DİRİLİ QURBANİ MƏCLİSİNİN HƏMRƏYLİK VƏ YENİ İL TƏBRİKİ Azərbaycan, Təbriklər 31 декабря 2015 ƏZİZ SOYDAŞLAR, İSTƏKLİ DOSTLAR! ARTIQ 2015-ci İL BAŞA ÇATIR. QARŞIDAN YENİ TƏQVİM İLİ – 2016-cı İL GƏLİR. ONDAN ÖNCƏ - 31 DEKABR - İSƏ BİZ, CÜMLƏ CAHAN AZƏRBAYCAN TÜRKLƏRİNİN MÖHTƏŞƏM HƏMRƏYLİK GÜNÜNÜ SAYĞIYLA, SEVGİYLƏ QEYD EDİRİK. BU DA TƏBİİDİR. SOVET DÖNƏMİNDƏ BİR-BİRİNDƏN ARALI SALINMIŞ CANBİR-QANBİR İNSANLARIN BU GÜNLƏRDƏ HƏMRƏYLİK, BİRLİK NÜMAYİŞ ETDİRMƏSİ SABAHIMIZ ÜÇÜN OLDUQCA VACİBDİR. MƏLUMDUR Kİ, TÜRKLƏRİ, XÜSUSİLƏ, AZƏRBAYCAN TÜRKLƏRİNİ TARİXLƏR UZUNU HƏR ZAMAN QISNAYAN, ONU SIXINTILAR YAŞAMAĞA MƏCBUR EDƏN ƏN MÜXTƏLİF QÜVVƏLƏR OLMUŞ, LAKİN BU MÜBARİZƏLƏRDƏ BİŞİB-BƏRKİMİŞ XALQIMIZ NƏİNKİ TAMAMİLƏ SİLİNMƏMİŞ, QOCA TARİXİN BOZ ÜZÜNƏ SÖZÜNÜ DEMİŞ, GÜCÜNÜ GÖSTƏRMİŞDİR. TƏƏSSÜF Kİ, BU GÜN DƏ HƏMİN PROBLEMLƏRİN CAYNAĞINDA O MÜBARİZLİK RUHUNU BİR NİZƏ KİMİ QALDIRMAQ ZORUNDADIR. BİZİ BUNA TƏHRİK EDİRLƏR! ÜMİDVARIQ Kİ, QƏHRƏMAN BABA-NƏNƏLƏRİMİZİN ŞƏRƏFLİ YOLUNU LƏYAQƏTLƏ KEÇİB GEDƏRƏK, QARI DÜŞMƏNLƏRİMİZİ SUSDURMAQ ƏZMİNDƏ OLACAĞIQ. BİZLƏRƏ YALNIZ QARABAĞI AZAD ETMƏK DEYİL, EYNİ ZAMANDA ULU ŞAH BABAMIZ İSMAYIL XƏTAİNİN BÖYÜK HÜNƏRLƏ BİRLƏŞDİRDİYİ ƏZƏLİ AZƏRBAYCAN TORPAQLARINI TƏZƏDƏN VAHİD HALA GƏTİRMƏK İSTƏYİ VƏ BU İSTƏYİN GERÇƏKLƏŞMƏSİ İNAMI GƏRƏKDİR. YOLUMUZ İSƏ İÇDƏN GƏLƏN HƏMFİKİR OLMAĞIMIZDAN VƏ SARSILMAZ BİRLİYİMİZDƏN KEÇİR. ƏMİNİK Kİ, BİZ BUNU BACARACAQ, QARI DÜŞMƏNLƏRİ YENƏRƏK QƏLƏBƏ HÜNƏRİNİ ƏLDƏ EDƏCƏYİK! İNANIRIQ Kİ, AZƏRBAYCAN ŞAH İSMAYILDAN SONRAKI DÖVLƏRDƏ İŞĞAL ALTINA ALINMIŞ BÜTÜN TORPAQLARINI GERİ ALMAQ QÜDRƏTİNƏ MALİKDİR. BUNUN ÜÇÜN ONUN GÜCLÜ DÖVLƏTİ, ZƏKALI VƏ MÜDRİK XALQI, HƏRBİ-SİYASİ VƏ İQTİSADİ İMKANLARI VARDIR. SAYĞILI DOSTLAR, ÖTƏN İLLƏR BİZƏ ÇOXLU ACILAR MİRAS QOYUB. İNDİ QƏDDİMİZİ DİKƏLDİB ONLARI DÜZƏLTMƏK, İTƏNLƏRİ QAYTARMAQ, MƏRHUMUİYYƏTLƏRİ ARADAN QALDIRMAQ AMALIMIZ OLMALIDIR. BİR DAHA ƏMİN OLAQ Kİ, İNDİYƏ QƏDƏR EDƏ BİLMƏDİKLƏRİMİZİ 2016-CI İLDƏN HƏYATA KEÇİRMƏK, MİLLƏTİMİZ, XALQLARIMIZ VƏ DÖVLƏTİMİZ ÜÇÜN GƏRƏKLİ NƏ VARSA QƏTİ ŞƏKİLDƏ ETMƏK İQTİDARINDA OLACAĞIQ!QOY YENİ 2016-CI İL HƏR BİR AZƏRBAYCAN TÜRKÜNÜN TİMSALINDA CƏMİ TÜRK DÜNYASININ ZƏFƏR VƏ BARIŞ İLİ OLSUN!HƏMRƏYLİYİMİZ ƏBƏDİ VƏ HƏMİŞƏYAŞAR OLSUN!DÜNYA AZƏRBAYCANLILARININ BİRLİK BAYRAMI MÜNASİBƏTİLƏ DİRİLİ QURBANİ MƏCLİSİ BU ƏZİZ GÜNLƏRDƏ “TÜRKƏM” DEYƏN HƏR KƏSİ TƏBRİK EDİR, YENİ - 2016-CI İL İLİNİZU KÖNÜLCƏ QUTLAYIR, HƏR EVƏ, HƏR KÖYƏ SAĞLIQ OVQATI, BOL RUZİ VƏ BƏRƏKƏT, ŞADLIQ HAVASI ARZULAYIR. BAYRAMLARIMIZ MÜBARƏK, DOSTLAR!Yusif DİRİLİ, Dirili Qurbani Məclisinin sədri30.XII.2015 - ci il / Bakı. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.