Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın "Puşkin" medalı ilə təltif edilib Azərbaycan, Siyasət 4 ноября 2015 Rusiya Prezidenti Vladimir Putin bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya "Puşkin" medalını təqdim edib.Leyla Əliyeva Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə, iqtisadi əlaqələrin inkişafına, xaricdə rus dili və mədəniyyətinin qorunması və populyarlaşmasına verdiyi böyük töhfəyə görə bu mükafata layiq görülüb.Rusiya prezidenti bu barədə oktyabrın 20-də fərman imzalayıb.Mükafatlandırma Xalq Birliyi Gününə həsr edilmiş təntənəli qəbul zamanı baş tutub.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə çıxış edib:“Rusiya-Azərbaycan münasibətləri dərin tarixi köklərə malikdir və bu gün uğurla inkişaf edir. Humanitar sahədə əməkdaşlıq bizim ikitərəfli münasibətlərimizin ayrılmaz tərkib hissəsidir. Azərbaycanda rusdilli təhsil tam həcmdə qorunub saxlanıb, təhsilin rus dilində olduğu 300-dən çox məktəb, Bakı Slavyan Universiteti, Lomonosov adına MDU-nun Bakı filialı fəaliyyət göstərir. Bu il Bakıda İ.M.Seçenov adına Moskva Birinci Dövlət Tibb Universitetinin ilk xarici filialı öz qapılarını tələbələrin üzünə açıb”.L.Əliyeva vurğulayıb ki, Azərbaycan xalqı Rusiya ilə mədəni, humanitar əməkdaşlıq ənənələrini qayğı ilə qoruyub saxlayır: “Mən çox şadam ki, ölkələrimiz arasında dostluğun və mehriban qonşuluğun möhkəmlənməsinə öz cüzi töhfəmi vermişəm. Hörmətli Vladimir Vladimiroviç, bu yüksək təltifə görə sizə bir daha dərin təşəkkürümü bildirirəm. Bu medalı mənə sizin təqdim etməyiniz mənim üçün xüsusilə dəyərlidir. Sizə və bütün rus xalqına xoşbəxtlik, firavanlıq və sülh arzulayıram”.Biz də Leyla xanımı belə yüksək mükafata layiq görülməsi münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.