Xəzər rayonunun inkişafında bələdiyyələrin də öz payı vardır

 Xəzər rayonunun inkişafında bələdiyyələrin də öz payı vardır Ötən müddət ərzində bələdiyyələr öz fəaliyyəti ilə yerli özünüidarəetmə orqanı kimi, bu qurumun cəmiyyətdə əhəmiyyətli rol oynadığını təsdiq etmişdir.

Biz, bələdiyyə işçilərindən öz işimizi elə təşkil etmək tələb olunur ki, öz fəaliyyətində yerli özünüidarəetmə orqanlarının varlığı və zəruriliyi hiss edilsin.


Hamıya məlumdur ki, bələdiyyə institutu bizim üçün bir yenilikdir. Bu institut cəmiyyətimizə 17 il bundan əvvəl daxil olub. Bələdiyyələrin fəaliyyəti genişləndikcə və bu fəaliyyətlə bağlı təcrübə toplandıqca, yerli özünüidarənin təşkili ilə bağlı müəyyən münasibətlərin daha səmərəli və konkret tənzimlənməsi, aşkara çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması kimi zərurətlər yaranır. Məhz buna görə də vaxtaşırı qanunvericilik aktlarına dəyişikliklər edilir. Bu dəyişikliklər bələdiyyələrin fəaliyyəti baxımından çox əhəmiyyətlidir.

Ölkə Prezidenti cənab İlham Əliyevin dövlətin idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin kökündə bələdiyyələrin inkişaf etdirilməsi məsələləri də dayanır.

Bu gün respublikamızın hər hansı rayonuna nəzər salsaq görərik ki, sürətlə abadlıq, quruculuq, yenidənqurma işləri aparılır, sosial problemlər həll olunur.

Bakının böyük rayonlarından biri olan Xəzər rayonu da bu gün respublikamızda gedən quruculuq işlərinin önündə gedir.

Xəzər RİHB-sı Gülağa İslamovun rəhbərliyi ilə rayonun iqtisadiyyatını yüksəltmək, əhalinin sosial-mədəni inkişafını təmin etmək, sosial rifahını yaxşılaşdırmaq üçün ardıcıl təşkilatlıq tədbirləri həyata keçirilir.

Bu inkişafda Xəzər rayon bələdiyyələrinin də iştirakı, payı vardır. Rayonun günü-gündən abadlaşdırılmasında, müxtəlif tədbirlərin həyata keçirilməsində, əhalinin sosial qayğıya ehtiyacı olan təbəqəsini hər zaman diqqət mərkəzində saxlayan Xəzər rayon bələdiyyələrinin də rolu vardır.

Çalışırıq ki, bələdiyyə işçilərinin sayını artırmaqla, həmkarlar ittifaqı üzvlərinin də sayının artırılmasına nail olaq.

Bizim məqsəd və vəzifəmiz ABİHİ-qı Respublika Komitəsinin təşkilatçılığı və köməkliyi ilə bələdiyyələrdə çalışan işçilərin sosial-əmək hüquqlarının, sağlamlıqlarının müdafiəsinə, istirahətlərinin təşkilinə nail olmaqdır.

Həmkarlar İttifaqı üzvləri rayon Komitəsinə müraciət edərkən onların istək və arzularını maksimum yerinə yetirməyə çalışmışam. Onların işləmələri və sağlamlığı əsas amil olduğu kimi, istirahətləri də vacibdir. Müraciət edənlər əsasən, sanatoriya və kurortlarda müalicə olunmaq, həmçinin dincəlmək üçün istirahət mərkəzlərinə yollayışla təmin olunmaq arzusunda olublar.

5 ili əhatə edən dövrdə komitəyə maddi vəziyyəti çətin olan 14 həmkarlar üzvü ərizə ilə müraciət etmiş, ərizələri araşdırılmış, komitə iclasında baxılmışdır. Ehtiyacı olan üzvlərə Respublika Komitəsi tərəfindən maddi yardımlar, müalicə və istirahət mərkəzlərinə yollayışlar verilmişdir.

