NƏCƏF BƏY VƏZİROV TƏBİƏTŞÜNAS KİMİ

NƏCƏF BƏY VƏZİROV TƏBİƏTŞÜNAS KİMİ O, yalnız dramaturq olmayıb, həm də tədqiqatçı-dendroloq idi

Azərbaycan ədəbiyyat tarixində deyil, təbiətşünaslıq sahəsində də özünə əbədiyyət qazanmış simalardan bir də Nəcəf Bəy Vəzirovdur. “Müsibəti-Fəxrəddin” faciəsi ilə orta nəslin yaddaşında özünə möhkəm yer eləmiş Vəzirovun yardıcılığı XIX əsrin sonu XX əsrin əvvəllərinə təsadüf edir. 1854-cü ildə Şuşa şəhərində təvəllüd tapan yazıçının həyatı təbədüllatlar içərisində keçmiş, atası Fətəli bəy xəstə olduğundan ailənin çətinliyi anası Mina xanımın üzərinə düşmüşdür. Təbiətcə sakit və qaradinməz, bədəncə zəif və xəstə olan Nəcəf bəy yalnız on iki yaşında olanda məktəbə gedə bilmiş, tez bir zamanda oxuyub–yazmağı öyrənmişdir. Sonrakı təhsil illərində məktəbdəki özbaşınalııqlar (müəllimlərin şagirdlərlə kobud rəfarı və s.) onu buradan qaçmağa məcbur edir.O, 1868-ci ildə Şuşadan Bakıya gəlir. İmtahan verib real gimnaziyanın ikinci sinifinə daxil olur. Öz bacarığı və biliyi ilə tezliklə müəllimlərin rəğbətini qazanan Nəcəf bəy gimnaziyanın sonuncu sinifində oxuyarkən artıq əlaçı şagird kimi tanınır. Burada Həsən Bəy Zərdabidən dərs alır, müəlliminin fikirləri onun inkişafına güclü təsir göstərir. Zərdabinin məsləhəti ilə N.Vəzirov təbiət elmlərinə xüsusi maraq göstərir, rus klassik yazıçılarının əsərlərini mütaliə edərək mütərəqqı ideyalarla tanış olur. Yazıçının teatrla tanışlığı da bu zaman başlanır. O yazır: "1873–cü ildə altıncı klasda oxuduğum halda birinci dəfə rus teatrına getdim. Bu gecə mənə nəhayət dərəcədə təsir elədi. Onun necə bir şey olduğunu başa düşdüm".

1874–cü ildə N.Vəzirov gimnaziyanı bitirib təhsilini davam etdirmək üçün Rusiyaya gedir. Moskvadakı Petrovski–Razumovski Meşə və Təbiətşunaslıq Akademiyasının meşəçilik şöbəsinə daxil olur. Burada görkəmli rus alimi K.A.Timiryazevdən dərs alır, təbiət elmlərini öyrənir, xüsusilə meşəçilik ixtisasına dərindən yiyələnir.1878–ci ildə akademiyanı müvafiq ixtisas üzrə bitirib təyinatla Qafqaza göndərilir. O, Gəncə quberniyasının Tərtər nahiyyəsinə üçüncü dərəcəli meşəbəyi təyin olunur. 1880–ci ilin iyul ayına qədər burada çalışır. Sonra onun vəzifəsini böyüdürlər: N.B.Vəzirov yüksək dərəcəli meşəbəyi kimi İrəvan quberniyasının Dilican nahiyyəsinə meşəbəyi təyin olunur. 1887–ci ildə yenidən iş yerini Yelizavetpol quberniyasına dəyişir. İxtisası üzrə çalışdığı müddətdə Azərbaycan meşələrinə aid elmi-tədqiqat işləri aparır. Qazandığı elmi biliklərə və əldə etdiyi praktiki nəticələrə əsaslanaraq müvafq elmi əsərlər və dərsliklər yazır. O, daha çox meşəçilik sahəsində fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, N.B.Vəzirova qədər Azərbaycan meşələri əsaslı şəkildə öyrənilməyib. Apardığı müşahidə və tədqiqatlar ona elmi ümumiləşdirmə üçün kifayət qədər material verir. Beləliklə, o, Azərbaycan meşələri haqqındakı elmi mülahizələrini əks etdirən məsələləri “Palıd” adlı elmi-bioloji əsərində şərh edir. 72 vərəqdən ibarət olan bu əsər AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstutunda saxlanılr. 2013-cü ildə institutun 23.01.2013-cu il tarixli, 1 saylı qərarına əsasən ərəb əlifbasından transfonelitersiya ilə hazırlanaraq (nəşrə hazırlayan və ön sözün müəllifi: filologiya üzrə fəlsəfə doktoru Mehri Məmmədova) kitab şəklində çap edilib. Yeri gəlmişkən, kitabda məqalələrin yazı dili olduğu kimi saxlanılıb. Bu, onu anlamağa çətinlik törətmir. Bəlkə də, həmin səbəbdən tərtibçi, müəllifin dilini saxlamış, təbiiliyini və şirinliyini olduğu kimi təqdim etməyi lazım bilmişdir.

