Silahlı Qüvvələrin Hərbi Akademiyasında Xocalı soyqırımı anılıb Azərbaycan » Qarabağ 27 февраля 2016 Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasında 1992-ci ilin fevral ayının 26-da erməni faşistləri tərəfindən törədilmiş insanlığa qarşı ən qəddar və amansız Xocalı soyqırımının 23-cü ildönümününə həsr edilmiş anım mərasimi keçirilib. Zim.Az xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin, Silahı Qüvvələrin Hərbi Akademiyasının, xüsusi təyinatlı təhsil müəssisələrinin, hərbi hissələrin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Qarabağ Araşdırmalar Mərkəzinin nümayəndələri iştirak ediblər.Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev bəşər tarixində vəhşiliyinə görə ən qanlı kütləvi terror hadisəsi kimi iz buraxmış Xocalı faciəsinin erməni quldurlarının dinc əhaliyə qarşı törətdikləri müdhiş cinayət olduğunu xüsusi vurğulayıb.Sonra Qarabağ Araşdırmalar Mərkəzinin Direktoru dosent Elçin Əhmədov çıxış edib. Tədbir Xocalı faciəsinə həsr olunmuş "Məhv edilmiş şəhər" sənədli filminin nümayişi ilə sona çatıb.Müşfiq BORÇALI.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.