ƏSRİN FACİƏSİ (Xocalı soyqrımı) Azərbaycan » Qarabağ 26 февраля 2016 * * *Azərbaycan torpağında, Çox savaşlar olmuş əzəl, Tanrı hələ görməmişdi, Belə qovğa, belə əməl, Bir şəhərim oldu viran,Külə döndü gözəl məkan. Xoş gedərmi bu allaha, Eşidilmir bir səs daha, Qarabağın şikəstəsi, Budur əsrin faciəsi. Qanına –qəltan etdilər, Altı yüz on üç nəfəri, SS-yolu ilə getdilər, Viran qoyub bu şəhəri, Yaratdılar bu qırımı,Eylədilər soyqırımı, Batar günəş, olar tufan, Dəyişərsə fəqət bir an, Azərbaycan xəritəsi. Olar əsrin faciəsi. Min iki yüz yetmiş beşi, Əsir düşdü o ,,yanlara” Yüz əllisi itgin düşüb, Qovuşdu qar-boranlara, Xatından da betər oldu, Yerli- yeksan şəhər oldu. Cavabdehi olacaq kim,Insanlığa olub qənim,Yandırdılar neçə kəsi,Budur əsrin faciəsi.Yetmiş nəfər qocanı da,Öldürdülər bircə anda,Yüz altı ana-bacını,Məhv etdilər bu məkanda.Dörd yüz səksən yeddimizi,Etdilər şikəst əbədi,Zaman-zaman dağlayacaq,Heçə eli, neçə səddi,Xocalının mənzərəsi,Budur əsrin faciəsi.Altmış üç körpə bala,Oda yandı Xocalıda.Dünya özü mat qalmışdı ,Nə divandı Xocalıda.Ölənlərin ruhlarıda,O, dağların nübarıda,Deyir haqqın, ədalətin,İnsanlığın, ləyaqətin, Qoy dünyaya çatsın səsi,Budur əsrin faciəsi.Budur əsrin faciəsi. Səyavuş UYĞUN, 26 fevral 2016-cı il, Marneuli . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.