UTECA-da "Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində görüş keçirilib

UTECA-da "Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində görüş keçirilib Azərbaycan Texnologiya Universitetində (UTECA)
Asiya İnkişaf Bankının maliyyələşdirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində növbəti görüş baş tutub.


Görüşdə UTECA-nın rektor əvəzi Yaşar Ömərov, Asiya İnkişaf Bankından layihənin rəhbəri Səbinə Cəfərova, almaniyalı ekspert, Steinbeis şikətinin direktoru Jürgen Raizner, layihələrin idarə olunması ofisinin əməkdaşı Afaq Cavadova, yerli ekspert Turan Süleymanov və layihənin UTECA üzrə koordinatoru Seymur Sadıxov iştirak edib.

Yaşar Ömərov qonaqlara universitetdə biznes, startap, inkubasiya və innovasiya məsələri ilə bağlı mövcud vəziyyət barədə məlumat verib. Bildirib ki, Azərbaycan Texnologiya Universiteti sözügedən layihənin icrasında maraqlıdır və bu əməkdaşlıq xüsusilə də bölgə tələbələrinin startap potensialının üzə çıxarılması baxımından münbit şərait yaradacaq.

Səbinə Cəfərova Asiya İnkişaf Bankının fəaliyyəti, regionlarda innovasiya və startap ekosisteminin yaradılması və inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Həmçinin adıçəkilən fəaliyyətlərdə müxtəlif dövlət qurumlarının, şirkətlərin və universitetlərin səylərinin birləşdirilməsinin vacibliyini vurğulayıb.

Almaniyadan olan ekspert Jürgen Raizner isə Avropada bu təcrübənin mahiyyətindən, startap, sənaye və universitet əməkdaşlığının əhəmiyyətindən bəhs edib: "Layihə çərçivəsində təhsilalanların startaplar haqqında məlumatlılıq səviyyəsi öyrəniləcək, startapların idarə olunması ilə bağlı təlimlər veriləcək, universitet strategiyasının innovasiyalar və startaplar baxımından təhlili imkanı yaranacaq, informasiya transferi təmin olunacaq və ən nəhayət universitetin startaplarla bağlı yerli və beynəlxalq əlaqələri genişlənəcək".

Sonda Avropa təcrübəsinin Texnologiya Universitetində yerli şəraitə uyğunlaşdırılmış formada tətbiqilə bağlı strateji planın hazırlanmasına dair detallar müzakirə edilib.

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:

"Şəxsi inkişaf məktəbi" adlı layihənin keçirilmə prosesi müzakirə edilmiş ...

AzTU
UTECA-da “Open Science platformasının təbliği” layihəsi çərçivəsində semina ...

UTECA-da “Open Science platformasının təbliği” layihəsi çərçivəsində semina ...

Gəncə
UTECA Cənubi Koreya ilə əməkdaşlığı genişləndirir

UTECA Cənubi Koreya ilə əməkdaşlığı genişləndirir

Gəncə, Digər ali məktəblər
UniClaD layihəsi çərçivəsində növbəti işçi görüş keçirilib

UniClaD layihəsi çərçivəsində növbəti işçi görüş keçirilib

AzTU
“Gələcək üçün bacarıqlar” layihəsinin təqdimat mərasimi keçirilib

“Gələcək üçün bacarıqlar” layihəsinin təqdimat mərasimi keçirilib

AzTU
“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “Mentorun 72 saatı” adlı “B ...

“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “Mentorun 72 saatı” adlı “B ...

AzTU
Türkiyənin sənaye və texnologiya naziri AzTU-da görülən işlərlə tanış olub

Türkiyənin sənaye və texnologiya naziri AzTU-da görülən işlərlə tanış olub

AzTU, Turan
Azərbaycan Texniki Universiteti ilə Azərbaycan Texnologiya Universiteti ara ...

Azərbaycan Texniki Universiteti ilə Azərbaycan Texnologiya Universiteti ara ...

Əsas xəbər, Gəncə, AzTU
“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “Mentorun 48 saatı” adlı “B ...

“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “Mentorun 48 saatı” adlı “B ...

Nazirlik, AzTU
Azərbaycan Texnologiya Universitetində doktorant və dissertantlarla görüş k ...

Azərbaycan Texnologiya Universitetində doktorant və dissertantlarla görüş k ...

Gəncə
“Nokia” AzTU-da laboratoriya açacaq

“Nokia” AzTU-da laboratoriya açacaq

AzTU
Elmi nəşrlərlə bağlı görüş keçirilib

Elmi nəşrlərlə bağlı görüş keçirilib

Yeni nəşrlər, Nazirlik, AzTU
Avropa ekspertləri AzTU-nun rektoru ilə görüşüblər

Avropa ekspertləri AzTU-nun rektoru ilə görüşüblər

AzTU
Azərbaycan Texnologiya Universitetində USAİD-in nümayəndə heyəti ilə görüş  ...

Azərbaycan Texnologiya Universitetində USAİD-in nümayəndə heyəti ilə görüş ...

Gəncə, Digər ali məktəblər
Azərbaycan Texnologiya Universitetində məzunlara diplomların təqdimetmə mər ...

Azərbaycan Texnologiya Universitetində məzunlara diplomların təqdimetmə mər ...

Gəncə
Azərbaycan Texnologiya Universitetinə təyin edilmiş yeni rektor əvəzi kolle ...

Azərbaycan Texnologiya Universitetinə təyin edilmiş yeni rektor əvəzi kolle ...

Gəncə, Nazirlik, Darvaz
İdeyadan biznesə - AzTU tələbələri startap yarışlarının qalibidir

İdeyadan biznesə - AzTU tələbələri startap yarışlarının qalibidir

AzTU
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi UTECA-da anım tədbiri keçir ...

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi UTECA-da anım tədbiri keçir ...

ŞƏHİDLƏRİMİZ, Gəncə
AMEA Yüksək Texnologiyalar Parkı Bakı Mühəndislik Universiteti ilə əməkdaşl ...

AMEA Yüksək Texnologiyalar Parkı Bakı Mühəndislik Universiteti ilə əməkdaşl ...

Digər bölmələr, BMU
AzTU ilə “Bank Respublika” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU ilə “Bank Respublika” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU
Rəy yazın: