AzTU-nun professoru Rusiya elmi jurnalının redaksiya heyətinin üzvü seçilmişdir Azərbaycan, Təbriklər 5 января 2016 Azərbaycan Texniki Universitetinin kafedra müdiri, Millət vəkili, texnika elmləri doktoru, professor Astan Şahverdiyev Rusiya Federasiyasında nəşr olunan «Вести газовой науки» elmi jurnalının redaksiya heyətinin üzvü seçilmişdirBu günlərdə Moskvadan Rusiya Federasiyasının "Qazprom VNİİQAZ" Məhdud Məsuliyyətli Cəmiyyətinin Elmi katibi, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor B.A.Qriqoryev tərəfindən Azərbaycan Texniki Universitetinə daxil olmuş məktubda AzTU-nun kafedra müdiri, Doktorluq Dissertasiyalarının müdafiəsi üzrə Elmi Şurasının sədri, texnika elmləri doktoru, professor Astan Nuşrəvan oğlu Şahverdiyevin "Qazprom VNİİQAZ" MMC-nin nəzdində fəaliyyət göstərən“Təbii qaz və Qaz texnologiyaları Elmi-Tədqiqat İnstitutu"nun «Вести газовoй науки» ("Qaz elmləri xəbərləri") adlı elmi jurnalının redaksiya heyətinin üzvü seçildiyi bildirlir və ona həmin elmi-məcmuənin redaksiya heyətinə daxil edilməsinə razılıq verdiyi üçün təşəkkür edilir. Məktubda o da qeyd olunmuşdur ki, həmin jurnal Rusiya Federasiyası Ali Attestasiya Komissiyasının elmi jurnallar siyahısına daxil olan, əsasən də qazların, neftkondensatlarının və neftqazkondensatlarının emalı problemlərinə həsr olunan elmi-texniki məcmuədir. Məktubla birlikdə AzTU-ya jurnalın son nömrəsindən 3 nüsxə də göndərilmişdir.Yeni il ərəfəsində Moskvadan alınmış bu xoş xəbər münasibətilə Millət vəkili, texnika elmləri doktoru,professor Astan Şahverdiyevi ürəkdən təbrik edir və ona yeni-yeni elmi nailiyyətlər arzulayırıq!..Müşfiq BORÇALI.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.