“Salam” Mədəni Xeyriyyə Cəmiyyəti: “Xeyriyyəçilik işlərimiz çoxaldıqca, cəmiyyətimizin bəzi insanlara mesajı da çoxalır”

“Salam” Mədəni Xeyriyyə Cəmiyyəti: “Xeyriyyəçilik işlərimiz çoxaldıqca, cəmiyyətimizin bəzi insanlara mesajı da çoxalır” “Xeyriyyəçilik işlərimiz çoxaldıqca, cəmiyyətimizin bəzi insanlara mesajı da çoxalır.”

Bu sözləri ZiM.Az-nın Gürcüstandakı xüsusi müxbiri“Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin sədri Maya Rəcəbova bildirib. Onun sözlərinə görə, cəmiyyətin məqsədi yalnız xeyirxahlıq, xeyriyyəçi işlər görmək, konsrtlər təşkil etmək, gənclərin inkişafına təkan vermək, aşıq yaradıcılığına aid kitablar nəşr etdirmək, yoxsul və imkansız ailələrə yardım etməkdir: “Həyata keçirdiyimiz müsbət işlərə baxmayaraq, xeyirxahlığa və xeyriyyəçi tədbirlərə, yardımlara badalaq vurmaq istəyən adamların sayı çoxalıb. Onlar nəyəsə əl atıb, kimlərinsə verdiyi rüşvətlə təşkilatımıza qara yaxır, bizi tutduğumuz xeyirxah yoldan çəkindirməyə cəhd edirlər. Təəssüf ki, buna yol vermərik, çünki biz mənəvi cəhətdən safıq, təmizik, onların çirkin oyunlarına qatılmırıq,” -M.Rəcəbova bildirib.

M.Rəcəbova tutduğu yolun möhkəm və sarsılmaz bir əqidə əsasında möhkəmləndiyini qeyd edib: “Mən tutduğum yolda iradəmi möhkəmləndirərək qarşıma məqsəd qoyuram və uğurlar əldə edirəm. Bu, çoxlarını narahat edir. Mənim belə insanlara mesajım var: “Salam” Xeyriyyə Cəmiyyəti hər zaman öz dövlətinə sadiq bir təşkilatdır və bu cəmiyyət yalnız xeyriyyə işləri ilə məşğul olur. Bu cəmiyyət siyasi işlərə heç zaman qoşulmayıb və həmçinin digər işlərlə əlaqəsi yoxdur. Biz, cəmiyyət olaraq bir sıra insanlarla bu yolda birgə çalışmaq istədik, lakin onların xeyriyyəçi tədbirlərimizdən nəsə umduğunu bildikdən sonra onlarla iş birliyindən əl çəkdik. Mənim Gürcüstana buraxılmayan xarici ölkə vətəndaşlarıyla, iş adamları ilə heç bir iş həyata keçirmək məqsədim yoxdur. Buna görə də bu insanlar indi mənə qara yaxmağa başlayıblar. Bəzi insanlar kimdənsə pul alıb sosial şəbəkələrdə, saytlarda cəmiyyətin əleyhinə xəbərlər yazır və məni təhqir edirlər. Mən yaşadığım ölkənin daxili və xarici siyasətini dəstəkləyən adamam. Əgər, ölkəmə kimdənsə zərər gələrsə mən onları məhkəmə vasitəsilə ifşa edə bilərəm. Əlimdə bu insanların əməlləri ilə bağlı lazımi faktlar və sənədlər çoxdur,”- deyə M.Rəcəbova qeyd edib.

“Mənim haqqımda saytlarda və sosial şəbəkələrdə əsassız fikirlərlə dolu xəbərlər və fikirlər yayan bu insanları tanıyıram. Onlardan biri Gürcüstan vətəndaşı olan şəxs bu günlərdə Türkiyəyə gedərək ölkəmizə buraxılmayan iş adamından, təşkilat rəhbərindən 500 dollar rüşvət alaraq mənə iftira dolu sözlər olan məqalə yazıb. Düşünürəm ki, bu divar qurtarandan sonra onlar hara gedəcəklər,”-deyə “Salam” Xeyriyyə Cəmiyyətinin sədri bildirib.

