisən, - Dərd-kədər yerisən, xiffət yerisən,Bizə miras qalan qeyrət yerisən, Demə, istək yolu dumandı, Şuşa! Qoynunda güllərdən dərsəm, ölmərəm, Vaqifdən bir şeir desəm, ölmərəm. Xan qızı qəbrini görsəm, ölmərəm... Fikrim o yerləri dolandı, Şuşa! Qayalı yolları keçənlər gəlsin, Namərdin əkdiyin biçənlər gəlsin,Yaxşını yamandan seçənlər gəlsin, Vaxt çatıb biz deyən zamandı, Şuşa!Başını uca tut, amandı, Şuşa! Olanlar yalandı, yalandı, Şuşa!» Əfrahim Hüseynli.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.