İLKİN QAZİ (1975) Naxçıvan, Poeziya, Müsabiqə 18 июня 2023 1532 100 1 2 3 4 5 İlkin Qılman oğlu Qazi (Qaziyev) - 1975-ci il noyabrın 1-də Naxçıvan şəhərində anadan olub. Ailəlidir, 2 övladı var. Sevdiyi məşğuliyyət: Şeir yazmaq, fotoşəkil çəkmək və müxtəlif mövzularda kitab oxumaq.Hazırda özəl bir şirkətdə İnsan Resursları üzrə baş mütəxəssis işləyir.Biz də İlkin Qaziyə yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.AzİNSANBülbülü yüz il də tutsan qəfəsdə, Bayquştǝk ulamaz o bircə səs də. Bülbültək yenə də cəh-cǝh vuracaq, Söyləyər kimliyin o hər nəfəsdə.Çaqqalı köpəktək yalla bəsləsən, Ən gözəl ad ilə sevib səsləsən. Yenə də çaqqaldır, zərər vuracaq, Dəyişməz xislətin, başın da kəssən.Qartalın yuvası zirvədir, dağdır, Vətəni bağ deyil, qayadır, daşdır. Yüz il də ovlansa, dövrə vuracaq, Məğrurluq çölündə hər kəsdən başdır.Dinlə gəl sən mənim bu sözlərimi, Şeirdə söyləyim öz hikmətimi. Dəyişmir zatını bax, heç bir heyvan, Dəyişir öz cinsin, zatını insan.Dəyişir dövranı, dəyişir insan, Yediyi qidanı dəyişir insan. Eyləməz xəyanət cinsinə heyvan, Eylədi xəyanət dünyaya insan, Dəyişdi mənliyi, şərəfi insan!06.04.2023DOSTGül ilə dost oldum, açmadan soldu, Dostluğun yolunu yarıda qoydu. Dost seçdim özümə ballı arıdan, Qəlbimə iynədən bir yara qoydu.Dedilər, dostluqda itlər ad qoydu, Atları insanla dostluğu yordu. Qısadır onların ömrü yarıdan, Onlar da çoxların yarıda qoydu.Dost seçdim özümə mən bir insandan, Əvvəldən qarşıma öz şərtin qoydu. Zərərli dostluqdur, döndüm yarıdan, Boş qaldı əllərim dostluqdan saridan.Yoruldum seçməkdən dostu yalandan, Axtardım mən haqqı, dostu Qurandan. Surələr, ayələr məndə iz qoydu, Dostluğu gördüm mən bir tək Allahdan.Öyrətdi O mənə haqqı gümandan, Ayırıb, seçməyi dostu düşmandan. Qəlbimə Öz eşqin, sevgisini qoydu, Gördüm eşqi mən bir tək Allahdan!27.08.2018ÖMRÜMÜN ÇİÇƏYİQəfildən dikilsə gözlərin yola, Anla ki, yolunu gözləyirəm mən. Əkdiyim çiçəklər dibçəkdə sola, Anla ki, həsrətdən əriyirəm mən.Xəyalın hər gecə mehmanım ola, O xəyalsa dönüb bir gerçək ola, Olaram qurbanın bu eşqimlə mən, Boş qalmış bu qəlbim eşqinlə dola.Əzbərə bildiyim nağılımsan sən, Bu nağıl ömrümdə bir gerçək ola. Hər fəsil açılan çiçəyimsən sən, Qoymaram ömrümün çiçəyi sola.11.06.2021HEÇ SEVMƏMİSƏN Kİ...Eşqimə can verdin ilk gördüyüm gün, Günəşdə qovrulan bir çiçək kimi. Sanmışdım, sevərsən bu eşqlə məni, Sən demə, eşqimi görməmisən ki!Xəyalım səninlə birləşib hər gün, Yalançı sevgiylə həqiqət kimi. Satdınız dünyanın malına məni, Sən demə, heç məni sevməmisən ki!Yandırdın