“Azərbaycan Respublikasının timsalında müasir demokratik dövlətin parlament ölçüsü” adlı seminar keçirilib Milli Məclis, AzTU 6 июня 2017 Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyanın (PAA) Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (DİMBİ) Bakı filialı 2017-ci il iyunun 6-da Azərbaycan Texniki Universitetində (AzTU) “Azərbaycan Respublikasının timsalında müasir demokratik dövlətin parlament ölçüsü” adlı seminar keçirib. Seminarda ali təhsil müəssisələrinin professor – müəllim heyəti, MDB PAA DİMBİ Bakı filialının əməkdaşları, ictimaiyyət xadimləri, mətbuat və QHT nümayəndələri iştirak ediblər. MDB PAA DİMBİ Bakı filialının Mətbuat xidmətindən ZiM.Az-a bildiriblər ki, tədbiri giriş sözü ilə AzTU-nun "İctimai fənlər" kafedrasının müdiri, tarix elmləri doktoru, professor Şikar Qasımov açıb.O, tədbirin aktual mövzuya həsr olunduğunu və bu sahədə əldə edilən nailiyyətlər, dövlətimizin uğurlarını qeyd edib. Sonra MDB PAA DİMBİ Bakı filialının Direktoru Elman İmaməliyev tədbirin mövzusuna dair rəhbərlik etdiyi filialın apardığı elmi-araşdırma işi və onun nəticələri barədə seminar iştirakçılarına məlumat verib. Daha sonra tanınmış politoloq professor Qabil Hüseynli, AzTU-nun kafedra müdirləri - professor Sübhan Namazov, dosent Həbib Mirzəyev, MDB PAA DİMBİ Bakı filialının Direktor müavini Teymur Muradov, filialın müşaviri Nərmin Mahmudova və başqaları bu və digər mövzularda çıxışlar ediblər. Seminarda həmçinin dinləyicilərə filialın apardığı eyniadlı elmi-araşdırma işinin yekunlarını əks etdirən əyani vəsaitlər təqdim edilib.Tədbir, iştirakçıların sualları əsasında davam edən diskussiyalardan sonra yekunlaşıb.Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.