Təbrik edirik, "TƏZADLAR"! Azərbaycan, Təbriklər 14 апреля 2015 14/4/2015. Asif Mərzili"Təzadlar" qəzetinin Baş redaktoruBu gün «Təzadlar»ın 22 yaşı tamam olur1993-cü ilin aprelin 14-də ilk sayı işıq üzü görən «Təzadlar»ın bu gün 22 yaşı tamam olur. Qəzet daxili işlər nazirinin keçmiş müavini, mərhum Rövşən Cavadovun sədri olduğu «Xudu Məmmədov» Xeyriyyə Cəmiyyətinin təsisçiliyi ilə yaradılmışdır. Həmin vaxt Azərbaycanın görkəmli şəxsləri-xalq şairləri Bəxtiyar Vahabzadə, Məmməd Araz, professorlar-Nurəddin Rza, Yusif Səmədov, İlham Rəhimov və başqa tanınmışlar qəzetin Redaksiya Heyətinin üzvləri idilər.1995-ci ilin məlum mart hadisələrindən sonra isə qəzet bir neçə sayında nəşrini dayandırsa da, az sonra redaksiya kollektivinin təsisçiliyi ilə nəşrini davam etdirdi və Azərbaycan ictimai fikrində bu günə kimi öz sözünü deməkdədir.Onu da deyək ki, indiyədək prinsipial və dəyişməz mövqeyinə qəzetin başı qalmaqallı olub, sağdan və soldan badalaqlanıb, çoxsaylı məhkəmə çəkişmələrinə verilib, cərimələnib, lakin Tanrı başımızın üstündə olduğundan həmişə ayaqda olmuşuq. Hətta 2009-cu ilin aprelində qəzetin baş redaktoru keçmiş ABU-nun rektoru, hazırda Fransada müvəqqəti yaşayan E.Abdullayev tərəfindən onun qardaşı M.Abdullayev barədə xeyirxah niyyətlə dərc olunmuş yazıya görə həbs edildi. Lakin Beynəlxalq təşkilatların tövsiyyəsi və Prezident İlham Əliyevin bu qanunsuz və əsassız həbsə sərt reaksiyasından sonra Bakı Apellyasiya Məhkəməsi jurnalisti iki gün sonra həbsdən azad etdi. Ardınca isə jurnalistin həbsdə yatdığı Bayıl tərcidxanası sökülüb dağıldı, ölkədə söz azadlığına sipər çəkmək istəyən Elşad Abdullayevin rəhbəri olduğu ABU qanunsuz tələbə qəbuluna və s. görə Təhsil Nazirliyi tərəfindən yoxlanılaraq bağlandı, E.Abdullayev Fransaya qaçdı, hələ də istintaqdan yayınır (barəsində Azərb Res. CM-nin 5 ağır maddəsi ilə cinayət işi qaldırılıb, həbs qətimkan tədbiri seçilməklə İnterpol xətti ilə beynəlxalq axtarışa verilib).Bu günə kimi dövlət yardımından (KİV-ə Dəstək Fondunun) məhrum edilmiş «Təzadlar» qəzeti baş redaktor Asif Mərzilinin mübarizliyi, kollektivin isə təpəri və dözümü ilə dayanmadan çıxır, bütün təzyiq və təpkilərə dözərək. Bilirik ki, bunlar Azərbaycan naminə olan uzun, incə bir yolda baş verir… Bilirik və əminik ki, haqq nazilsə də, üzüləsi deyil. Onu da bilirik ki, başı üzrində Qarabağın azadlığına çağırış şüarını əzmlə saxlayan bir qəzet heç vaxt dayana bilməz, həm də dayandırıla bilməz. Nə qədər çətin olsa da!Tanrı köməyinizdə və köməyimizdə olsun!«Təzadlar».REDAKSİYADAN:Biz də "TƏZADLAR" qəzetinin və baş redaktor Asif Mərzilinin bu səmimi sözlərinə və xoş arzularına qoşularaq, başda elə hörmətli qələm dostumuz, tanınmış jurnalist Asıf Mərzilinin özü olmaqla - "TƏZADLAR" qəzetinin bütün yaradıcı heyətini və çoxsaylı oxucularını qəzetin 22 yaşı münasibətilə ürəkdən təbrik edir və yeni-yeni uğurlar arzulayırıq!Dərin hörmətlə,Müşfiq BORÇALI. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.