qəlbimi hər keçən bir gün, Payızda tökülən bir xəzan kimi. Həzz alıb sındırdın eşqimlə məni, Sən məni ağlayan görməmisən ki!Səbr etdim sevərsən sən, əlbət, bir gün, Duyaram eşqini bir körpə kimi. Oynadın hissimlə, alçatdın məni, Məndəki nifrəti görməmisən ki!Gün gələr, nə vaxtsa görüşsək bir gün, Davranma mənimlə bir düşmən kimi. Xatırla ilk günkü o görüşməni, Sən məni ilk gündən sevməmisən ki!18.01.2023EY PƏRİHardan çıxdın sən qarşıma, bilmirəm, Sehrlǝyib lal etmisən dinmirəm. Nağılsanmı, röyasanmı, ey pǝri, Ruh olmuşam, öz cismimə sinmirəm.Şeir yazdın sən qəlbimdə, silmirəm, Sən qayasan, mənsə qartal, enmirəm. Mələksənmi, şeytansanmı, ey pǝri, Düşmüşəm mən öz bəxtimdən, minmirəm.Kor etmisən, qeyrisini görmürəm, Səndən başqa gözəl saçlar hörmürəm. Xəyalsanmı, gerçəksənmi, ey pǝri, Sənlə olan xəyalları gömmürəm.Sən bir dağsan, mənsə atəş, sönmürəm, Sənsiz olan heç bir yönə dönmürəm. Sən arzumsan, həm xəyalım, ey pǝri, Sən olmasan, danışmıram, gülmürəm.01.10.2022NƏSİHƏTİstəmə, dayanmaz zaman bir anlıq, Təəssüfün zamana faydası yoxdur. İtənlər, ölənlər oldu qaranlıq, Keçmişi ağlama, faydası yoxdur.Niyyətin, əməlin oldu yamanlıq, Gül-çiçək, laləzər oldu samanlıq, Gözləmə Cənnəti, sonun qaranlıq, Nameyi-əməldə savabın yoxdur.Nəfsinin köləsi oldu cavanliq, Peşiman olmanın faydası çoxdur. Eylə sən tövbəni, olsun amanlıq, Vəfasız dünyaya etibar yoxdur.24.08.2022OLSAYDI ÖLÜNÜN DİLİOlsaydı ölünün dili, söylərdi: Keçirmə qəflətdə gəl ömrünü sən. Düşmədən saçlara ixtiyarda dən, Uduzma ağlını öz nəfsinə sən.Olsaydı ölünün dili, söylərdi: Güvənmə dünyanın mülki-malina. Yetişməz qəbirdə bil ki, dadına, Gəl vermə cənnəti nəfsin badina.Olsaydı ölünün dili, söylərdi: Gün gələr, qaranlıq qəbir evində Çürüyər bədənin günün birində, Aldanma nəfsinə dünya evində.Olsaydı ölünün dili, söylərdi: Qalmaz əsarət o gözəlliyindən, Qarışar torpağa o gözəl bədən. Bədbəxt, xatırla sən ölümü hərdən!03.06.2022GECİKMİŞ МӘНӘВВӘТGecikib eşqimiz, saçlar ağarmış, Mənasız bir ömür ömrə calanmış. Ömür də, ürək də, can da talanmış, Gecikən məhəbbət mənim nəyimə?Günahlar savabın üstə qalanmış, Təzəyə köhnətək parça yamanmış. Röya da, xəyal da, ruh da talanmış, Ümidsiz məhəbbət mənin nəyimə?Məhəbbət yuxutək yarım qalarmış, Arzu da kömürtək odda yanarmış. Yerim də, göyüm də, dünyam talanmış, Buz tutmuş məhəbbət mənim nəyimə?Gözləmə yolumu, yolum qapanmış, Eşqimin gülləri yaman saralmış. İllər də, aylar da, gün də talanmış, Cavabsız məhəbbət mənim nəyimə?17.01.2022İMANBir gün bir cavanı bürüyüb qorxu, Dedi: "Gəl atama bir Quran oxu. Bu gecə röyama olubdur mehman, Atamın ruhuna bir surə oxu".Molla cavabında sordu: "Ay oğul, Sağikən atanda olubdur inam? Allaha, Qurana olubmu iman? Atanda ölümə olubmu güman?"Oğul kədərlənib mollaya dedi: "Xeyr, din adamı ey gözəl insan. Bilmədi nə iman, nə də ki, Quran, Eylədi ömrünü şərabla viran".Molla cavabında dedi: "Ay oğul, Gərək bu Quranın elmi-nuruna Sağikən məhəbbət eylǝyǝ insan, Allaha, Qurana eyləyə iman".25.02.2021QƏDƏRSƏNBaşında qızıldan bir tacın olsun, Əynində qızıldan libasın olsun, Dünyanın yarısı əlində olsun, Dilindən çıxan kəlimə qədərsən.Güvənmə dünyanın şan-şöhrətinə, Hər "dostam" deyənin söz-söhbətinə, Vurulma hər gözəl gülçöhrəsinə, Unutma, sevdiyin sevgi qədərsən.Yazılmaz məzara şanın-şöhrətin, Bu dünyada qalar sözün, izzətin, Qəlblərə taxt qurar ruhi-xislətin, Arxanca deyilən rəhmət qədərsən.13.07.2021DƏYƏRCöhrani seyr edirəm, ay bənizin canə dǝyǝr, Dilbarim, etmə zülm, eşq əzabm canə dəyər.Dodağım qönçə təkin, cənnəti-gülzarə dəyər, Nigarım, etmə zülm, çün hicranm qanə dəyər.Yuxumu ərşə çəkən qaşlarm min ayə dəyər, Habibim, etmə zülm, həsrətin min ayə dəyər.Yanağı lələçiçək, bülbüli şeydayə dəyər, Hozarm, etmə zülm, gül avazm canə dəyər.Dişlərin inci-sadaf, mücrüdə altına dəyər, Baxışm can alandı, baxdıqca min canə dəyər.Esqimi verma hadar, Məcnuni-Leylaya dəyər, Sevdiyim, etmo cafa, çün sitəmin cano dǝyǝr.18.08.2022OLAYDIMKaş mənə cananım olub qisməti-taleyim olaydın, Mən sənə cananın olub peymani-fatehin olaydım.Qərq olaram hər gecənin zülmətinə Zöhrə kimi, Hər gecə hilalım olub zülmətə bir nurum olaydın.Dövr edərəm pərvanə kimi mən eşqinin bustanina, Mən sənə pərvanə olub şəminin qurbanı olaydım.Əfsus, fələk eylər xəzan aşiqin eşq nübarına, Kaş sənə peymanə olub ətrinin sərxoşu olaydım.Olsun, yetəcək həsrətinə qəlbdəki o eşq xəyalı, Mən sənə mirvari olub boynunun gülbağı olaydım.03.10.2021GÖZƏLİMSən mənə hər can dedikcə canıma bir can qatırsan bil, gözəlim, Ol bu cana eşqi-bahar eşqimi canınla bəzə sən, gözəlim.Var baxışında, gülüşündə bu cana eşqi-əlac can, mələyim, Bax çırpınır quş təkin hər zülfünü gördükcə könül bil, gözəlim.Bu sehrü-lətafət ki edib bəxş aləmi-Rabb sənə bil, çiçəyim, Olar eşqi-divana har seyr edən rənai-hüsnün bil, gözəlim.Hər gün edəsən mənə nazu-cəfa,usanmaz bu könül bil, mələyim, Gəl insaf eylə bu fəqirə, etmə zülm, dindir məni sən, gözəlim.Olmuşam xəsteyi-eşq, çün möhtacam mən eşqi-nazına sənin, Kaş yetəydik vəslə bir an, olmadan mən divanə, bil, gözəlim.08.02.2022ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.