Adilə Nəzər (1970)

Adilə Nəzər (1970) Adilə Nəzər (Adilə Həsən qızı Nəzərova) -
1970-ci il mayın 26-da Naxçıvan Muxtar Respublikasının
Şərur rayonundakı Şəhriyar kəndində doğulub.
Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası
Təhsil İnstitunun aparıcı elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Kitab Evi” İctimai Birliyinin sədridir.
Şeirləri Türkiyə türkcəsinə, rus, fars, fransız və özbək dillərinə tərcümə olunub. 10 kitab – o cümlədən, 7 şeirlər, 1 Azərbaycan dilində fəlsəfə terminlərinin izahlı lüğəti, 2 monoqrafiya, 40 elmi, 25 publisistik məqalənin müəllifidir. Respublikada və respublikadan kənarda elmi konfranslara və ədəbi-bədii toplantılarda iştirak edir. Mütəmadi olaraq, dövrü mətbuatda - qəzet və dərgilərdə, saytlarda fəaliyyət göstərir.
Elm və mədəniyyət sahəsindəki xidmətlərinə görə Mahmud Kaşğarlı Beynəlxalq Fondunun “San yarlığı” mükafatına layiq görülüb.

Biz də Adilə xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

Xalidə TURAN,
ZiM.Az-ın şöbə müdiri,
"Turan" ədəbi məcmuəsinin tərtibçisi


ZiM.Az



* * *

Adile Nazer (Adile Hasan kızı Nezerova) - Azerbaycan Cumhuriyeti Eğitim Enstitüsü'nde önde gelen araştırma görevlisidir.
Filoloji üzerine Felsefe Doktorudur.
Azerbaycan Yazarlar Birliği üyesidir.
“Kitap Evi” Halk Birliği Başkanıdır.
10 kitabın - 7 şiir, 1 Felsefi terimler sözlüğü, 2 monografiya, 1 “İ.Nesimi mirasının eğitim tarihi” bilimsel araştırması ve 50'dan fazla bilimsel makale yazarıdır. Yurt içinde ve yurtdışında bilimsel konferanslara ve edebi toplantılara katılır.
Şiirleri Farsça, Fransızca, İngilisce, Rusça, Kazakca ve Özbekçe'ye çevrildi.
Bilim ve kültür alanındaki hizmetlerinden dolayı Mahmut Kaşğarlı ödülü aldı.


Biz de Adile xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza teqdim edirik.

Xalide TURAN,
ZiM.Az-ın şöbe müdiri,
"Turan" edebi mecmuesinin tertibçisi


ZiM.Az



YOLUM QIZIL ALMAYA

Bir arzum var, millətimlə
bir süfrədən yeyəcəyim gün ola.
Haradansan? sualına,
TURANdanam! deyəcəyim gün ola.

Qulağıma bir səs gəlir,
Türkün oyanış səsidir.
Marşın, himnin ən gözəli,
Qurdun "aauuu" bəstəsidir.

Yıxılacaqdır hasarlar,
Bilgə Xaqan yol anladır...
Xəyalımda bir atlas var, -
Mübarək "Qızıl Alma"dır.


SALAM OLSUN

Çayır, çeşmə, meşə, dağ,
Arana salam olsun!
Təbriz, Dərbənd, Qarabağ,
Yarana salam olsun!

Çağır oğul-qızını,
Haydan alsın xıncını.
Qolu haqq qılıncını
Vurana salam olsun!

Qoşulsun yellərinə,
Bir olan dillərinə.
Üzü türk ellərinə
Durana salam olsun!

Qatma, Eşqi sevgilə,
Haqq sevgisi seçilər.
Tovrata, həm İncilə,
Qurana salam olsun!

Baxmasınlar kəc ilə,
Mərdlik olmaz mərc ilə.
Qaranlığı vəcd ilə
Yarana salam olsun!

İçindəki nurunan,
Qəlbindəki qorunan,
O uzaqdan görünən,
Turana salam olsun!



Naxçıvandan doğacaq
TURANa düşən Günəş...


Bir real yuxu gördüm:
Günə dönmüşdü gecə,
Meh əsirdi Ağrıdan...
Gördüm ki, uçur necə...-
uçur qədim Naxçıvan.

Doğrudan da uçurdu,
o şəhər başqa yerə.
Uçub yenə dönürdü
ətrafında min kərə.

Tuturdu dörd tərəfdən
Alçalıdağ, Xanağa,
Nəhəcir, Cuğalıgil,
Abdal dağı, Güneydağ,
Görünürdü ap-açıq
Almalıdağ, İlandağ,
Qaraqaya, Qapıcıq...

Qolunu dolayırdı
boynuna Naxçıvançay,
düzəni oxşayırdı,
başını bulayırdı
gözəl Xalxal meşəsi.

Elə laylay çalırdı
Əlincəçay, Gilançay,
Hövzəsini aşırdı
Düyünlüçay, Kilitçay...

Ağlı başdan alırdı
Arpaçayın, Arazın
könül oxşayan səsi...
Başına dolanırdı
güllü Nehrəm dərəsi...

(Hansı tərəfə uçsa,
nə gözəllik yaşasa
duyulurdu ağrısı.
baxanda görünürdü
yarasının sarğısı…
Bildim.. qanadlarından
düşən parçaya baxır,
orda - Araz suyunda
canının yarısını
atəşə-oda yaxır...)

Bu bir tale oyunu...
Uça-uça o şəhər,
açacaq nurlu səhər.
Bütün müqəddəsliyi,
şanı ilə bu diyar
tezliklə güləcəkdir –
sıxacaqdır gözünü…
nura boyayacaqdır
sonunda yer üzünü...

Naxçıvandan doğacaq
TURANa düşən Günəş...


AMİN DEYİN

Dağ danışsın, daş danışsın,
Quru dinsin, yaş danışsın,
Göz danışsın, qaş danışsın,
Amin, amin, amin!- deyin.

O yurdun çoxdur aşiqi,
Bəxtinin yansın işığı...
Gözümün bitsin yağışı,
Amin, amin, amin! - deyin.

“O”na çatsın ağıtlarım,
Göyərsin bu ümidlərim.
İslansınlar qunutlarım,
Amin, amin, amin! - deyin.

Sanmayın səsimiz itər,
Türk qardaşlarımız yetər,
Savaş qələbəylə bitər,
Amin, amin, amin! - deyin.


ƏZƏLDƏN GÜNƏŞ - BAYRAQ,
SƏMA BİZƏ GÖY ÇADIR…

Böyük Türk sərkərdəsi Hulusi Akara ithaf


Əzəldən günəş - bayraq, səma bizə göy çadır,
Zaman özü şahiddir türkün od nəfəsinə.
Diri Şəhid ruhları qan yaddaşı oyadır,
Tarixin nizə səsi dəyir raket səsinə.

Qarşımızı alammaz daha heç bir maneə,
Qaranlıqdan işıqlı səhərlərə səfər var.
Bizə işləyir artıq hər qiymətli saniyə,
Gözləyirik tezliklə qələbə var, zəfər var.

Mərddir hər bir əsgərim, mərddir hər bir qardaşım.
Türkün son əməli də ilk verdiyi söz olur.
Sevincimdən sel olub boğur məni göz yaşım,
İki qardaş birləşib, bir yumruqda biz olur.

Sağalacaq zamanla torpağın şırımları.
Bundan belə yurdumda yad ocağı alışmaz,
Səbirlə, təmkin ilə keçib aşırımları,
Haqqa üz tutanlarıq, - haqla nahaqq qarışmaz.

