Erməni tarixçilərinin saxtakarlıq ənənəsi bu gün də öz “məharətli” davamçıları tərəfindən “ustalıqla” yaşadılır Naxçıvan, Tarix 14 февраля 2017 “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər xüsusən XIX əsrin əvvəllərindən başlayaraq uydurma kitablar yazıb, xəritələr tərtib edib. Saxtakar erməni tarixçiləri bu cür uydurulmuş yazılarını da düşünülmüş bir siyasətlə Rusiya, Amerika və Avropa ölkələrində dərc etdiriblər. Zaman-zaman da bu yazılara istinadən yerli əhaliyə qarşı vandalizm, talanlar, soyqırımlar törədiblər, yerli müslman-türk əhalisini öz torpaqlardan zorla qovublar. Erməni tarixçilərinin saxtakarlıq ənənəsi bu gün də öz “məharətli” davamçıları tərəfindən “ustalıqla” yaşadılır.Ermənilər tərəfindən rus və erməni dillərində yaradılan saytlarda Azərbaycana, onun ayrılmaz parçası Naxçıvana qarşı təxtibatlar aparılır. Naxçıvan, onun ərazisi Ermənistan ərazisi kimi göstərilir. Tərtib etdikləri xərtələrdə bölgə adlarının dəyişik və fərqli adlarla, bəzən də erməni mənşəli adlarla verilir. Videolar paylaşılır. Təbii ki, videolarda da saxtakar erməni nümayəndələrinin müxtəlif ölkələrdə çəknmədən, utanmazcasına verdikləri yalan məlumatlar əsasında çəkilən aldatıcı kadrlar ictimaiyyətə təqdim olunur. Son aylar erməni təxribatı yenidən “canlanıb”. Belə ki, erməni saytlarında Naxçıvanı Ermənistan ərazisi kimi göstərilir. Azərbaycanla bağlı həqiqətdən uzaq yalnış yalan məlumatlar verilir. Bu cür saxtakarlıqları ilə kimisə inandıra biləcəklərini sanaraq “məlumat” çoxluqları yaradaraq siyasi maraqlarını həyata keçirməyə can atırlar.Məsələ ilə bağlı AMEA Naxçıvan Bölməsinin əməkdaşları da fəallıq göstərir, ermənilərin insanlıqdan uzaq çirkin əməllərini istər elmi məqalələrində, istər nəşr etdikləri kitablarda, istərsə də internet məkanında ifşa edib, öz münasibətlərini bildiriblər. Bizdə mövzunun aktulalığını nəzərə alaraq AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçi Elnur Kəlbizadə ilə görüşüb, həmsöhbət olduq. Ermənilərin bu tipli “tarix yaratmaq” cəhdləri, bu gün və ya dünən başlayan proseslər deyildir, -deyə söhbətə başlayan gənc tarixçi qeyd etdi ki, hələ sovetlər dönəmində-xalqların və millətlərin qardaşlığının təbliğatından ermənilər bu əraziləri özününküləşdirmək üçün istifadə etmişlər. Son aylarda isə ermənilərin daha da fəallaşması, dünyaya haray çəkməsi isə əsasən Ermənistandakı hərbi xunta rejiminin sifarişləri ilə bağlıdır.Bir tarixçi olaraq bu cür təxribatlara cavab verilib-verilmədiyi barədə sualımızı gənc tarixçi bu cür cavablandırdı: “Biz hələ ötən il ermənilərin belə sərsəm iddialarını əks etdirən yazıları cavablandırmışdıq. FMG-NEWS saytında ermənilərin təqdim etdikləri yazıdakı informasiyaların saxtalığını mənbələr və faktlarla göstərmişdik. Yazı rus və azərbaycan dillərində bir neçə internet resurslarında dərc edildi, eləcə də FMG-NEWS saytına göndərildi. Ermənilərin bizə cavab məktubları da heç bir tutarlı fakta söykənmədi. Ümumiyyətlə, bu tipli yazıların iki qaynağı var. Ya şovunizm xəstəliyinə tutulmuş xəstə təfəkkürlü diletantlar tərəfindən yazılır, ya da siyasi sifarişlə. Bu cür olduqda qarşı tərəfi inandırmaq mümkündürmü? Xeyr. İnandırmağa çalışmaq lazımdırmı? Xeyr. Belə olan halda sual ortaya çıxır, nə etmək lazımdır?Biz - AMEA Naxçıvan Bölməsində çalışanlar yazdığımız məqalələri təkcə cavab olaraq deyil, tutarlı elmi faktlara söykənən sanballı məlumat məqalələri kimi dərc etdirməyə çalışmalıyıq.Fəaliyyəti dövründə AMEA Naxçıvan Bölməsində Naxçıvanın tarixi tədqiq olunub, kitablar nəşr edilib və bu istiqamətdə iş davam etdirilir. AMEA Naxçıvan Bölməsinin sədri, Əməkdar elm xadimi, akademik İsmayıl Hacıyevin ötən il Moskvada, “ИПЦ «МАСКА”» nəşriyyatında rus dilində nəşr edilmiş “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri” monoqrafiyası erməni diletantlarının təxribatlarına ən ciddi cavabladan biri hesab edilə bilər. Kitabda ermənilərin Azərbaycan xalqına qarşı mərhələlərlə törədikləri soyqırım və deportasiya siyasətini ifşa edən sənədlər, Azərbaycan torpaqlarına qarşı əsassız ərazi iddiaları, bu torpaqlar uğrunda gedən mübarizə və onların nəticələri, məkirli siyasət və bu siyasətin həyata keçirilməsində ermənilərin oynadıqları mənfi rol göstərilib. Bizim institutun əməkdaşı tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin ötən ilin sonrlarında “İngiltərənin geosiyasi maraqlarında “erməni məsələləri”nin yeri və Azərbaycana təsiri (1917-1920)” nəşr edilən yeni kitabında da Böyük Britaniyanın arxiv sənədləri əsasında erməni vəhşilikləri ifşa edilir.Biz ötən ilin sonunda Naxçıvanın XII əsrdən-XVIII əsrə qədərki dövrdə tarixi-coğrafiyasına dair monoqrafiyanı nəşr etdirdik. Bu tədqiqatlarımızın xarici dillərə çevrilməsi (xüsusən rus və ingilis dillərinə) və nəşri qarşımızda duran məsələlərdən biridir. Eləcə də bu günlərdə oxuculara təqdim edəcəyimiz AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevlə birgə yazdığımız “Naxçıvanlı diplomatlar” kitabında da XX əsrin əvvəllərindəNaxçıvanlı diplomatların, siyasi və ictimai xadimlərin Naxçıvanı erməni təcavüzündən qorumaq üçün fəaliyyətlərini əks etdirmişik. Kitabda mətnlərin Azərbaycan dili ilə yanaşı rus dilində də təqdim edilməsinə nail ola bildik. Hal-hazırda yenə də akademik İsmayıl Hacıyevin rəhbərliyi altında birgə hazırladığımız daha bir kitab ermənilərin yazdıqlarının yalan olduğunu tarixi mənbələrin dili ilə sübut edən nəşrlərdən olacaqdır”.Müsahibimizdən bir internet istifadəçisi kimi ölkəmiz haqqında tam həqiqətlərdən uzaq olan yalan məlumatların yayıldığı saytlarda mövzu ilə bağlı nə kimi işlər gördüklərini də soruşduq. O, dedi: “Əvvəllər Naxçıvan həqiqətlərini dünyaya, daha geniş ictimaiyyətə çatdırmaq üçün hətta sosial şəbəkələrdə belə yetərli resurslar yox idi. Bu gün çox yaxşıdır ki, Naxçıvanın tarixi, mədəniyyətini əks etdirən çoxsaylı resurslar meydana çıxıb. Eləcə də hələ sosial şəbəkələrdə 2011-2012-ci illərdə yaradılan sosial qruplar və səhifələr ciddi izləyici toplayıb və yeni səhifələr yaradılıb, daha da inkişaf etdirilib. İnternet təbliğat üçün sonsuz imkanları olan bir məkandır. Konkret olaraq bizə gəldikdə isə bu gün biz maksimum şəkildə müxtəlif qəzetlərdə, jurnallarda mütəmadi olaraq müxtəlif dillərdə məqalələr təqdim etməyə çalışırıq. Mühüm istiqamətlərdən biri “Vikipediya”dır. Bilirsiniz ki, bu açıq redaktə imkanları olan ensklopedik resursdur və dünyada ən çox informasiya alınan mənbələrdən biridir. O resurslarda da Naxçıvanla bağlı müxtəlif dillərdə, müxtəlif məqalələr var. Təəssüf ki, biz bu məqalələrin yerləşdirilməsi və redaktəsində nisbətən geridə qalırıq. Erməni diletantları bir çox hallarda hətta maaliyyə resurslarından istifadə etməklə bu səhifələri özlərinin uydurduqları yalanlarla doldururlar. Xüsusən, ingilis və rus dillərində olan məqalələri. Lakin bizim alimlərimizin tədqiqatları burada çox az yer verilir. Təbii ki, alimlər, elmi işçilər həm tədqiqat aparıb, həm də bunun təbliği ilə eyni vaxtda aktiv şəkildə məşğul ola bilmirlər. Lakin gənclər üçün bunu etmək elə də çətin deyil. Sadəcə olaraq müvafiq məqalələri tapmaq, onlara uyğun yazılan elmi ədəbiyyatları əldə etmək, vikipediya məqalələrində müvafiq düzəlişlər aparmaq lazımdır. Biz bu istiqamətdə artıq bir sıra məqalələrə gücümüz çatdığı qədər düzəlişlər etmişik və bu istiqamətdə işləri davam etdirməkdəyik. Lakin unutmamaq lazımdır ki, bu düzəlişləri edərkən də məsələnin ciddiyətinin fərqinə varmaq və ciddi infomasiyalar vermək lazımdır. Vikipedia idarəçilərinin məqsədi də məhz budur”.Tarixi mənbələr sübut edir ki, nə qədim dövrlərdə, nə də orta əsrlərdə Naxçıvan ərazisində ümumiyyətlə, erməni adlı bir xalq yaşamayıb. Yazımızı bir tarixçinin sözləri ilə bitirmək istəyirəm. O, deyir ki, “Dünyada yəqin ki, elə bir xalq tapmaq olmaz ki, onun tarixi erməni tarixi qədər saxtalaşdırılmış, yad xalqların tarixi üzərindəm qurulmuş olsun. Həmin tarix təcavüzkarlığın ideoloji mənbəyidir və nə qədər ki, həmin tarix yenidən yazılmayıb erməni təcavüzkarlığı da aradan qalxmayacaqdır.”Türkanə Bəylərli,AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsinin əməkdaşıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.