KAMİL MEHDİNİN ŞEİRLƏRİ Naxçıvan, Poeziya 2 июля 2024 1827 0 1 2 3 4 5 NAXÇIVANIM Baharında bol meyvəli barını, Bəsləmişəm, budağından dərmişəm. Çox sərt olan o qışında qarını, İz düşmədən cığırlardan keçmişəm.Şirin olub əzabların, həm dadınDadmışam mən, var – dövlətin var olsun!Çalınanda “Nəqşi-cahan” mahnınOynayanın, əl çalanın var olsun! Xan Arazım zolaq salıb səddinə,Qardaş edib hər kəndini, elini. Uca dağlar vüqar verir qəddinə, Kəmər kimi bağlanıbdır belinə. Batabatın cənnətinə nişanə,Tarixlərdə şöhrətin var, şanın var.Saymaq üçün heç bilmirəm daha nə,Tək bilirəm torpağında qanın var. Ordubadın meyvə bağı keçilməz, Şirinliyi şəkər olur, bal olur. Bu torpaqlar qeyrətsizi yetirməz,Vətən üçün hünər burda bol olur. Sədərəkdən Şəruradək yolun var, Hünər özü bu torpaqda yaranıb. Şahbuzumun çiçəyi var, gülü var, Məmməd Araz çiçəklərdən daranıb.İlanlı dağ Ağrı dağın qardaşı,Culfaların ayrı düşüb, yad olub.Cəlil, Cavid Naxçıvanın yaddaşı, Hər ikisi bu torpaqda doğulub. İgidlərin əyilməyir, sınmayır,Düşmənlərə sərt qaya tək dayanır.Dost – tanışdan bir gün ayrı qalmayır,Çıraq olub, hər ocaqda o yanır. Gözəllərin Leylilərdi, Həcərdi,Saf sulardan süzülüblər, içiblər. Səadətin körpüsündən keçərdi, Bu körpüdən öz yarını seçiblər. Ucal, gözəl vətən, sən ucalıqsan, Qoşa dayanıbdır gücün, qüdrətin. Hər iki vətənə sən bir budaqsan,Vüsala yetməyə çatar köməyin. BÜLBÜLÜN EŞQİ Yağış damcıları gülün üstünə, Düşür, ləçəklərin əyir qəddini.Gülün pərvanəsi bülbül köksünə, Tikanın batıqrıb verir rəddini. Gülün qönçələri bülbülə aşiq, Bülbül də axıdır yaş gözlərindən. Cavab gözləyirdi eşqinə layiq, İncidi tikanın bu sözlərindən. Oxu daşa dəymiş bülbül qəfəsdə, Sevgi nəğməsini gülsüz oxudu. Gülün ləçəkləri dözməyib dərdə, Vaxtından çıx əvvəl saralıb soldu. Qönçələr böyüyüb həddinə çatdı,Yaşamaq eşqinə xəyallar qatdı.Tikanı budaqdan qoparıb atdı, Baş qoyub yastığa bülbüllə yatdı. TÜKƏZBAN XANIM“Qatar” ını, “Şahnaz”ını sevmişəm, Heyran edib səsindəki incəlik. Dinləyərkən bu aləmdən köçmüşəm,Hələ də var qəlbindəki o gənclik.Təsniflərin təkrar olmaz əsərdi,“Kürd Qızı” ndan oxumağın xoş olub. Sən oxusan hamı susub baxrdı, Susmağınla bir aləmin boş olub.Səsin-sədan ölkələri gəzərdi, Həbib sənin müşayəndə, yanında, Oxumursan, bu xalqına kədərdi, Bu kədəri daşıyıram canımda.“Bayatı qaçar” olub sənə şah əsər, Mahnıların açılmamış qönçədi. “Şəfqət bacı” səngərləri çox gəzər, Yarandığı neçə-neçə əsrdi. Sən susan dağlarda kəklik bülbüllər,Durna qatarı tək yolunu azmış.Oxu, zəngülənlə açılsın güllər,Hesab et yanında Həbibin çalmış.EY MÜƏLLİMDərs günüdür, sevincinin həddi yox, Bu dərs ili sənə bol-bol uğurlar. Sifətində xoş təbəssüm, sevinc çox, Hamısı da gen qəlbinə sığırlar. Çiçək kimi şagirdlərin çiçəklə, Axışaraq yığışıblar qarşına.Qarşılayıb hər şagirdi həvəslə,Ana kimi sığal çək sən başına. Uca tut vətənin böyük adını,Dediyin kəllmədə, dediyin sözdə.Tanıt qəhrəmanı, tanıt adını,Qəhrəman olanlar ucalsın gözdə.Körpə balalara sən öyrət elmi, Olsun ölkəmizin qurucuları.Keçmiçin sərhəddi nə quş, Ayıq-sayıq olsun qorucuları.Çəkdiyin zəhmətlə murada yetək,Saçdığın işığın bürüsün ünü.Biz də şagird kimi qoy şeir deyək, Səni təbrik edək müəllim günü. HƏLƏ VARArzularım gəlib keçir könüldən, Baş tutuan o arzularım xoş olub. Baş tutmayan sadə keçən ömürdən,Xəyal deyil çiçəklərimdir solub. Ümid, xəyal soraqlayıb yaşadım,Yaşayan o o arzularım hələ var.Arzuları yaşayaraq qocalım, Solmayan o çiçəklərdən hələ var. Kamil Mehdi Əməkdar müəllim ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.