“Naxçıvan dialekt və şivələrinin lüğəti” kitabı işıq üzü görüb

“Naxçıvan dialekt və şivələrinin lüğəti” kitabı işıq üzü görüb AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin əməkdaşları fəaliyyətlərini günün tələbləri səviyyəsində quraraq bütövlükdə Naxçıvan Muxtar Respublikasının dialekt və şivələrini öyrənir, təbliğ edir.

Bu mənada müxtəlif illərdə şöbə əməkdaşlarının “Naxçıvan dialekt və şivələri”, “Naxçıvan ağızlarının söz varlığı”, “Azərbaycan dilinin Şahbuz şivələri” və “Naxçıvan şivələrinin frazeologiyası” kitabları çap olunub. Bu günlərdə isə regionun dialekt və şivələrini öyrənilməsi istiqamətində aparılan araşdırmaların və dialektoloji ekspedisiyaların nəticəsi olaraq daha bir kitabın nəşri həyata keçirilib. Belə ki, institutun direktoru AMEA-nın müxbir üzvü Əbülfəz QuliyevDilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nuray Əliyevanın həmmüəllifi olduğu “Naxçıvan dialekt və şivələrinin lüğəti” kitabı işıq üzü görüb.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən ZiM.Az-a bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” çərçivəsində nəşr olunan kitabda Naxçıvanın ayrı-ayrı rayon və kəndlərində işlədilən üç mindən artıq dialekt sözlər toplanılıb, onların mənası dəqiqləşib, işlənmə məqamları verilib. Nəşrdə toplanılan sözlər dilimizin tarixini, xalqımızın keçmişini, həyatını və məişətini özündə əks etdirir.

Bundan əlavə kitabda bölgədə təsadüf edilən dialekt vahidləri Azərbaycan dilinin digər bölgələrdəki türk dünyası dialekt və şivələrdəki eyni leksik vahidlərlə struktur-semantik cəhətdən müqayisə olunur.

Müşfiq BORÇALI,
ZiM.Az

.

Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Ümumtürk dilləri dialekt və şivələrinin tədqiqində Mahirə Hüseynovanın rolu

Ümumtürk dilləri dialekt və şivələrinin tədqiqində Mahirə Hüseynovanın rolu

Elmi Məqalələr, ADPU
AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin iclası keçirildi

AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin iclası keçirildi

Naxçıvan, Elm
Gənc alimin məqaləsi “Kardaşlık” jurnalında dərc olunub

Gənc alimin məqaləsi “Kardaşlık” jurnalında dərc olunub

Naxçıvan, Folklor, Turan
AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının növbəti sayı işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının növbəti sayı işıq üzü görüb

Naxçıvan

"Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri" kitabının təqdimatı olub

Naxçıvan
AMEA Naxçıvan Bölməsinin əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyini ziyarət ...

AMEA Naxçıvan Bölməsinin əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyini ziyarət ...

Naxçıvan
Müstəqillik yollarında: Liderlik missiyası

Müstəqillik yollarında: Liderlik missiyası

Naxçıvan
Naxçıvanın tarixindən bəhs edən yeni kitab işıq üzü görüb

Naxçıvanın tarixindən bəhs edən yeni kitab işıq üzü görüb

Yeni nəşrlər, Naxçıvan, Təbriklər
Etnoqraf-alimin monoqrafiyları işıq üzü görüb

Etnoqraf-alimin monoqrafiyları işıq üzü görüb

Naxçıvan
“Naxçıvan: tarixi yaddaş və müasir yüksəliş” kitabının təqdimatı olub

“Naxçıvan: tarixi yaddaş və müasir yüksəliş” kitabının təqdimatı olub

Naxçıvan
Eynəli bəy Sultanov haqqında çap edilmiş iki monoqrafiyanın təqdimatı olub

Eynəli bəy Sultanov haqqında çap edilmiş iki monoqrafiyanın təqdimatı olub

Naxçıvan
AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarının hesabatları dinlənil ...

AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarının hesabatları dinlənil ...

Naxçıvan
“Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı təqdim edildi

“Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı təqdim edildi

Naxçıvan, "Zirvə"
Dilçilik İnstitutu illik hesabat verib

Dilçilik İnstitutu illik hesabat verib

Humanitar elmlər
AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzaki ...

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzaki ...

Naxçıvan
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan, Elm
“Nəsimi ili”nə daha bir töhfə

“Nəsimi ili”nə daha bir töhfə

Yeni nəşrlər, Humanitar elmlər
Yerli dərman bitki qarışığı yeni paketlərdə satışa verilib

Yerli dərman bitki qarışığı yeni paketlərdə satışa verilib

Naxçıvan, Səhiyyə
Üçrəngli bayrağımızın əbədi qayıdış günü adlı tədbir keçirilib

Üçrəngli bayrağımızın əbədi qayıdış günü adlı tədbir keçirilib

Naxçıvan
Türk-islam ədəbiyyatının ilk bədii əsəri “Qutadqu-bilik”

Türk-islam ədəbiyyatının ilk bədii əsəri “Qutadqu-bilik”

Naxçıvan
Rəy yazın: