Gəncədə “Hər şey Vətən naminə, hər şey Qələbə üçün!” devizi altında tədbir keçirilib Azərbaycan 26 ноября 2015 Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin təşkilatçılığı ilə Gəncə şəhər İcra Hakimiyyətində “Hər şey Vətən naminə, hər şey Qələbə üçün!” devizi altında tədbir keçirilib. Tədbiri Xocalı rayonundan məcburi köçkün, tanınmış ziyalı Nəsimi Məmmədov açdı. Azərbaycanın Dövlət Himni ifa edildi, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olundu.“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “Tərəqqi” medalının mükafatçısı, müharibə veteranı Şamil Sabiroğlu rəhbərlik etdiyi təşkilatın ötən 8 ildəki fəaliyyəti haqqında qısa məlumat verdi. O, qeyd etdi ki, məlum soyqırımın tanınmasında Birlik Azərbaycan dövlətinə və xalqına yardımçı olmağa çalışır. Ş.Sabiroğlu, 2015-ci ilin iyun ayında yaradılan “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Gəncə Regional şöbəsinə gələcək fəaliyyətində uğurlar arzuladı.“Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri, xeyriyyəçi insan Hacıxanım Mahirə Əsədova uşaq və gənclər arasında milli vətənpərvərlik hissinin qaldırılması üçün bu tipli tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyini qeyd etdi. Birliyin Gəncə Regional şöbəsinin sədri, “Tərəqqi” medalının mükafatçısı, II dərəcəli müharibə əlili Aqil Məmmədov yeni yaradılan şöbənin gələcək planlarından danışdı. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədr müavini Dilbər Sultanova, həmin Təşkilatın Binəqədi rayon şöbəsinin sədri Ayna Novruzova Gəncə Regional şöbəsinin sədri Aqil Məmmədova fəaliyyətində uğurlar arzuladılar. Samux rayonundakı H.Əliyev adına Mərkəzin əməkdaşı Aygün Həsənzadə, Samux rayon Təhsil şöbəsi müdirinin müavini Faiq Həsənov, YAP Xocalı Rayon Təşkilatı Gənclər Birliyinin sədri Aynur Abışova və başqaları regionda yaşayan gəncləri “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin ətrafında sıx birləşməyə çağırdılar.Xocalı rayonu Kosalar kənd tam orta məktəbinin X sinif şagirdi Nəzmiyyə Quliyeva, VI sinif şagirdi Ulduzə İsmayılova Vətənə həsr olunan şeirlər söylədilər.Tədbirin sonunda Birliyin Gəncə Regional şöbəsinin fəallarına üzvlük vəsiqələri təqdim edildi.Dilbər Sultanova, “Ana harayı” qəzetinin əməkdaşıGəncə şəhəri, 24.XI.2015-ci il Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.