110 səhifədən ibarət olan bu əsərdə ölkəmizin meşələrində bitən bitkilərin növ tərkibi, meşələrimizdə geniş yayılan və ya az təsadüf olunan palıd, fistıq, tozağacı, qızılağac, qovaq, ağcaqayın, cökə, şam, küknar və s. ağacların bioloji xüsusiyyətləri, quruluşu, süni meşlərin salınması, meşə bitkilərinin çoxalma üsulları, meşənin ətraf mühitlə qarşılıqlı əlaqəsi, təsərrüfat, ekoloji və iqtisadi əhəmiyyəti haqqında məlumat verib. O, meşəçiliyin ümumi məsələlərini daha aydın şərh etmək üçün əsəri “Meşənin həyat qüvvəsi”, “Meşələrin bu cür olmamaqlarının səbəbi”, “Meşədə ictimailərin bir-birinə təsiri”, “Ağacların işığa nisbəti”, “Ağacların istiliyə nisbəti”, “Ağacların torpaqda mədəni maddələrə nisbəti”, “Ağacların cəld böyüklənməsi”, “Ağacların törəməsi” və s. kimi mövzulara ayırıb.

Azərbaycan təbiət elmləri tarixində bitklərə elmi cəhətdən yanaşma, onların elmi qaydada adlandırılması ilk dəfə N.B.Vəzirov tərəfindən həyata keçirilib. O, haqqında bəhs etdiyi meşə ağaclarının azərbaycanca adlarının yanında rusca və latınca (bəzilərini yalnız latınca) adlarını da qeyd edib.

N.B.Vəzirov bitkilərin yaşayış uğrunda mübarizəsində cansız mühit amillərinin, o cümlədən işıq və torpağın rolunu xüsusi qeyd edir. Hansı bitki münbit torpaqda və yaxşı işıqlanan yerdə bitibsə, o daha yaxşı inkişaf edir, əks halda əlverişsiz mühitdə bitən ağaclar yaşayış uğrunda mübarizədə dözə bilməyib məhv olur. “Biri uca qalxıb, biri boyda geri qalıb; geri qalanları uca qalxanlar işıqdan mərum ediblər. Ona görə də onların əmələ gəlməsi çətinləşib, ömürləri gələcəkdə xarablaşıb. Yarpaq lazımi qədər taam verə bilməyib, ona görə də belə ağacların kökləri də zəifləyir. Burada ağzclar atrasında mübarizə başlayır torpaq təamı üstündə. Belə ağacların axırı tələf olmaqdır.” N.B.Vəzirov doğru olaraq göstərir ki, qrup halında yaşayan bitkilərdən hansı qüvvətlidirsə, deməli o Günəş işığı ilə yaxşı təmin olunub, ona görə də yaxşı inkişaf edə bilir. Belə bitkilərin kökü dərinə gedir, su və suda həll olmuş mineral maddələrlə bol təmin olunur. O, meşə bitkilərinin yaruslarla yerləşmə səbəbini elmi cəhətdən düzgün şərh edib.

O, burada ağacların işığa nisbətinin əsas rol oynadığını qeyd edir. Bitkiləri işıqsevən və gölgəyə dvamlı olmaqla iki yerə bölür “Ağacların işığa nisbəti iki cürdür: Birisi işıqsevən, digəri işıqsızlığa davam edən. O ağacların ki, çiqqəsi qalındır məlum olur ki, az işığa möhtacdır, ona görə o ağaclar kölgəyə davam edən ağaclardır. Nə qədər ki, ağacların ciqqəsi seyrəkdir, o ağaclar işığa artıq möhtacdır, yəni, işıqsevən ağacdır”. N.B.Vəzirov apardığı müşahidələrə əsasən küknarın kölgəyədavamlı, şam ağacının isə işıqsevən bitki olduğunu bildirir. O, əsərində professor Turskinin bu sahədə təcrübələr apardığını və işıqsevən ağacların xronoloji sırasını tərtib etdiyini də qeyd edir.

Bitkiləri suya olan münasibətinə görə üç yerə bölür: “biri quruluq sevən”, yəni ksirofitlər (quraqlığa uyğunlaşan). “Biri rütubət sevən”, yəni hidrofitlər (suda yaşayan). Üçüncüsü, “miyanə.” Ksirofitlə hidrofit arasında qalan – mezofit (mülayim iqlimi xoşlayan). N.B.Vəzirov suya tələbatına görə bəzi ağacların ardıcıllıq sırasını da əsərdə göstərib.

Əsərdə torpağa ehtiyacına görə ağacları iki yerə bölür: Qidalı torpağa tələbkar və torpağa daha artıq tələbkar olanlar. O, hər birinə aid misallar gətirir. Onun fikrincə qüvvətsiz torpaqda köklərinin saçaqları çox olan bitkilər inkişaf edə bilər. Ən yaxşı torpaq isə yumşaq və dərin qidalı torpaqdır. N.B.Vəzirov məhsuldarlığına görə torpaqları tiplərə ayırır: meşə torpağı, qumlu torpaq, gilli torpaq, sugilli torpaq, kirəcli mərgəlli torpaq, çürüntü torpaq. Torpağı rütubətliyinə görə isə quru (əldə bərk sıxanda dağılır), tər (ələ alıb sıxanda yapışır) və yaş (əldə sıxanda su tökülür) adlanan üç qismə ayırır.

O, meşəçiliklə bağlı mülahizələrini “Meşənin həyat qüvvəsi”, “Meşələrin bu cür olmamaqlarının səbəbi”, “Meşədə ictimailərin bir-birinə təsiri”, “Ağacların işığa nisbəti”, “Ağacların istiliyə nisbəti”, “Ağacların torpaqda mədəni maddəlrə nisbəti”, “Cinsbəcins ağacların rütubətə nisbəti”, “Ağacların torpağa ehtiyacı”, “Ağacların cəld böyüklənməsi”, “Ağacların törəməsi”, “Torpağın rütubətli olmasına meşənin təsiri”, “Meşələrin cürbəcür tələbləri” və s. mövzular üzrə verib.

Yer quruluşu və meliorasiya texnikumunun meşəçilik sahəsinin I kurs tələbələri üçün tərtib etdiyi “İş planı” meşə taktikası (oduncaqlı ağacların miqdarının təyin edilməsi), yay praktik işinin aprılması, praktika kimi birillik və altmışillik ağacların sahəsinin, ölçüsünün təyin edilməsi və meşəçiliyə aid digər məsələlərin öyrənilməsi haqqındadır. Onun tərtib etdiyi plan əsasında canlı və çürümüş ağacların böyüməsi, yaş və xüsusiyyətlərinin öyrənilməsi, meşə torpağının dərinliyi, rütubətliliyi əsasında ağacların təyin edilməsi, ağacların kölgəyə davamlılığının təyini və onların təsviri də mümükündür. “Palıd” elmi əsəri Azərbaycanda meşəçiliyin inkişafı üçün çox dəyərlərə malikdir.

1890–cı illərin əvvəllərindən başlayaraq, Rusiyada inqilabi–azadlıq hərakatının yüksəlişi ilə əlaqədar Petrovski–Razumovski Akademiyasının məzunlarını təqib etməyə başlayırlar. Bununla əlaqədar N.B.Vəzirovu da siyasi etibarsızlıqda günahlandırıb meşəbəyi vəzifəsindən kənarlaşdırırlar. Bundan sonra o, ixtisasına uyğun olmayan sahələrdə çalışır. Bədii yaradıcılıq sahəsindəki fəaliyyətini davam etdirb, bir-birndən maraqlı əsərlər yazır.

N.B.Vəzirov 1903–cü ildə Bakı şəhər maarif şöbəsi rəisinin müavini təyin edilir və keçmiş müəllimi Həsən bəy Zərdabi ilə birlikdə doğma xalqının maariflənməsi üçün yeni məktəblərin, müxtəlif tərbiyyə ocaqlarının açılması işində yaxından iştirak edir. 28 Aprel istilasından sonra N.B.Vəzirov Bakı Kənd Təsərrüfatı Texnikumunda müəllim vəzifəsində çalışır. O, tələbələrini Azərbaycanın müxtəlif rayonlarına aparır, meşəçilik sahəsində təcrübə məşğələlərinə rəhbərlik edir, meşəçiliyə aid tədris proqramları, metodik göstərişlər və dərsliklər hazırlayırdı.

Qeyd etmək lazımdır ki, 1905–ci il inqilabı N.B.Vəzirovun ədəbi–ictimai fəaliyyətinin genişlənməsi üçün münbit zəmin yaradır. Maarifpərvər ədib bir tərəfdən Bakıda çıxan qəzetlərdə ("Həyat", "İrşad", "Təzə həyat", "Açıq söz" və s.) "Dərviş" imzası ilə "Balaca mütəfərrəqələr" başlığı altında felyetonlar yazır, digər tərəfdən dram dərnəklərinə rəhbərlik edir, Azərbaycanda teatr sənətinin inkişafı, aktyor nəslinin yetişməsi üçün yorulmadan fəaliyyət göstərir.

1913–cü il noyabr ayının 15–də "Şəfa" Maarif Cəmiyyəti Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyi münasibətilə təntənəli yubiley gecəsi keçirir. Gecə böyük bir mədəni bayrama çevrilir. Qəzetlər yazıçının həyat və fəaliyyətindən bəhs edən məqalə-oçerk, məlumat dərc edirlər. Azərbaycanın görkəmli ziyalıları yubilyara məktub, teleqram göndərir, onu bu yubileyə layiq yazıçı, möhtərəm ədib, qüdrətli vətəndaş, müəllim və tərbiyəçi, xalqın fədəkar oğlu kimi qiymətləndirirlər. Xalqın ehtiramı N.B.Vəzirovun yaradıcılıq ilhamını, işləmək həvəsini daha da coşdurmuş, ədib həm içtimai həyatda, həm də bədii yaradıcılıq sahəsində xeyli fəallaşmışdı.

Nəcəf Bəy Vəzirov sevimli peşəsini yerinə yetirərkən,1926-cı ilin yayında növbəti dəfə meşəçilik üzrə təcrübə məşğələləri aparmaq üçün tələbələrlə birlikdə Şamaxıya – Çuxuryurda gedir və ... orada, iyul ayının 13–də ürək xəstəliyindən vəfat edir.

Qeyd edək ki, indiyədək yazıçı-dendroloqun əsərləri dəfələrlə kütləvi tirajla çap edilmiş, dram əsərləri səhnələşdirilmiş, haqqında çoxlu məqalələr yazılmış, yaradıcılığı barədə H.Fərzəlibəyov, F.Qasımzadə, D.Əliyeva, K.Məmmədov, H.Əfəniyev və b. tərəfindən elmi əsərlər, monoqrafiyalar işlənmişdir.

Yusif DİRİLİ (Mahmudov),
Ətarf mühit üzrə tədqiqatçı


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Əlləz Vəliyev (Ormeşənli)  =  “Təbiətdə izi qalan meşəçilər”

Əlləz Vəliyev (Ormeşənli) = “Təbiətdə izi qalan meşəçilər”

Borçalı, Başkeçid
Allah rəhmət eləsin, Bəhrəm  Bəy oğlu Tarverdiyev!..

Allah rəhmət eləsin, Bəhrəm Bəy oğlu Tarverdiyev!..

Azərbaycan, Nekroloqlar
KAMANDAR  MƏMMƏDOV: “BAĞA  BAXARSAN  BAĞ  OLAR...”

KAMANDAR MƏMMƏDOV: “BAĞA BAXARSAN BAĞ OLAR...”

"Ümid", Bolus
TƏDQİQATÇI ALİM - OQTAY MİRZƏYEV

TƏDQİQATÇI ALİM - OQTAY MİRZƏYEV

"Şərqin səsi"
Məryəm Əliyeva:

Məryəm Əliyeva: "YARPAQ ÖMRÜ"

Publisistika, Müsabiqə, Köşə yazılar
QOCAMAN MEŞƏÇİ - ƏLİ  ABDULƏLİ  OĞLU ORUCOV

QOCAMAN MEŞƏÇİ - ƏLİ ABDULƏLİ OĞLU ORUCOV

"Şərqin səsi", "XXI əsrin Ziyalıları"
Meşə Təsərrüfatının Görkəmli Təşkilatçısı və Dövlət xadimi Mehdi Mustafayev ...

Meşə Təsərrüfatının Görkəmli Təşkilatçısı və Dövlət xadimi Mehdi Mustafayev ...

Yeni nəşrlər, Başkeçid
“İsmayıllı rayonu meşə bitkilərinin çöl bələdçi kitabı”nın təqdimatı keçiri ...

“İsmayıllı rayonu meşə bitkilərinin çöl bələdçi kitabı”nın təqdimatı keçiri ...

Biologiya və tibb elmləri
Ormeşənin qeyrətli oğlu

Ormeşənin qeyrətli oğlu

Başkeçid
GÖRKƏMLİ  MEŞƏÇİ  ALİM  KƏRƏM  ƏSƏDOV

GÖRKƏMLİ MEŞƏÇİ ALİM KƏRƏM ƏSƏDOV

"Şərqin səsi"
TƏBİƏT VURĞUNU TEYYUB AXUNDOV

TƏBİƏT VURĞUNU TEYYUB AXUNDOV

Elm, Nekroloqlar

"Mərkəzi Nəbatat Bağında abadlıq və yenidənqurma işləri ilə əyani tanış ...

Biologiya və tibb elmləri
Mərkəzi Nəbatat Bağında nadir ağac bitkilərinin sayının artırılması istiqam ...

Mərkəzi Nəbatat Bağında nadir ağac bitkilərinin sayının artırılması istiqam ...

Biologiya və tibb elmləri
DƏYƏRLİ TƏDQİQAT ƏSƏRİ

DƏYƏRLİ TƏDQİQAT ƏSƏRİ

Yeni nəşrlər, Naxçıvan
Azərbaycanın görkəmli botanik alimi Tofiq Məmmədovun 60 yaşı tamam olur...

Azərbaycanın görkəmli botanik alimi Tofiq Məmmədovun 60 yaşı tamam olur...

Biologiya və tibb elmləri, Təbriklər
KİTABXANA İŞÇİLƏRİ ÜÇÜN QİYMƏTLİ VƏSAİT

KİTABXANA İŞÇİLƏRİ ÜÇÜN QİYMƏTLİ VƏSAİT

Sosial
MEŞƏ  TƏSƏRRÜFATININ GÖRKƏMLİ TƏŞKİLATÇISI VƏ DÖVLƏT  XADİMİ -MEHDİ  MUSTAF ...

MEŞƏ TƏSƏRRÜFATININ GÖRKƏMLİ TƏŞKİLATÇISI VƏ DÖVLƏT XADİMİ -MEHDİ MUSTAF ...

Azərbaycan
Naxçıvan Muxtar Respublikasının canlı təbiət muzeyi-Nəbatat bağı

Naxçıvan Muxtar Respublikasının canlı təbiət muzeyi-Nəbatat bağı

Naxçıvan
COĞRAFİYA İNSTİTUTU “AZƏRKOSMOS” ASC ARASINDA NİYYƏT PROTOKOLU İMZALANIB

COĞRAFİYA İNSTİTUTU “AZƏRKOSMOS” ASC ARASINDA NİYYƏT PROTOKOLU İMZALANIB

Digər bölmələr
İŞIQLI ATALI:

İŞIQLI ATALI: "Ömrümün əzəli – Doğa…"

Humanitar elmlər, Köşə yazılar
Rəy yazın: