"Qazax-Borçalı bölgəsinin xalçaları" Azərbaycan, Borçalı 7 апреля 2015 Gürcü mətbuatında Vidadi Muradovun "Qazax-Borçalı bölgəsinin xalçaları" adlı kitabı haqqında məlumat dərc olunubZiM.Az-ın Borçalıdakı xüsusi müxbiri bildirir ki, Gürcüstanda "Azər-İlmə"nin rəhbəri, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, "dekorativ-tətbiqi sənət üzrə professor Vidadi Muradovun "Qazax-Borçalı bölgəsinin xalçaları"adlı kitabı haqqında gürcü mətbuatında məlumat dərc olunub. http://geworld.ge saytında dərc olunan məlumatda Azərbaycan xalaçaçılıq sənətinin köklü bir tarixə malik olduğu və bu tarixin əsrin dərinliklərində inkişaf etdiyini və Azərbaycan xalqının unikal mədəniyyəti kimi şöhrət qazandığı bildirilib: "Bu sənət unikal incəsənət kimi fərqlənir. Bu sənətin kökləri Bakı, Qazax-Borçalı, İrəvan, Naxçıvan, Qarabağ, Gəncə, Quba, Təbriz, Şirvan xalça qruplarına gedib çıxır."Saytın məlumatında bildirilib ki, Azərbaycanda xalçaçılıq sənətinin dirçəldilməsi Heydər Əliyev ilə bağlı olub: "O, "Azərbaycan xalça sənətinin qorunması və təşviqi haqqında" Qanun qəbul etdi və bununla xalçaçılıq sənəti üçün qanuni baza yaratdı."Kitab haqqında dərc olunan məlumatda xalçaçılıq sənətinin UNESCO-nun maddi-mədəni irs kimi qəbul edilməsində Mehriban Əliyevanın əvəzsiz xidmətləri olduğu bildirilib.Məlumatda "Azər-İlmə"nin rəhbəri, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Vidadi Muradovun rəhbərliyi ilə Azərbaycanın bütün bölgələrində, həmçinin Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindəki xalça nümunələrin bərpası haqqında da geniş məlumat verilib. "Qazax-Borçalı bölgəsinin xalçaları" kitab-kataloqun Gürcüstan və Azərbaycan mədəniyyəti arasında əməkdaşlığın mövcud nümunəsi olduğu bildirilib: "Bu nəşr professor Vidadi Muradovun rəhbərliyi altında həyata keçirilən fundamental tədqiqat əsasında hazırlanıb. Kitab-kataloq Azərbaycan, ingilis, rus dilində nəşr olunub və Azərbaycanın Təhsil Nazirliyi tərəfindən dərslik kimi təsdiq edilib."Məlumatda kitabda ön sözü akademik Teymur Bünyadovun yazdığı bildiriib və həmçinin nəşrin redaksiya heyətinə isə Azərbaycan və Gürcüstanın məşhur tarixçiləri, etnoqraf və sənətşünaslarının daxil edildiyi qeyd olunub.Kitab-kataloqun ali və orta ixtisas məktəbləri,tarixçilər, etnoqraf və sənətşünaslar, xalça mütəxəssisləri və geniş oxucu kütləsi üçün nəzərdə tutulduğu barədə məlumat da var. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.