İlk kitabınız mübarək, hörmətli Güllü xanım!... --- 3 апреля 2015 Əziz bacıımız, dəyərli dostumuz, səmimi və mehriban həmkarımız,istedadlı şairə-jurnalist, vətənpərvər və yurdsevər soydaşımız,sözün əsl mənasında ZİYALI,xeyirxah və gözəl İNSAN,Hörmətli Güllü xanım Tomarlı! Sizi "BELƏCƏ QAL, NOLAR, KÖNLÜM" adlı ilk kitabınızın nəfis şəkildə işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edirik!.. Sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik,şəxsi həyatınızda və bədii yaradıcılığınızda yeni-yeni uğurlar arzulayırıq!.. Dünyanın butun gözəllikləri Sizinlə olsun!... Bizləri yeni-yeni oxunaqlı əsərlərinizlə,dəyərli kitablarınızla sevindirəsiniz!..Və aşağıda Sizin bir neçə şeirinizi oxucularımıza ərmağan edirik...Dərin hörmətlə, ZiM.Az - "ZİRVƏ" İnformasiya Mərkəzininvə "Şərqin səsi" qəzetinin yaradıcı heyəti adındanMüşfiq BORÇALI.KönlümQəmə sirdaş olan könlüm,Sevincden kam alar könlüm,Köklenibdi öz kökünə,Öz sazını calar könlüm.Əzəl gündən meyli Haxda,Xoş arzuda,xoş diləkdə,Diləklərim göy yaylaxda,Xəyallara dalar könlüm.Göylərini bulud alsa,Ürəyini sükut alsa,Xətrinə dəyən olsa,Bir cicekdi-solar könlüm.Tanrıdandı sene bu hal,Taleyine nə xos yığval,Güllü deyər:beləce qal,Beləcə qal, nolar könlüm!Nolar könlüm!...ZƏLİMXANIYDITürk dunyasının böyük oglu, Xalq sairi Zəlimxan Yaqubun qonağı olduq. Könüllərimiz şad oldu...Sözün şah olduğu bir çağa baxdım,Gah sola boylandım, gah sağa baxdım.Üfüqdə nur gördüm,uzağa baxdım.O nura boyanan Zəlimxanıydı.Özü qələmiydi, özü sazıydı,Yüzillər yol gələn bir murazıydı.Şəninə min tərif yenə azıydı,Zirvədən boylanan Zəlimxanıydı.Haqdan sur gəlmişdi söz urvatına,Minmişdi şeirin səmənd atına.Çıxmışdı şeirin yeddiqatına,Göylərdə dayanan Zəlimxanıydı.Keçəçək a Güllü çox-çox fəsillər,Tarixə dönəcək indiki illər,Belə deyəcəklər gələn nəsillər,Şairlər içində şöhrət- şanıydı,Gün kimi o yanan Zəlimxanıydı.Ad Günün Mübarək, FƏRİDƏ LƏMAN!...Ay, Ince deremin ince ciceyi, Cicekler icinde qonce ciceyiHer kelmesi qizilgulun leceyiDusmesin yadina ne ah, ne aman,Ad gunun mubarek Feride Leman.Ozu sirin,sozu seker bal olanEhli-hal icinde ehli-hal olanNurani-pirani xos camal olan.Meclis yarasigi, sohbeti melhem,Ad gunun mubarek Feride Laman.Isiq seli , nur cesmesi kamalinAydan ari , sudan duru amalinGullu diler gozel olsun heyatinDaima qoy gulsun uzune zaman,Ad günün mübarek, Fəridə Ləman.SƏNNƏN ÖTƏRİEloğlum, gözəl şairimiz İbrahim İlyaslınineyni adlı şeirinə nəzirə kimi nəzərdə tutulur.Gəraylı.Tanrıdan gül diləkləriDilərəm sənnən ötəriAğla desən ağlayaram,Gülərəm sənnən ötəri.Ay könlümün bəhrə- barı,Sənsiz ömrüm yarı…yarı…Ahım ilə o dağları,Dələrəm sənnən ötəri.Mən bir sazam,sən də simi,Sən sevdanın kökü- himi,Ayrılıqdan ahu kimi,Mələrəm sənnən ötəri.Əmr eləsən hər əmrinə,Dönnəm imrənə- imrənə,Vallah ömrümü ömrünəCalaram sənnən ötəri.Fələk yazıb fərmanımı,Dərdim üçün dərmanımı,Canım deyər al canımı,Ölərəm sənnən ötəri.“Lap yenidən bu dünyayaGələrəm sənnən ötəri".Güllü ELDARQIZI. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.