Qəlbim də qələmim tək güləcəkdir, əminəm,
Daha qandan silkinib gül açıb göyərəcək.
Bir Türk qəhrəmanını qoy gətirim nümunə -
Hər dövlətə Hulusi Akar tək paşa gərək.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ADİLƏ NƏZƏR POEZİYASI

ADİLƏ NƏZƏR POEZİYASI

Poeziya, Müsabiqə
Folklorşünas Elxan Məmmədlinin ömür-gün yoldaşı vəfat edib

Folklorşünas Elxan Məmmədlinin ömür-gün yoldaşı vəfat edib

Nekroloqlar
Professor Mədəd Çobanovun qəbirüstü abidəsi önündə ANIM MƏRASİMİ keçiriləcə ...

Professor Mədəd Çobanovun qəbirüstü abidəsi önündə ANIM MƏRASİMİ keçiriləcə ...

Yeni nəşrlər, Humanitar elmlər, "Şərqin səsi", "Elm və Təhsil", "Təhsil" EİM, "Zirvə", "XXI əsrin Ziyalıları", Tiflis, Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Elanlar, Zirvə.info, Mədəd Çobanov
Cəvahir QARAQIZI:

Cəvahir QARAQIZI: "TURANA DOĞRU!.."

Müsabiqə, Bolus
SƏNAN SƏBUHİ ŞƏMKİRİ (1985)

SƏNAN SƏBUHİ ŞƏMKİRİ (1985)

Publisistika, Müsabiqə
AYNURƏ ULDUZa BAŞSAĞLIĞI

AYNURƏ ULDUZa BAŞSAĞLIĞI

Nekroloqlar

"Şəhidlər ölməz, Vətən bölünməz!"

Qarabağ, "Şərqin səsi"
MİNİRƏ DADAŞQIZI  (1974)

MİNİRƏ DADAŞQIZI (1974)

Müsabiqə, Turan
AzTU-nun tələbəsi mükafanlandırılıb

AzTU-nun tələbəsi mükafanlandırılıb

YAP, AzTU
TALIB NİKBİN (1938-2020)

TALIB NİKBİN (1938-2020)

Bolus
Sədi Yaradanqulunun MÜŞFİQ BORÇALIYA  Minnətdarlıq məktubu

Sədi Yaradanqulunun MÜŞFİQ BORÇALIYA Minnətdarlıq məktubu

"SAZLI-SÖZLÜ BORÇALI", Darvaz, Arxiv, Müşfiq Borçalı
Səadət BUTAnın ithaf şeirləri

Səadət BUTAnın ithaf şeirləri

Poeziya, Borçalı, Başkeçid, Müşfiq Borçalı
MURAD ŞİRİNOV (1994)

MURAD ŞİRİNOV (1994)

Poeziya, Müsabiqə
BUDAQ TƏHMƏZ (1938)

BUDAQ TƏHMƏZ (1938)

Naxçıvan, Müsabiqə

"Salam" Mədəni Xeyriyyə Cəmiyyətinə uğurlar arzulayırıq!..

Rustavi, Təbriklər
Pərvanə Zalamlı:

Pərvanə Zalamlı: "QƏLƏBƏ BİZİMDİR"

"Mən Şirvanın səsiyəm", Müsabiqə
MEHRİBAN İBRAHİMOVA (1958)

MEHRİBAN İBRAHİMOVA (1958)

Müsabiqə
ŞÜKÜR MÜSEYİBOĞLU ŞUŞALI (1957)

ŞÜKÜR MÜSEYİBOĞLU ŞUŞALI (1957)

Müsabiqə, Turan
QALİBƏ CƏFƏROVA:

QALİBƏ CƏFƏROVA: "EY TÜRKOĞLU, AYAĞA QALX!.."

Müsabiqə
QURBAN TƏBİƏTOĞLU: “SALAM, QARABAĞ!”

QURBAN TƏBİƏTOĞLU: “SALAM, QARABAĞ!”

Qarabağ, Müsabiqə
Rəy yazın: