“Xocalı soyqırımı tarixin qan yaddaşıdır” adlı rəsm sərgisi keçirilib Bakı, Mədəniyyət, Tv, UNUTSAQ, UNUDULARIQ!.... 24 февраля 2019 2019-cu il fevralın 23-də Bakı şəhərindəki 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Pirallahı bölməsində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş"Xocalı soyqırımı tarixin qan yaddaşıdır" adlı rəsm sərgisi keçirilmişdir. ZiM.Az xəbər verir ki, sərgidə dərnək üzvlərinin 100-dən çox rəsmi nümayiş etdirilmiş, Məktəb teatrı dərnəyinin üzvləri Xocalı faciəsi haqqında şeirlər söyləmişlər.Rəsmlərdə, eləcə də, şeirlərdə erməni vəhşiliyi nəticəsində həlak olan, valideynlərini və ailə üzvlərini itirən uşaqların acı həyat hekayələri sərgi iştirakçılarının diqqətinə çatdırılmışdır. Bakı şəhəri 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gülarə xanım Quluzadə çıxış edərək qonaqlara Xocalı soyqırımı haqqında məlumat vermişdir. O, Xocalı faciəsinin ağır nəticələrindən danışımışdır. Bildirmişdir ki, dərnək üzvləri olan uşaqlar 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda törətdikləri qırğınlar barədə geniş məlumatlıdırlar. Sərginin məqsədi də bu soyqırımının insanlara, o cümlədən uşaqlara yaşatdığı acıları dərnək üzvlərinin təsviri sənət əsərləri vasitəsilə əks etdirmələridir.Sərgidə iştirak edən Pirallahı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev, Pirallahı rayon Polis İdarəsinin rəisi Cümşüd İsmayılov, Pirallahı rayon Prokuroru İbrahim Ləmbəranski, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, Xocalıdan olan Xatirə Mehrəliyeva və başqaları sərgini yüksək qiymətləndiriblər.Sərgidə Xocalı ailələri, rayon ictimaiyyəti, məktəblilər,KİV və QHT nümayəndələri də iştirak etmişlər.AZƏRTAC həmin tədbirdən xüsusi reportaj hazırlayıb yaymışdır. Həmin reportajı biz də ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.MƏHBUBƏ MƏMMƏDOVA,ZiM.Az-ın xüsusi müxbiriMy Webpage. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.