SONA AMAL (1959) Naxçıvan, Müsabiqə 12 августа 2022 Sona Məmmədhüseyn qızı Teymurbəyli - 21 mart 1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. 1966-1976-cı illərdə Nehrəm kənd 1 nömrəli orta məktəbini fərqlənmə ilə bitirib və 1976-cı ilin iyul ayından həmin kəndin 2 nömrəli kitabxanasına müdir təyin olunub. 1977-1981-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix-ədəbiyyat fakültəsini Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə ali təhsil alıb. 1981-ci ildə Nehrəm kənd 1 nömrəli məktəbinə Azərbaycan dili və ədəbiyyatı müəllimi təyin olunub. Sona xanımın O, Sona Amal təxəllüsü ilə şeirlər yazır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.Bir neçə şeir və nəsr əsərlərinin müəllifidir. Şeirləri və romanları müntəzəm olaraq dövri mətbuatda çap olunur. Biz də aşağıda Sona xanımın bir neçə şeirini dərc edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! ZiM.AzSEVGİMİ ƏBƏDİ ELƏ VERSƏYDİMDünya fani, üzü yaman dönükdür,Dünyanın dərdini bilə bilsəydim.Sən gedəli həsrət qəlbimə yükdür, Həsrəti əbədi yelə versəydim.Sənsiz yaşam çətin, bilirəm belə,İllərdir həsrətəm, bir şirin dilə, Süzülür gözümdən yaş gilə-gilə,Gözümün yaşını silə bilsəydim.Qovurur qəlbimi hey qüssə, qəhər,Yazılıbdir Haqdan bu tale, qədər,Vururam ömrümü başa birtəhər, Ömrümdə bir kərə gülə bilsəydim.Yurd salıb qəlbimdə dünyanın qəmi,Qurumur, nə vaxtdır, kirpiyin nəmi,Göz yaşım sel kimi yuyur sinəmi, Dərdimi-sərimi selə versəydim.Sevgisiz bu həyat çətinmiş, çətin, Bilinməz heç zaman qədir, qiymətin, Amal üstün tutar elin hörmətin,Sevgimi əbədi elə versəydim.21. 07. 2022-ci il.VƏTƏNİN SƏNİNLƏ ÖYÜNDÜ, VÜSAL Zaqatala rayonunun Lahıc kəndinin şəhid oğlu, qəhrəman Vüsal Nəsib oğlu Məmmədovun əziz xatirəsinə.Elə bir zirvəyə qalxıb, ucaldın,Ürəyin Vətənlə döyündü, Vüsal.Yağı düşmənlərdən qisas, öc aldın,Dost-tanış səninlə öyündü, Vüsal.Şəhidlik zirvədir, şəhidlik qürur, Hər igid qəlbində bir amal durur,Tarixə zəfərin naxışın vurur, Şəhidlik donunu geyindi, Vüsal.Candan artıq sevdin, doğma Vətəni, Qovdun yurdumuzdan yoldan ötəni, Basdı doğma torpaq qoynuna səni,Nəşin göz yaşıyla yuyundu, Vüsal.Sildiniz torpaqdan düşmən ayağın, Sancdınız hər yerə Vətən bayrağın, Sanma ki, sönübdür, Vüsal, çırağın,Zəfər atəşləri nurundu, Vüsal.Amalam, heç zaman enməz qüdrətim,Yazdırdı tarixə ZƏFƏR, millətim,Şəhidlik haqdandır, şəhid qismətin, Üçrəngli bayrağa büründü, Vüsal.Vətənin səninlə öyündü, Vüsal.16. 06. 2022-ci il.ANAAllah Anaları qorusun və dünyasını dəyişən Analara rəhmət eləsin. Amin.Sevincim heç zaman kədərə dönməz,Qiyma həsrətinlə alışam, yanam.Çatdığım ocağın atəşi sönməz,Nə qədər həyatda sən varsan, Ana.Sən ki, yanımdasan, dünya mənimdi,Qəlbimi sıxammaz, nə qəm, nə kədər,Sən getsən, həsrətin mənə qənimdi,Sanaram, həyatda yaşamaq hədər.Sən məni tərk etmə, Ay ana, barı,Səni düşünməyən bir anım yoxdu.Sənsən həyatımın dövləti-varı, Səninlə gözüm də, könlüm də toxdu.Qəlbimi sıxmasın, qoy sənli hicran, Tanrıdan istəyim, diləyim də sən, Gecə də, gündüz də - hər saat, hər an,Döyünən qəlbimdə, ürəyimdəsən.Yığılsa dövrənə bacı-qardaşım, Sevincin ən ülvi qayəmdir, Ana.Süzülər sevincdən gözümün yaşı, Amalam, varlığın dünyamdır, Ana. 13. 06. 2022-ci il.NƏYİMƏ GƏRƏKVətənin dağ-daşı ləldir, gövhərdir,Qürbətin cənnəti, nəyimə gərək?!Dostların "Can" sözü abu-kövsərdir,Yadların hörməti, nəyimə gərək?!Tutum kimsəsizin, kasıbın əlin,Darayım, oxşayım yetimin telin,Alım duasını obamın, elin,Yadlar mərhəməti, nəyimə gərək?!Haqdan yaranmışdır, İlahi hikmət,Gendən gələr, əlbət, namusla qeyrət,Zatında yoxdursa, həya, ar, ismət,Namərdin ülfəti, nəyimə gərək?!Vəzifən, maşının, cibin bol para,Kimsənin qəlbınə, gəl, vurma yara,Mərdə arxa dur ki, dön xilaskara,Namərdin minnəti, nəyimə gərək?!Amalam, gül açsın arzum-diləyim, Təbimi süsləsin, ilham mələyim, Dosta süfrə açım - duzum-çörəyim,Bol ruzi- nemətim - sevgi çiçəyim, Yadlar səxavəti, nəyimə gərək?!09. 06. 2022-ci il.KAŞ SEVƏ BİLƏYDİN, MƏNİ MƏNİMTƏKÖmrümü ta sənsiz yaşayacağam,Silib yollarımdan dumanı, çəni.Həsrətin qəm yükün daşıyacağam, Unuda bilərmi, qəlbim heç səni?!Ümidim, inamım səni haraylar,Tükənib sevincim, sızlayır ürək.Gecələr sirdaşım sənli xəyallar, Məni sevə bildin, barı, mənimtək?!Fələk səni erkən aldı əlimdən, Sönüb duyğularım, yaşam həvəsim. Adın bircə an da düşmür dilimdən, İllərdir, tək sənə çatmayır səsim. Nə səbr qalıbdır, nə təmkin, dözüm, Sanki ruh kimiyəm, boş arzu, istək.Qalıbdır qəlbimdə nə qədər sözüm, Məni sevə bildin, barı, mənimtək?!Sənsiz keçən günüm, ayım, illərim, Azıbdır ömrümün dolaylarında.Çatmayır ta sənə, çatmır əllərim,Boğuldum qəlbimin haraylarında.Dünyanın əzəldən vəfası yoxdur,Gələn gedəcəkdi, dünyadan tək-tək.Səndən soruşacaq, bil, sözüm çoxdur,Məni sevə bildin, barı, mənimtək?!Öpdüm məzarını, sızladı duyğum,Bulud kimi dolub, ağlayır ürək.Hələ də cavabın tapmayıb sorğum, Məni sevə bildin, barı, mənimtək?!Andıqca ömrümün hər çalarını, Yandırır həsrətin, qovrulur ürək.Yaşayıram ömrün son baharını, Məni sevə bildin, barı, mənimtək?!Coşub dəniz kimi, çağlayır sözüm, Sənə səslənirəm tələm-tələsik.Buludtək yaş tökür, ağlayır gözüm, Məni sevə bildin, barı, mənimtək?!Ta sönük görünür, gözümdə dünya,Baş əydim, yarımçıq bir səadətə. Sənli anlarıma aparan röya,Kaş dönə biləydi bir həqiqətə.Gecə çətin keçir, açılmır sabah, Amalam, qəlbimdən keçir bir istək.Sənin ürəyindən olaydım agah,Məni sevə bildin, barı, mənimtək?!Kaş sevə biləydin, məni mənimtək!03. 06. 2022-ci il.DÜNYAGəzib golansam da, cümlə aləmi,Qurmadım özümə bir bucaq, Dünya.Qaladım üst-üstə dərdi-ələmi,Çatmadım sevincdən bir ocaq, Dünya.Namərdlər hər zaman mərdi yıxıbdır,Yalanlar yağ kimi üstə çıxıbdır, Vaxtsız açan çiçək tez soluxubdur, Bir yandan boşalıb, dolacaq, Dünya.Qalmayıb məmurda qeyrət, namus, ar,Yurd sevgisi yoxsa, nə işə yarar, Yağılar torpağı böcəktək sarar, Yurddaşın qanını soracaq, Dünya.Eşit, bil həyatda bir həqiqəti,Sınağa çəkirlər bəşəriyyəti, Xeyir də, şərdə gör Haqq-ədaləti, Hər kəsin özünə qalacaq, Dünya.Amalam, millətim uludan-ulu,Kor tikana dəyməz qürbətin gülü, Turana bağlıdır səadət yolu,Həqiqət hey zəfər çalacaq, Dünya.31. 07. 2022-ci il.ÜRƏYİMMən vüsal eşqiylə səfərə çıxsam, Arzumu gözümdə qoyma, ürəyim.Çox erkən hicranın əlini sıxsam, Cavanam, ömrümə qıyma, ürəyim.Atam yox, anama dərdim güc gələr,Qardaş-bacım ağlar, düşmənlər gülər, Sevənlər arxamca hey rəhmət dilər,Qəlbimi yad oxla oyma, ürəyim.Bitib-tükənməzdir, yaşam həvəsim,Yazdığım əsərlər sevilsə, bəsim,Titrəməz qələmim, gəlsə nəfəsim,Arzumu soğantək soyma, ürəyim.Zövq ala bilmərəm, yarsız həyatdan, Ta ayrı düşmüşəm, toydan, büsatdan, Kədəri sevincdən bol kainatdan,İnsaf et, çox erkən doyma, ürəyim. Bağ-bağat becərdim, barın görmədim,Gül-çiçəyin üzüb, çələng hörmədim,Hicran əzabından yanıb, göynədim, Amalı naşükür sayma, ürəyim. Arzumu gözümdə qoyma, ürəyim.31. 07. 2022-ci il.AMALTƏK AD SAXLADIMDərdi-sərim ətrafımı saranda,Bulud kimi içdən doldum, çağladım.Qəm yağmuru yol-izimi yuyanda, Saçlarımı həsrət yoldu, ağladım.Vəfalı dost dar günümdə gələndi, Kədərini bölüşəndi, böləndi,Şad gününə sevinəndi, güləndi,Sadiq dostla, bil, məhəbbət bağladım.Qardaş-bacım həyatımın güzgüsü,Sönməz təbim, İlahinin vergisi, Qürurumdur, el-obanın sevgisi,Vətən qızı - Amaltək ad saxladım. 29.07. 2022-ci il.BƏXTİMƏ HƏSRƏTİN YAĞMURU YAĞDIYükləndi çiynimə taleyin qəmi, Bəxtimə həsrətin yağmuru yağdı.Tərk edib gedəli könül həmdəmim, Bəxtimə həsrətin yağmuru yağdı.Səndən ayrı düşüb, ləpirim, izim,Süslənir kədərlə söhbətim, sözüm, Qurumur kipriyim, yaş süzür gözüm, Bəğtimə həsrətin yağmuru yağdı.İllərdir həsrətəm gülər gözünə, Möhtacam bir kəlmə şirin sözünə,Təskinlik verirəm, özüm-özümə, Bəxtimə həsrətin yağmuru yağdı.Qismətim kəc baxdı, bəxtim olmadı, Olsaydı, ailə taxtım, olmadı,Bəlkə, xoşbəxtlikdən haqqım olmadı?Bəxtimə həsrətin yağmuru yağdı.Amalam, qərq oldum, qəm dəryasına, Sənli günlərimin kəm röyasına,Qalıbdır ümidim şəm ziyasına, Bəxtimə həsrətin yağmuru yağdı. 29. 07. 2022-ci il.SEVGİMİ ƏBƏDİ ELƏ VERSƏYDİMDünya fani, üzü yaman dönükdür,Dünyanın dərdini bilə bilsəydim.Sən gedəli həsrət qəlbimə yükdür, Həsrəti əbədi yelə versəydim.Sənsiz yaşam çətin, bilirəm belə,İllərdir həsrətəm, bir şirin dilə, Süzülür gözümdən yaş gilə-gilə,Gözümün yaşını silə bilsəydim.Qovurur qəlbimi hey qüssə, qəhər,Yazılıbdir Haqdan bu tale, qədər,Vururam ömrümü başa birtəhər, Ömrümdə bir kərə gülə bilsəydim.Yurd salıb qəlbimdə dünyanın qəmi,Qurumur, nə vaxtdır, kirpiyin nəmi,Göz yaşım sel kimi yuyur sinəmi, Dərdimi-sərimi selə versəydim.Sevgisiz bu həyat çətinmiş, çətin, Bilinməz heç zaman qədir, qiymətin, Amal üstün tutar elin hörmətin,Sevgimi əbədi elə versəydim.21. 07. 2022-ci il.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.