M.Rəcəbova gələcəkdə cəmiyyətin işlərinə və yoxsul və kimsəsiz ailələrə yardım üçün həyata keçirilən tədbirlərə kimsə mane olarsa, onları cəmiyyətin rəhbəri kimi Gürcüstan qanunlarına arxalanaraq məhkəməyə verəcəyini bir daha vurğulayıb.

Nizami MƏMMƏDZADƏ,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Rustavidə “Salam Mədəni Xeyriyyə Mərkəzi”nin hesabat konfransı keçirilib

Rustavidə “Salam Mədəni Xeyriyyə Mərkəzi”nin hesabat konfransı keçirilib

Rustavi

"Salam" Mədəni Xeyriyyə Cəmiyyətinə uğurlar arzulayırıq!..

Rustavi, Təbriklər

"Salam" Mədəni Xeyriyyə Cəmiyyətinin növbəti xeyriyyə tədbiri

Rustavi, Turan
Rustavidə Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib

Rustavidə Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib

---
Rustavidə Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib

Rustavidə Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib

Rustavi
Natalya Cavaxişvili: Heydər Əliyevin gürcü xalqı üçün etdiklərini unutmayac ...

Natalya Cavaxişvili: Heydər Əliyevin gürcü xalqı üçün etdiklərini unutmayac ...

Ədəbi əlaqələr, Gürcüstan, Rustavi
Borçalıda şair Mülkədar Nadirin kitablarının təqdimatı

Borçalıda şair Mülkədar Nadirin kitablarının təqdimatı

Borçalı
“Azərbaycanla bağlı iş görənləri “vətən xaini

“Azərbaycanla bağlı iş görənləri “vətən xaini" elan edirlər”- Amil Hacıyev ...

Borçalı
20 Yanvar faciəsi Rustavidə də anılıb

20 Yanvar faciəsi Rustavidə də anılıb

Rustavi
Gənc xeyriyyəçi Məşədi Famik Aslan oğlu Xudayev

Gənc xeyriyyəçi Məşədi Famik Aslan oğlu Xudayev

Borçalı
Yaxşıliq kövrəkdi bir duyğu kimi...

Yaxşıliq kövrəkdi bir duyğu kimi...

"Şərqin səsi"
Mahirə Əsədova Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla gör ...

Mahirə Əsədova Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla gör ...

Azərbaycan, Qarabağ, "Şərqin səsi"
Gürcüstanda yaşayan türklər və azərbaycanlılar Türkiyəyə dəstək aksiyası ke ...

Gürcüstanda yaşayan türklər və azərbaycanlılar Türkiyəyə dəstək aksiyası ke ...

Rustavi, Borçalı, Turan
AZƏRBAYCAN ALPAQUT FEDERASİYASI QANVERMƏ AKSİYASI KEÇİRİB

AZƏRBAYCAN ALPAQUT FEDERASİYASI QANVERMƏ AKSİYASI KEÇİRİB

Sağlamlıq, İdman, QHT
QHT ahıllar üçün doğum günü tədbiri təşkil edib

QHT ahıllar üçün doğum günü tədbiri təşkil edib

QHT
Nizami Məmmədzadənin “Çələbilər” poemasının təqdimatı

Nizami Məmmədzadənin “Çələbilər” poemasının təqdimatı

Mədəniyyət, Borçalı
“Xurafata qarşı müqavimət olmasa, məktəblərimiz mollaxanaya çevriləcək”

“Xurafata qarşı müqavimət olmasa, məktəblərimiz mollaxanaya çevriləcək”

Məktəblər, MEDİA
Azərbaycan “Təhsil” Cəmiyyəti

Azərbaycan “Təhsil” Cəmiyyəti

"Təhsil" EİM
Demokratiyanı üstün edən nədir - gənc politoloq-alim Ramid Hüseynovun fikir ...

Demokratiyanı üstün edən nədir - gənc politoloq-alim Ramid Hüseynovun fikir ...

Siyasət, Köşə yazılar
Gürcü politoloq Qulbaat Rtsxiladze: “Azərbaycanlıların kompakt yaşadığı əra ...

Gürcü politoloq Qulbaat Rtsxiladze: “Azərbaycanlıların kompakt yaşadığı əra ...

Ədəbi əlaqələr, Tiflis
Rəy yazın: