Əziz Şərif

Əziz Şərif Əziz Şərif (Əziz Qurbanəli oğlu Şərifzadə) - (d.28 mart, 1895, Naxçıvan–v.e.1 iyun, 1988, Moskva) — tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1936-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1958), professor (1962), Azərbaycanın Əməkdar elm xadimi (1963).


Əziz Şərif 1895-ci il martın 28-də Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. 1915-ci ildə orta təhsilini Tiflisdə almış, sonra işləmişdir.

"Molla Nəsrəddin" jurnalı redaksiyasında işlədiyi ilk gənclik illəri Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid və Əliqulu Qəmküsarla yaxın dostluq əlaqələri onu ömürlük ədəbi fəaliyyətə bağlamışdır. Moskva Kommersiya İnstitutunda təhsilini davam etdirdiyi dövrdə (1915-1917) rus ədəbi mühiti ilə tanış olmuşdur. Tiflisdə mətbuat və nəşriyyat sahəsində çalışmışdır (1920-1930). Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində məsləhətçi olmuşdur (1925-1935). Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun tənqid bölməsini bitirmişdir (1943). Sonra SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda və Dünya Ədəbiyyatı İnstitutunda baş elmi işçi olmuşdur (1950-1961). M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsində SSRİ xalqları ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır (1961-1988).

Ədəbi fəaliyyətə 1906-cı ildən "Molla Nəsrəddin" jurnalında dərc olunan "Naxçıvandan məktublar"ı ilə başlamışdır. Bundan sonra tənqid və ədəbiyyatşünaslıq və bədii tərcümə sahəsində səmərəli fəaliyyət göstərmiş, Maksim Qorkinin "Ana", "Düşmənlər", Aleksandr Fadeyevin "Tarmar" əsərini rus dilindən, E.Ninoşvili və N.Mijsişvilinin əsərlərini gürcü dilindən çevirmiş və çap etdirmişdir.

Azərbaycan bədii ədəbiyyatından ruscaya çoxlu tərcümələr etmiş, onlara ön söz, müqəddimə, şərhlər yazmışdır. İki medalla təltif olunmuşdur.

Əziz Şərif 1988-ci il iyunun 1-də Moskvada 94 yaşında vəfat etmiş, Naxçıvan şəhərində dəfn olunmuşdur.
Allah rəhmət eləsin!..

Diplomatik fəaliyyəti

Naxçıvan tarixinin ən keşməkeşli dövrlərindən biri hesab edilən 1920-1924-cü illərdə isə bir müddət Naxçıvan SSR-in İran və Türkiyə kimi xarici dövlətlərlə yanaşı, artıq sovet hakimiyyətinin qurulduğu Qafqaz respublikalarında da nümayəndəlikləri fəaliyyət göstərmişdir. Səid Sadıqov “Naxçıvan Muxtar Respublikası tarixindən” kitabında yazır ki, XX əsrin 20-ci illərində Naxçıvanın Bakı, Tiflis və İrəvan şəhərlərində də nümayəndəlikləri yaradılmışdır. 1922-ci ilin yanvar ayında Naxçıvan SSR-in Gürcüstanda nümayəndəsi təyin edilən şəxs isə tənqidçi, ədəbiyyatşünas, tərcüməçi kimi tanıdığımız Əziz Şərif olmuşdur. Görünür XX əsrin 20-30-cu illərində Tiflisdə mətbuat və nəşriyyat sahəsində çalışan Əziz Şərifin Gürcüstan mühitinə yaxşı bələd olması, Tiflisdə müxtəlif ziyalılarla əlaqələrinin genişliyi, fransız, rus, fars dillərini mükəmməl bilməsi məhz ona Naxçıvan SSR-i təmsil etmək səlahiyyətinin həvalə edilməsinin əsas səbəbləri olmuşdur.

Əsərləri

1.Sabir bu gün. Bakı: Uşaqgəncnəşr, 1942, 23 səh.
2.Molla Nəsrəddin (C.Məmmədquluzadə). Bakı: Azərnəşr, 1946, 56 səh.
3.Рождение Молла Насреддина. Баку: Гянджлик, 1968, 360 стр.
4.Вагиф – певец любви и красоты. М.: Советский писатель, 1968, 48 стр.
5.Литературы народов СССР. М.: Советский писатель, 197. , 43 стр.
6.Keçmiş günlərdən. Bakı: Azərnəşr, 1977, 301 səh.
7.Литература народов Закавказя. М.: Советский писатель, 1981, 65 стр.
8.Keçmiş günlərdən, Atam və mən. Bakı: Yazıçı, 198. 613 səh.
9.Molla Nəsrəddin necə yarandı? Bakı: Yazıçı, 1986, 38 səh.

Mənbə
Ziyalı ömrü - Əziz Şərif Televiziya filmi (Naxçıvan televiziyası)
Kəlbizadə E., Hacıyev İ. Naxçıvanlı diplomatlar. Naxçıvan:Əcəmi, 2017, 128 s.

Xarici keçidlər

Əziz Şərifin bioqrafiyası


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-da “Molla Nəsrəddin” jurnalının 110 illiyi qeyd edilib

AMEA-da “Molla Nəsrəddin” jurnalının 110 illiyi qeyd edilib

"Zirvə"
RUHUN ŞAD OLSUN, VİLAYƏT RÜSTƏMZADƏ!..

RUHUN ŞAD OLSUN, VİLAYƏT RÜSTƏMZADƏ!..

UNUTSAQ, UNUDULARIQ!...., Elanlar

"Poçt qutusu" gürcü dilində

Elm, "Zirvə", Ədəbi əlaqələr, Tiflis
Tbilisidə Fəxri Xiyabanda –

Tbilisidə Fəxri Xiyabanda – "Panteoni"də dəfn olunan soydaşımız...

---
Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Tbilisidə Fəxri Xiyabanda –

Tbilisidə Fəxri Xiyabanda – "Panteoni"də dəfn olunan soydaşımız...

Bolus, Hüquq, UNUTSAQ, UNUDULARIQ!....
Allah rəhmət eləsin, NAZİM SULTANZADƏ!..

Allah rəhmət eləsin, NAZİM SULTANZADƏ!..

"Şərqin səsi", Nekroloqlar
TƏBRİK EDİRİK!.. HƏSƏN ƏZİZ oğlu HƏSƏOV -75

TƏBRİK EDİRİK!.. HƏSƏN ƏZİZ oğlu HƏSƏOV -75

"XXI əsrin Ziyalıları", Tiflis, Dünya, Diaspora
Azərbaycan KP MK Rəyasət Heyətinin ilk sədri sədri - Mirzə Davud Bağır oğlu ...

Azərbaycan KP MK Rəyasət Heyətinin ilk sədri sədri - Mirzə Davud Bağır oğlu ...

Tarix, UNUTSAQ, UNUDULARIQ!....
Fədakarlıq və axtarış

Fədakarlıq və axtarış

Elm, "Zirvə"
Murtuz Novruz oğlu Məmmədov (1943-1988)

Murtuz Novruz oğlu Məmmədov (1943-1988)

Gəncə, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Ümummilli lider

Ümummilli lider

Prezident

"Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri" kitabının təqdimatı olub

Naxçıvan
ABBAS HACIYEV - 90

ABBAS HACIYEV - 90

ADPU, Borçalı, UNUTSAQ, UNUDULARIQ!...., Müşfiq Borçalı
BÖYÜK ƏDİBİN RƏSSAM DOSTLARI

BÖYÜK ƏDİBİN RƏSSAM DOSTLARI

Tiflis, Tarix
Həsən Həsənov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub

Həsən Həsənov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub

Əsas xəbər, "XXI əsrin Ziyalıları", Tiflis, Dünya, Diaspora
Xalq Şairi Söhrab Tahir vəfat edib...

Xalq Şairi Söhrab Tahir vəfat edib...

Nekroloqlar, Cənubi Azərbaycan
“Molla Nəsrəddin”i sevək və sevdirək

“Molla Nəsrəddin”i sevək və sevdirək

Köşə yazılar
Tiflisdə

Tiflisdə "KÖRÜK" dərgisinin 2-ci sayı işıqüzü görüb

MEDİA, Tiflis, Qarayazı
RAMİZ AYVAZ OĞLU HƏSƏNOV

RAMİZ AYVAZ OĞLU HƏSƏNOV

"XXI əsrin Ziyalıları", Borçalı
Rəy yazın: