Sürayyə Nəsib: "Mən ki "Karonaya" yoluxmamışam..." Naxçıvan, Müsabiqə 14 июля 2020 Sürəyya Nəsib qızı Yusifova - Özbəkistanın paytaxtı Daşkənd şəhərində dünyaya göz açıb. 4 yaşı olanda ailəliklə öz doğma vətəninə - ata yurdları olan Naxçıvanın Şərur rayonundakı Axamət kəndinə köçüblər. İbtidai təhsilini doğma kəndində alan Sürəyya Nəsib sonra təhsilini Kərimbəyli kəndindəki orta mətəbdə davam etdirib. 1973-cü ildə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universitetinə) daxil olub. 1978-ci ildə həmin ali məktəbi müvəffəqiyyətlə bitirən Sürəyya xanım ailə qurub və Maxta kəndindəki məktəbdə pedaqoji fəaliyyətinə başlayıb.Sürayyə xanım hələ gənc yaşlarından həm də şeirə, poeziyaya böyük maraq göstərib. "Vəfalım" adlı ilk şeiri uğurlu olub. Şeir yazmaq həvəsi günü gündən daha da artıb. Şeirləri "Azərbaycan", "Şərq qapısı", "İşıqlı yol", "Şərurun səsi", "Şərqin səsi", "Ziya", "Elnm və Təhsil", "Vedibasar" və s. müxtəlif qəzetlərdə, "Azərbaycan qadını", "Ulduz", ,"Söz", "Yurd" və s. jurnallarda dərc olunub, "Nurlu misralar", "Məhəbbət ocağında", "Günəş şərurdan keçir", "Uşaqlar və günəş", "İlham çeşməsi", "Zirvə", "Sazlı-sözlü Borçalı", "Canım Azərbaycanım" və s. adlı poeziya almanaxlarında və müxtəlif ədəbi məmuələrdə işıqüzü görüb."Qayıt sevgimizə" adlı ilk kitabı 2000-ci ildə nəşr olunub."Mən yaşamaq istərəm", "Şam şamdana dönərmiş", "Bu necə taledir", "Yaman günün ömrü", " Mənə kasıb deməyin", "Ömrü belə yaşadım", "Bir gün axtaracaq o gözlər məni" və s. kimi kitabları oxucuların ixtiyarına verilib. Bu günə kimi müəllifin 17 kitabı dərc olunub. 18-ci kitabı da artıq çapa hazırdır.Sürəyya Nəsib poeziya yaradıcılığına görə "Abdulla Şaiq", "Qızıl qələm", "M.Araz", "Nəsimi" və başqa diplom və mükafatlarla təltif olunub.Biz də hörmətli Sürayə xanıma uzun ömür, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda bir neçə şeirini ZiM.Az-ın dəyərli izləyicilərinə təqdim edirik.Müşfiq BORÇALI,ZiM.AzMƏNƏNiyə səndən ötrü divanəyəm mən,Hələ də sir qalıb, bu iş sir mənə, Səninçün mən kiməm, söylə kiməm mən?Bunu izah eylə, görüm bir mənə.Yaşa zəhmətinlə, yarat gözəldir,Sinəni şərəflə qabart, gözəldir,Mənə sən olanda həyat gözəldir, Sənsiz nəyə lazım, səma, yer mənə. Qoy olsun sevdamız bahar, yaz canım,Mehrim sənə qarşı min Araz canım, Nə qızıl gərəkdir, nə almaz canım, Ədəbin, ərkanın olsun dürr mənə.Sən də Sürəyyaya eşqsiz deyilsən, Yol vermə söyləyim hərdəmmeyilsən, Məndən nə istərsən, istə deyirsən, Heç nə istəmirəm, sevgi ver mənə.20.05.2020.OLURSev,ey əziz bacım, sev ey qardaşım,Sevgisiz ürəkdə min azar olur.Sevməyən, sevgidə qurmaz bardaşın,Sevgiylə nə alver, nə bazar olur.Tərsinə yozulur, tərsə yozanlar,Oyundan atılır oyunpozanlar,Deyərdim haqq adlı yolu azanlar,Bütün ömrü boyu yol azar olur.Uyuşmaz, uymaza uyur deyənlər,Duyulmaz duymaza duyur deyənlər,Qəmin gəlişinə buyur deyənlər,Özünə daima qəmyazar olur.Sürəyya eyləmir nadanın bəhsin,Elə ol, yanmasın, yaşasın səsin,Onsuz da dünyada olan hər kəsin,Köçəndə qazancı bir məzar olur.21.05.2019. YAZIDA SƏHV ETMƏKNiyə səhv gəzirsən mənim yazımda?Mən ki, bu səhflərlə yolu azmıram.Mən mesaj yazıram sənə hazırda, A canım, yoxlama yazı yazmıram.Barmağım nə zaman düyməyə dəyir, Neyləyim səhv düşür hərflərin yeri.Düşünmə, savadsız deyiləm, xeyir.Mümkünsə sözünü tez götür geri.Bil ki, bir azacıq diqqət yetirsəm, Barmağım muncuq tək düzər sözləri, Belə tənə etmə qəm eylərəm, qəm, Bu qəm də incidər, üzər sözləri.Bu necə baxışdır, necə meyildir? Sənin tənələrin uzaq getməsin.Yazıda səhv etmək xəta deyildir, İnsan insanlıqda kaş səhv etməsin...MƏNİBu gün qəm tökülüb qaşqabağımdan, Sənsizlik az qalıb gicəldə məni.Sanki bir dağ gəlib hicran dağından, Yapışıb yaxamdan incidə məni.Kədər elə tutdu, sevincə acdım, Dilim dinc durmadı kölgəni sancdım, Qəlbimin dərdini gecəyə açdım, Heç saya salmadı gecə də məni.Bilmirəm dünyaya mən necə sığdım, Qəmə güc gəlmədim, qəlbimi sıxdım, Səni tapmaq üçün küçəyə çıxdım, Pərt edib, qaytardı küçə də məni.Ancaq söylədiyim "ahıydı" mənim, Sənsizlik qəlbimə oxuydu mənim,Axı zərrə suçum yoxuydu mənim, Tale sınayırdı, bəlkə də məni.NİYƏ SALIRDINSən ki qənşərimdə lal duracaydın,Hicranı araya niyə salırdın?Eşqə intizardan xal vuracaydın,Ürəyi yaraya niyə salırdın?Baltanla sındırdın kökümdən məni, Gül idim, qopardın ləkimdən məni, Çıxarıb hər cürə ərkimdən məni, Talemi qaraya niyə salırdın? Səni görməmişdim hələ bu donda, Peşman olacaydın bir halda sonda, Mənə bir daxma da verməyib, onda, Həsrəti saraya niyə salırdın?Artıq bir nisgil də baş atıb qəlbdə, İnciyib, gözümə yaş atıb, qəlb də, Sürəyya çox dərdi yaşadıb qəlbdə, Sən dərdi oraya niyə salırdın?.03. 06. 2020.BU ANDAİstədim bir şeir yazam sevginə, Sevgin özü şeir oldu bu anda, Qələmim dil açdı, dedi: - ləngimə, Dünya gözlərimdən güldü bu anda.Dolğun qafiyələr səfə düzüldü, Nazənin qız kimi, nazla büzüldü, Könlümdən bal kimi sözlər süzüldü, Varaqlar üstünə doldu bu anda.Üzünü sarıdı həyanın tülü, İlhamım dedi: - gəl misrama yürü, Sənin ağuşuna çatmaqdan ötrü, Bu da bir fənd, gediş, yoldu bu anda.Sürəyya qələmi nəs qələm deyil,Başqa bir tərəfə etmədi meyil, Səni vəsf eyləyib, yazdığım şeir, Bəlkə də bir imza, qoldu, bu anda.11.06.2020.NİYƏ QAÇIRSAN?Əvvəllər adıma canım deyərdin, İndi yanımdan da saymaz keçirsən.De görüm dərdin nə, özüm də bilim, Sən günəş yanından ayaz keçirsən.Bilmirəm arada nələr baş verir, Heyrətdən qanımı dondurmuşam mən, Elə bil, a canım, isti aş verib, Dilini, ağzını yandırmışam mən.Keçirsən yanımdan dinməz sum kimi, İnsanam, zənn etmə bir parça ətəm, Əzizim, sən mənə olduğun kimi, Daha mən də sənə müxalifətəm.İndi ürəyini kimə açırsan? Hələ tər çiçəyəm soluxmamışamBelə deyildirsə niyə qaçırsan? Mən ki " Karonaya" yoluxmamışam.17.06.2020.YAŞADIBMən dünyanın hər üzünü görmüşəm,Mən dünyanı, dünya məni yaşadıb.Torpağına min qayğımı sərmişəm, Osa məndə yalnız qəmi yaşadıb.Faciə də, fəlakət də üz verib, Söz verənlər sonda çürük qoz verib.Təbiətim güya mənə göz verib, O gözlər də ancaq nəmi, yaşadıb.Bulaq kimi quruyubdur söz təbi, Al, şal küsüb yaranandan bez dəbi, "Balonlarla göyə çıxıb əcnəbi",Mənim əqlim, əqlikəmi yaşadıb.İntizara sürüyübdür, ha, dünya, Məni zaman ya qırıbdır, ya dünya, Məni niyə incidirsən, a dünya,Tanrı səni de, beləmi yaşadıb? Göz yaşını silə- silə Sürəyya, Həmdəm olub, yenə elə Sürəyya, Çox odlara yansa belə Sürəyya, İmanını iman kimi yaşadıb.27. 06. 2020.SƏNDƏN MƏNƏ YAR OLMAZÖzünü çox çəkirsən, Səndən mənə yar olmaz.Eşqə həsrət əkirsən, Səndən mənə yar olmaz.Belə öyən özünü,Bir gün döyər dizini, Yoxsa rəbbin izini, Səndən mənə yar olmaz.Peyman nədir anmadın,Eşq oduna yanmadın,Bu səhflərlə sanmadın?Səndən mənə yar olmaz.Dost dostuna tən olar,Tən olmasa gen olar. Məndən nə desən olar, Səndən mənə yar olmaz.DAHA ŞƏKİL ÇƏKDİRMƏBu sabah şəklini alıb əlimə, Sənə şirin-şirin nəğmə deyirdim.Elə bal gəlirdi sözlər dilimə, Sanki çox sevdiyim əncir yeyirdim.Sən isə susurdun, durub lal kimi, Gördüm sən susursan, mən də səngidim.Bu an səni sandım xəstəhal kimi, Az qaldım həkimə durum, zəng edim.Silindi ağzımdan şirinlik tamam, Qoydum bir tərəfə təbi, ilhamı.Kövrəldim, neyləyim qorxdum ağlayam, Su basa başıma uçura damı.Amandır, hardasan gəl , qoyma yanım, Nə olar, bir az da istiqanlı ol, Daha şəkil - filan çəkdirmə, canım,Daim yanımda ol, həm də canlı ol.11.07.2020.ÖZÜMƏBu gün mənə bir az qəribə baxdın,Gözündə nə vardı köçdü gözümə.Gözümü incitdin, qəlbimə axdın, Bu nə axım idi çökdü gözümə.Bir anda qəlbimin ritmi çoxaldı, Bilmirəm neylədin belim şaxaldı, Anladım bu nədir, şübhəm yox oldu, Sanki sevda mehrin tökdü gözümə.Elə lal sükutum saldı harayı, Tikdi ürəyimdə bir eşq sarayı.Heç nəyi görmədim səndən savayı, Bu necə eynəkdi keçdi gözümə? Sürəyya mövqeyin eyləyib təyin, Korluğun çəkməyək eşqdə heç nəyin., Nə olar elə et, heç vaxt deməyim, Sənin o baxışın yükdü gözümə...GECƏM XEYİRƏ QALIRGecənin yarısı zəng etdin mənə, Az qaldı könlümü zəng dərdə salsın, Edib üzürxahlıq sən dönə-dönə, Söylədin yat, gecən xeyirə qalsın.Özümü ən xoşbəxt sandım bir anlıq, O andan gözümdə gecə ucaldı.Elə gözəlləşdi qara qaranlıq, Elə bil əlimdən qızıl tac aldı.Fəxr etdim, sevincdən qabardı sinə, Görən zəng etməsən necə olardı? Gecəni sən elə sevdirdin mənə, Dedim - kaş çox belə gecə olardı.Dedin o kəlməni elə ürəklə, O kəlmə hələ də könlümü alır.Bir dəfə sən gecən xeyirə deməklə, O vaxtdan hər gecəm xeyirə qalır. Zim.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.