Bildiyiniz kimi, bələdiyyə orqanlarına seçilmiş üzvlərin 36/4 %-ni gənclər təşkil edir. Gənc nəslin inkişafına və həyat tərzinə dair məsələlər daim diqqət mərkəzində saxlanılır. Həmçinin əmək fəaliyyətinə yeni başlayan gənclərin mənafelərinin önə çəkilməsi, onların hüquqlarının və sağlamlıqlarının qorunması, cəmiyyətdə fəal iştiraka hazır olan şəxslər kimi formalaşmaları istiqamətində də işlər görülür.

Eyni zamanda İttifaqın tövsiyələri ilə yeniyetmə və gənclər arasında da iş aparılıb. Məktəblərdə 20 Yanvar, Xocalı faciələri ilə əlaqədar şagirdlər arasında rəsm müsabiqələri keçirilib. Ümummilli Liderimiz Heydər Əliyevin anadan olması münasibətilə Mərdəkan qəsəbəsindəki 123 və 181 nömrəli tam orta məktəblərdə inşa yazı müsabiqəsi keçirilib. Qaliblər Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılmışlar.

Ümumiyyətlə, bütün qəsəbə bələdiyyələri futbol üzrə rayon turnirlərində aktivlik göstərmişlər.Futbolçuları idman geyimləri ilə təmin etmişlər.Yay aylarında çimərlik voleybolunda istər oğlanlar, istərsə də qızlar arasında yarışlarda da fəal iştirak edilib, qalib idmançılar bələdiyyələr tərəfindən kubok və hədiyyələrlə mükafatlandırılıb.

Yeniyetmələri zərərli vərdişlərdən uzaqlaşdırmaq məqsədilə, tədbirlər keçirilmişdir. ”Narkomaniyaya yox deyək!” devizi altında qəsəbə məktəblərində silsilə tədbirlər keçirilimiş, şagirdlərə bukletlər paylanmışdır.

Gənclər arasında aparılan işlər üzrə nominasiyada Mərdəkan bələdiyyəsi ABİHİ tərəfindən Fəxri Fərmanla mükafalandırılmışdır.

İstedadlı uşaq və yeniyetmələrin üzə çıxarılması, onların bədii özfəaliyyət qruplarına cəlb olunması istiqamətində işlər aparılıb.İmkansız ailənin iki övladı rəqs qrupuna qəbul olunmuşdur.

Həmkarlar üzvlərinin maariflənməsi ilə əlaqədar, hər il bir neçə bələdiyyə qulluqçusu ABİHİ-nin təşkil etdiyi kurslarda iştrak etmişlər.

Çalışırıq ki,
hər bir işçi üçün sağlam və təhlükəsiz iş şəraiti yaradılsın.İşçilər arasında əməyin mühafizəsi üzrə biliklərin artırılması ilə bağlı maarifləndirici söhbətlər aparılıb.

Qeyd etmək istəyirəm ki, rayon Komitəsinə həmkarlar üzvlərinin hüquqlarının pozulması ilə bağlı bu günə kimi heç bir müraciət daxil olmamışdır.

Həmkarlar üzvlərinin əmək, sosial hüquqlarının qorunması, istirahətlərinin təşkili sahəsindəki işimizi bundan sonra da məsuliyyətlə yerinə yetirməyə çalışacağıq.

Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rolu və xidməti çox əhəmiyyətlidir. Bələdiyyə işçilərinin hüquqlarının qorunması, onların istirahətlərinin təmin olunması, həmkarlar ittifaqı üzvlərinin əməyinin qiymətləndirilməsi və s. sahələrdə həmkarlar ittifaqı çox iş görmüşdür. Komitənin rəhbərliyi respublika bələdiyyələrində fəaliyyət göstərən hər bir üzv ilə sıx əlaqədədir.


Jalə Əhmədova
Xəzər rayon Mərdəkan bələdiyyəsinin sədr müavini

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Müşfiq Əmirov Respublika Nəqliyyat, Rabitə və Yuksək Texnologiya İşçiləri H ...

Müşfiq Əmirov Respublika Nəqliyyat, Rabitə və Yuksək Texnologiya İşçiləri H ...

Təbriklər, QHT
AzTU Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

AzTU Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

AzTU
AHİK ilə ATİAHİ-nin hüquq şöbəsinin aparıcı mütəxəssisləri AzTU-da tələbə v ...

AHİK ilə ATİAHİ-nin hüquq şöbəsinin aparıcı mütəxəssisləri AzTU-da tələbə v ...

AzTU
«28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü»

«28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü»

Elm, Sosial
AzTU-nun təhsildə və elmdə fərqlənən gənc müəllim və tələbələri Azərbaycan  ...

AzTU-nun təhsildə və elmdə fərqlənən gənc müəllim və tələbələri Azərbaycan ...

AzTU
SOCAR neftçilərin mədəni və sağlam istirahətlərinin təşkilini daim diqqət m ...

SOCAR neftçilərin mədəni və sağlam istirahətlərinin təşkilini daim diqqət m ...

Sosial
Tələbələrin asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzindədir

Tələbələrin asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzindədir

AzTU
Azərbaycanda bələdiyyə ləğv edilir

Azərbaycanda bələdiyyə ləğv edilir

Milli Məclis, Naxçıvan
Təhsildə fərqlənən tələbələr adlı təqaüdə layiq görülüb

Təhsildə fərqlənən tələbələr adlı təqaüdə layiq görülüb

AzTU
AMEA-nın SOSİAL SİYASƏTİNİN VƏZİFƏLƏRİ VƏ PRİORİTETLƏRİNƏ HƏSR OLUNMUŞ TOPL ...

AMEA-nın SOSİAL SİYASƏTİNİN VƏZİFƏLƏRİ VƏ PRİORİTETLƏRİNƏ HƏSR OLUNMUŞ TOPL ...

Elm, Biologiya və tibb elmləri, Digər bölmələr
“AzTU Gəncləri 2023” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“AzTU Gəncləri 2023” müsabiqəsinin qalibləri mükafatlandırılıb

AzTU
BDU-da aztəminatlı ailələrdən olan tələbələrə yardım edilib

BDU-da aztəminatlı ailələrdən olan tələbələrə yardım edilib

BDU, Hüquq
“Yeni Yurd”-un Yasamal rayon şöbəsində görüş keçirilib

“Yeni Yurd”-un Yasamal rayon şöbəsində görüş keçirilib

Azərbaycan, "Şərqin səsi"
AzTU-nun rektoru

AzTU-nun rektoru "Azərbaycan Həmkarlar İttifaqları – 115 il" yubiley döş ...

AzTU, Təbriklər
İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamət ...

İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamət ...

Əsas xəbər, "Zirvə"

"Bu ilin “Könüllülər ili” elan olunmasından faydalanmalı və yararlanmalıyı ...

AzTU
AzTU-nun bir qrup əməkdaşı “Yubiley döş nişanı” ilə təltif olunub

AzTU-nun bir qrup əməkdaşı “Yubiley döş nişanı” ilə təltif olunub

AzTU
AzTU-nun 4 tələbəsinə adlı təqaüd verilib

AzTU-nun 4 tələbəsinə adlı təqaüd verilib

AzTU
“İlin peşəkar gənci” fəxri adı uğrunda müsabiqəyə yekun vurulmuşdur

“İlin peşəkar gənci” fəxri adı uğrunda müsabiqəyə yekun vurulmuşdur

AzTU
Mingəçevir Gənclər Evi

Mingəçevir Gənclər Evi

"Region-Press", "Elm və Təhsil"
Rəy yazın: